Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz... MeÇuLaSiQ

Davamina bax
Qladiator döyüşləri, futbol matçları, korrida zaman və məkan sərhədi bilmir. Yalnız stadion və ippodromlarda ehtiraslı cənublularla təmkinli şimallılar bir-birilərindən qətiyyən fərqlənmirlər. İnsanları coşduran belə yarışmalardan biri də xoruz döyüşdürmələridir.
Xoruzlar arasında keçirilən əyləncəli yarışmalar hələ qədim dövrlərdə Hindistan, Çin və İran kimi ölkələrdə məşhur idi. Yunanıstanda isə onlara Femistoklun (b.e.ə. 524-460-ci illər) vaxtlarından rast gəlinir. Daha sonra bu yarışmalar Asiya və Siciliyaya yol açır. O vaxtlar ən yaxşı döyüş xoruzları İsgəndəriyyə və Tanaqra, Delos və Rodos adalarında yetişdirilirdi.
Uzun illər romalılar bu "yunan məşğuliyyətinə" nifrət etdiklərini açıq-aydın bildiriblər. Amma kənd təsərrüfatı ilə bağlı əsərlər yazan Kolumela (b.e. ə. I əsr) romalı həvəskarların xoruz döyüşlərində böyük var-dövlət itirdiklərini qeyd edir. "Lələkli qladiatorlar" arasında keçirilən bu qızğın yarışmalar Romadan şimalda da böyük maraqla qarşılanırdı. Kilsənin qadağalarına baxmayaraq, xoruz döyüşləri Hollandiya, Belçika, Lüksemburq, İtaliya, Almaniya, İspaniya, İngiltərə, Uels və Şotlandiyada da təşkil olunurdu. Vaxtaşırı hakim dairələr bu yarışmalara qadağalar qoysalar da, xoruz döyüşdürmə İngiltərə kral sarayının üzvərinin və yerli zadəganların sevimli əyləncəsi idi.
Xoruz döyüşləri üçün diametri 6 metr olan dairəvi həsirdən hazırlanan döşəmə-sahə ayrılırdı. Kənarlarda sədlər qurulurdu. Yarışmada razılaşdırılmış sayda quş cütlükləri döyüşürdü. Matçın nəticəsi hər döyüşdəki qələbənin sayı ilə hesablanırdı. Xoruz döyüşləri həm də "mənəviyyat qoruyucularının" narazılığına səbəb olan daha iki üsulla da keçirilirdi. Bunlardan biri "kral döyüşü" (bettle royal) adlanırdı. Bu zaman müəyyən sayda quşlar eyni zamanda döyüş arenasına buraxılırdı və onlardan yalnız biri - sona qədər davam gətirən - qalib gəlirdi. Digərləri ya həlak olur, ya da ciddi zədə alırdı. İkinci variant isə "Uels döyüşü" (Welsh main) idi. Əvvəlcə səkkiz cütlük döyüşürdü. Qalib gəlmiş tərəflər dörd cütlük şəklində yenidən yarışırdılar. Daha sonra iki, sonda isə bir cütlük mübarizə aparırdı. Şimali Amerika müstəmləkələrində xoruz döyüşləri erkən vaxtlarda yaransa da, bəzi ştatlarda onların keçirilməsi qadağan idi. Məsələn, Massaçusets ştatında bu, qanunla 1836-cı ildə, Böyük Britaniyada isə 1849-cu ildə qadağan edilib.
ABŞ, Kanada və Britaniyada açıq şəkildə xoruz döyüşdürmək qanunla qadağandır. Bu ölkələrdə heyvanların yalnız gizli şəraitdə döyüşdürüməsinə rast gəlmək olar.
Cənubi Amerikanın bəzi regionlarında xoruz döyüşdürülsə də, prinsip etibarı ilə onlar bunu idman yarışmalarının bir növü kimi qəbul etmirlər. Paraqvayda isə bu döyüşlər qadağan edilib. Kubada belə yarışmalar 1959-cu ilə qədər hakimiyyətin icazəsi və nəzarəti ilə keçirilirdi. Fidel Kastro hakimiyyətə gəldikdən sonra isə kubalı xoruz döyüşdürənlər də qadağayla üzləşdilər. Haiti və Meksikada belə yarışmalar çox məşhurdur. Puerto-Riko isə xoruz döyüşlərinin əsas mərkəzinə çevrilib.
Müasir dövrdə xoruz döyüşü həvəskarları yarışmanın bu növünü idmanın peşəkar olmasa da, həvəskar növü olduğunu iddia edirlər. Xoruzlar döyüşlərə əsasən bir və iki yaşında çıxarılır. Arenaya çıxana qədər onlar uzun hazırlıq prosesi keçirlər. Effektin artırılması üçün xoruzların ayaqlarına iti ülgüclər taxılır, təbii mahmızlar metal və ya sümük mahmızlarla əvəz edilir. Qısa döyüş mahmızları 4, uzunları 5-6 sm, üzərilərindəki ülgüclərin uzunluğu isə 52 mm olur.
Qədim dövrlərdə döyüşlər xoruzlardan birinin öldüyü zaman bitirdi. İndi isə döyüşlər bəzən son nəticəyə qədər aparılsa da, ciddi zədə alan xoruzun istənilən vaxtda arenadan çıxarılmasına imkan verilir. Nadir hallarda xoruz döyüşü davam etdirməkdən boyun qaçıra bilər. Bu halda quşun sahibi döyüşçünün sinəsini digərinin sinəsi ilə toqquşdurur. Əgər o, yenə də döyüşdən imtina edərsə, onda onun məğlubiyyəti elan edilir və döyüş dayandırılır. Bütün xoruz döyüşdürmələrində hakimin sözü qanundur. Hətta mərc və uduş məsələlərində də onun qərarının əleyhinə heç bir şikayət qəbul olunmur.
Fransa
Fransa bəlkə də Avropanın yeganə ölkəsidir ki, orada xoruz döyüşdürmək həvəskarları öz federasiyalarını yaradıblar. Şimali Fransa Xoruzbazlar Federasiyasının rəsmi şəkildə 100 min üzvü var. Onların hər birinin 10-dan 100-ə qədər xoruzu var. Nor və Pa-de-Kale departamentlərində hər il yanvar ayından avqusta qədər 700 matç, 25 min döyüş keçirilir. Federasiyaya etibarlı və nizam-intizama hörmət edən adamlar üzv ola bilər. Qallodrom, adətən kafelərin birində təşkil edilir. Zalın mərkəzində metal tor ilə əhatələnmiş 5 kvadrat metrlik sahə ayrılır, ətrafına tamaşaçı skamyaları düzülür, yuxarıdan isə böyük çilçıraq asılır. Bir-biri ilə vuruşacaq xoruzların ləqəbləri tabaşirlə qrifel lövhəyə yazılır (elektron tabloların işığı döyüşçülərin fikrini yayındırır). Xoruzlar rinqə nəfəs almaq üçün dəlikləri olan fanel çamadanda gətirilir. Çünki döyüşçü rəqibini vaxtından əvvəl görərsə, həyəcandan beyninə qan sıza bilər.
Hər iki impresario xoruzları rinqə atır. Onlar kənardan quşlara təsir edə, müxtəlif yayındırıcı səslər çıxara bilməzlər. Döyüş müddəti 8 dəqiqə olsa da, adətən, döyüş daha tez - ya heç-heçə (əgər hər iki rəqib 1 dəqiqədən artıq yıxılıb qalırsa), ya texniki nokaut (rəqiblərdən biri 1 dəqiqədən artıq uzanırsa), ya da xoruzlardan birinin tam qələbəsi ilə bitir. Öldürülmüş quşun taleyi məlumdur və ona heç nə ilə kömək etmək mümkün deyil. Ağır zədə alan xoruzun əzablarını isə onun həyatına son qoyaraq azaldırlar. Əgər yaralar təhlükəli deyilsə, onda döyüşçüyə möhkəmləndirici inyeksiya edilir və müalicə aparılır. Xoruzları döyüşə altı aylığından hazırlayırlar. Məhz bu vaxt onların pipiyini kəsirlər (döyüş zamanı pipik zədələndikdə təhlükəli qanaxma baş verir). Onları əla növ dənlə yemləyir, su qızdırır və gündə gəzdirməyə çıxarırlar. Döyüşçü xoruzların yeminə kimyəvi maddələr qatılmır. Döyüşdə qalib gələn xoruzu həm də xoşbəxt qocalıq gözləyir.
Döyüş başlamazdan əvvəl mərc gəlinir, pul qoyulur. Amma bunlar şifahi şəkildə, qarşılıqlı etibar çərçivəsində edilir. Burada yalan ola bilməz. Federasiyanın qətnaməsinə görə qaydanı pozan adamı bəri başdan qəzetdə "Qall xoruzu" adı ilə nəşr ediləcək məqalə cəzası gözləyir. Sonra isə o, müəyyən vaxt ərzində yarışmalardan hətta tamaşaçı qismində də uzaqlaşdırılır.
Tailand
Tailandda xoruz döyüşdürmə təkcə kəndlərdə deyil, həm də paytaxt Banqkokda keçirilir. Tailandlıların ən sevimli əyləncəsinə çevrilən xoruz döyüşdürmək biznesmenlərə və quş sahiblərinə az gəlir gətirmir.
Burada xoruz döyüşləri təkcə ənənə deyil, həm də yaxşı biznesdir. Adətən, karton qutuda keçirilən yarışma zamanı çempionun sahibi hər qələbəyə görə 20 min dollar mükafat ala bilər. Buna görə də quşbazlar quşlarını yaxşı formada saxlayırlar.
Tailandda bütöv bir quş sənayesi mövcuddur. Banqkok mağazalarında xoruzun ürəyinin fəaliyyətini möhkəmlədən, mədə-bağırsaq traktı soyuqdəyməsinin qarşısını alan həblər, caynaqlar üçün boks əlcəkləri, ağızlıq (dimdiklik), əzələlərin yığılması üçün elastik tənziflər və sarğılar, "döyüşçülərin" daşınması üçün çantalarla yanaşı, xoruz trenajorları da almaq olar.
Qaçış üçün nəzərdə tutulmuş yığcam xoruz trenajoru transportyor lenti və kiçik mühərriklə təchiz edilib. Lentin hərəkət sürəti tənzimlənir. Məşqlər 5-10 dəqiqəlik qaçışlarla başlayır. Sonra isə vaxt gündə yarım saata qədər uzadılır. Trenajorda məşq edən xoruzlar xüsusilə güclü olurlar. Belə trenajorları 220 dollara əldə etmək olar.
Qazaxıstan
Xoruz döyüşdürmə Qazaxıstanın Şımkent şəhərində də kişilərin sevimli məşğuliyyətidir. Qədim əyləncə burada hər bazar günü keçirilir. Qadınlar xoruz rinqinə yaxın buraxılmırlar. "Qladiator-xoruzlar" isə öz sahibləri ilə beynəlxalq yarışlara da gedirlər. Burada əsas qaydalar yıxılanı döyməmək, ölənədək dimdikləməmək və qadınları yaxına buraxmamaqdır. Çempionatlar Şımkent yaxınlığındakı şəxsi evlərdə keçirilir. Rinqdə xoruzun ölməsi nadir haldır. Burada pul qoyuluşu edilmir. Əsas coşğu və qələbədir. "Döyüşçülərin" adı və ya ləqəbi olmasa da, "ulduzları" hamı tanıyır.
Şımkentlilər xoruza böyük ehtiramla yanaşırlar. Qədimdə döyüşçülərə qəhrəmanlıq rəmzi kimi xoruz mükafat verilirdi. Döyüşən xoruz sahibləri isə quşlarını vitaminlərlə bəsləyir, peyvəndlər edir, bütün rahatlıqlarını təmin edirlər. Şımkentdə döyüşçü xoruzlar orta hesabla 500 dollara satılır.
Azərbaycanda da xoruz döyüşdürmə qədim ənənəyə söykənir. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində xüsusi növ xoruz saxlayan və onları tez-tez döyüşə çıxaran həvəskarları görmək olardı. Onlar əsasən "Heyratı" cinsindən olan xoruzlara üstünlük verirlər. Düzdür, bizimkilər digər ölklərdəki xoruzbazlar kimi öz quşlarını yüksək səviyyəli rahatlıqla təmin edə bilmirlər, amma hər halda "döyüşçülərin" kişmiş və günəbaxan tumlarını əskik etmirlər. Amma müasir dövrdə xoruz yarışmalarına nadir hallarda rast gəlmək olar. İndi belə döyüşləri yalnız Novruz bayramında yeniyetmələr keçirirlər.
T.BABAYEVA
Azərbaycanlılar hara və nə üçün gedirlər? - MeÇuLaSiQ

Azərbaycanda miqrasiya prosesindən söhbət açdıqda bütün dövlət və qeyri-dövlət təşkilatları, beynəlxalq qurumlar ölkəmizdən köçüb gedənlərin sayının artdığını bildirirlər. Lakin real vəziyyəti özündə əks etdirən göstəriciləri heç kim ortaya qoya bilmir. Azərbaycanda miqrasiya barədə rəsmi informasiya isə Dövlət Statistika Komitəsinin göstəricilərinə əsaslanır və təbii ki, reallıqla uzlaşmır. Göstəricilərə əsasən, 1990-cı ildə Azərbaycandan gedənlərin sayı 137 min 900, gələnlərin sayı isə 84 min 279 nəfər olub.
Son 10 ildə həm gedənlərin, həm də gələnlərin sayında azalma tendensiyası müşahidə edilir. Belə ki, 2000-ci ildə ölkədən gedənlər 9 min 947, gələnlər isə 4 min 361 nəfər təşkil edib. Həmin tendensiya 2001-ci ildə də qalıb. 2001-ci ildə xaricə gedənlər 7 min 288 nəfər olub. Onların 3 min 33-ü kişilər, 4 min 255-i qadınlardır. Həmin şəxslərin 36 faizini cavanlar təşkil edib.
Azərbaycanda və digər postsovet ölkələrində miqrasiya prosesi SSRİ dağıldıqdan sonra özünü büruzə verməyə başlayıb. Bu da siyasi-iqtisadi vəziyyətin gərginləşməsindən və çoxlu sayda qaçqınlar ordusunun yaranmasından irəli gəlib. Müxtəlif Rusiya mənbələrinin məlumatına görə, son illər Rusiyaya 2 milyon 500 minə yaxın azərbaycanlı gedib. Son 4 ildə isə Moskva Şəhər Daxili İşlər İdarəsi Rusiya paytaxtında və onun ətrafında 800 min azərbaycanlını qeydiyyata alıb. Bundan başqa, 200 mindən çox azərbaycanlı hazırda Sankt-Peterburqda yaşayır. Həmçinin soydaşlarımız Rusiyanın regionlarında da məskunlaşıblar. Xüsusilə də İrkutsk vilayətində onların sayı 17 min nəfərdən çoxdur.
Daimi yaşayış yerini dəyişənlərdən savayı, Rusiyaya müvəqqəti işləməyə gedənlər də çoxluq təşkil edir. Bəzi məlumatlara görə, hər il Rusiyadakı azərbaycanlılar tərəfindən ölkəmizə göndərilən vəsaitlərin həcmi 5 milyard dollara çatır. Xüsusilə, Moskva və Sankt-Peterburqa gedən soydaşlarımızın əksəriyyəti küçə ticarətilə məşğul olur. Rus dilini bilmələri və Azərbaycanla Rusiya arasında vizasız rejimin mövcudluğu bu ölkəyə axını sürətləndirir.
Qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün Bakıda miqrasiya informasiya mərkəzi yaradılıb. Bu mərkəz miqrasiyanın leqal yolları barədə əhalini məlumatlandırır.
Mərkəz fəaliyyətə başladığı vaxtdan (avqust, 2002-ci il) buraya 2 minə yaxın adam müraciət edib. 80 faizi 40 yaşınadək olan həmin şəxslərin 70 faizi kişilərdən ibarətdir. Mərkəzin məlumatına görə, azərbaycanlıların daha çox üz tutduqları ölkələr Rusiya və Türkiyədir. Buna da səbəb həmin ölkələrə sadələşdirilmiş viza rejiminin olmasıdır. Digər tərəfdən burada dil amili də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlıların əksəriyyəti türk və rus dillərində normal danışır. Bundan başqa, Almaniya, Yeni Zelandiya, Kanada, Avstraliya, İsveç, Norveç və digər ölkələrə də gedənlər var. Son iki ildə mətbuatda insanların qeyri-qanuni yerləşdirilməsi və nəticədə qadınların, uşaqların satılması, onların müxtəlif zorakılıqlara məruz qalması barədə çox materiallar dərc edilir. Məlumatlara görə, 1990-cı ildən başlayaraq, miqrantların iki qrupu peyda olub - leqal və qeyri-leqallar. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən, Azərbaycandan qeyri-leqal miqrasiyanın qurbanları 19 yaşından 35 yaşınadək olan qadınlardır. Onların da əksəriyyətinin ali təhsili yoxdur. Respublikamızın 7 regionunda aparılan sorğular göstərib ki, xaricə gedənlərin əksəriyyəti bu addımı sosial-iqtisadi problemlərlə əlaqələndirirlər. Azərbaycandan gedən qadınlar əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tuturlar. Qeyri-rəsmi məlumatlara görə, hər il BƏƏ-yə üz tutan 14 min azərbaycanlıdan 4 minini qadınlar təşkil edir. Onların nə qədərinin qanuni və ya qanunsuz miqrasiya etməsini müəyyənləşdirmək isə olduqca çətindir. Bəzi qiymətləndirmələrə görə, qanuni yerləşənlər cəmi 400 nəfər təşkil edir. Əgər əvvəllər miqrasiya prosesinə Bakı və Sumqayıtdan olan qadınlar cəlb edilirdisə, indi bu proses respublikanın regionlarını da əhatə edir. Bu da qeyri-leqal miqrasiyanın təhlükəli olması barədə əhalinin məlumatsızlığı ilə əlaqələndirilir. Çox vaxt xaricə üz tutanlar sonradan onları nə gözlədiyinin fərqində deyillər.
Adətən ərəb ölkələrinə gedən qadınlara məsciddə verilmiş kəbin haqqında şəhədətnaməni göstərmək kifayət edir. Bu da Azərbaycandan fərqli olaraq, ərəb ölkələrində qəbul olunur. Sonradan isə qadınlar sutenyorların əlinə keçirlər. Axır vaxtlar azyaşlı qızların da xaricə satılmasının geniş yayılması barədə məlumatlar yayılır. Ekspertlərin fikrincə, bu məsələdə bir çox hallarda hüquq-mühafizə orqanlarının da əli olur. Bəzi məlumatlara görə, qızların aparılması və sənədlərin hazırlanması üçün 700 dollar vəsait xərcləmək yetərlidir. Bir çox hallarda isə uşaq alveri ilə onların valideynləri də məşğul olur.
Azərbaycanda insan alveri və adamların qeyri-leqal yolla xaricə aparılmasına dair sistemli statistika mövcud deyil. Yalnız ötən il Milli Məclis BMT-nin insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə üzrə konvensiyasına qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyindən verilən məlumata görə, bizim vətəndaşlar əsasən Hollandiya, Almaniya, İsveç, Rusiya və Türkiyəyə üz tutmağa üstünlük verirlər. Bu siyahıya Yunanıstan, Fransa, Norveç, Çexiya, Polşa, Çin, Suriya, Ekvador, Bolqarıstan, Yaponiya və s. ölkələri də aid etmək olar. Hətta bəziləri Kubaya mühacirət edir.
Qeyd edək ki, Qərb ölkələrinə viza almaq və orada daimi yaşayış hüququ əldə etmək olduqca çətindir. Buna görə də MDB ölkələrindən olan vətəndaşlar Qərb ölkələrində qaçqın statusu almağa cəhd göstərirlər. Məsələn, 2002-ci ildə 2 min nəfərə yaxın azərbaycanlı qaçqın statusu almaq üçün Hollandiya hökumətinə müraciət edib. Onların isə yalnız 100-ə yaxını məlum statusu alıb.
İnkişaf etmiş dövlətlər qeyri-peşəkar və imkansız miqrantların Qərbə axınının qarşısını almaq üçün miqrasiya rejimini get-gedə kəskinləşdirirlər. Son 4 ildə viza rejimini pozduğuna görə 1000-ə yaxın azərbaycanlı Qərbi Avropa dövlətlərindən deportasiya olunub. Bundan başqa, son illər Türkiyədən 700, BƏƏ-dən isə 600 azərbaycanlı qadın çıxarılıb.
Qeyri-leqal yolla Avropaya üz tutanlar əsasən İtaliya, oradan Fransa, oradan isə İsveç və ya Almaniya marşrutunu seçirlər. Bundan başqa, Türkiyə, Yunanıstan və oradan da Qərb ölkələri marşrutu var.
Qeyd edək ki, Azərbaycanda qeyri-leqal miqrasiya işi ilə məşğul olan qruplar var. Onlarla əlaqə yaratdıqda, pulunuzla vidalaşmağa tələsməyin. Qabaqcadan firma haqqında lazımi informasiya əldə edin. Yaxşısı budur ki, öz qərarınızı hüquqşünasla razılaşdırın.
Bildirək ki, əvvəllər Azərbaycanda 7-8 immiqrasiya və işədüzəltmə firması fəaliyyət göstərirdi. Belə leqal firmalardan yalnız biri Səudiyyə Ərəbistanının sorğusu əsasında cəmi 12 nəfəri işə düzəltməyə müvəffəq olmuşdu. Ötən illərdə beynəlxalq qalmaqala səbəb olmuş bir hadisəni xatırlayaq. Qeyri-leqal firmalardan biri 42 nəfərdən ibarət turist qrupunu İtaliyaya, oradan isə digər Avropa ölkələrinə keçirməyə cəhd etmişdi. İtaliyaya gəldikdə isə məlum olub ki, bu turist qrupunun bütün üzvlərinin vizaları saxtadır. Həmin firma fırıldaq nəticəsində 300 min dollar qazanmışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1989-cu ilin yanvar ayından 2002-ci ilin aprel ayınadək Azərbaycana 395 min 500 nəfər gəlib, ölkədən isə 339 min 400 nəfər gedib.
Qeyd edək ki, bizim soydaşlarımızı ən çox cəlb edən ölkə Rusiyadır. Məsələn, 1997-1999 illərdə bu ölkəyə daimi yaşamaq üçün 67 min 990 nəfər gedib. Onların 16 min 172 nəfərini etnik ruslar təşkil edib. Bununla belə, həmin dövrdə 1929 etnik rus Azərbaycana dönüb. Ölkədən gedənlərlə bağlı vəziyyətə diqqət yetirdikdə görərik ki, miqrasiya göstəriciləri olduqca dəyişkəndir. 2000-ci ilə kimi Almaniyaya gedənlərin sayı çoxluq təşkil edib. Lakin 2001-ci ilin martında Almaniya hökuməti daha kəskin miqrasiya qaydaları tətbiq edib. Bununla da həmin ölkəyə gedənlərin sayı kəskin şəkildə azalıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 2000-ci ildə xaricə getmək üçün 3 min 900 nəfərdən müraciət qəbul edilib. Bu müraciətlərin 1558-i Almaniya ilə bağlı olub. Qeyd edək ki, 1996-1997-ci illərdə Almaniyaya getmək üçün 4 min 20 azərbaycanlıya icazə verilib. Lakin bu o demək deyil ki, onların hamısı ölkəni tərk edib. Həmin şəxslərin 3 min 904-ü vizasından yararlanıb. Digər maraqlı statistikaya nəzər yetirək. 1996-1998-ci illərdə 335 nəfər daimi yaşamaq üçün uzaq xaricdən ölkəmizə təşrif buyurub. Son vaxtlar Azərbaycandan xaricə mühacirət etmək istəyənlər əsasən, Hollandiya və İsveçə üstünlük verirlər.
Qeyd edək ki, 1998-ci ildə Hollandiyaya 1651, 1999-da 2 min 499, 2000-də 1163, 2001-də 248, 2002-ci ildə isə 303 nəfər gedib. Bu rəqəm ümumilikdə 6 min nəfər edir. 1998-2002-ci illərdə isə 1041 Azərbaycan vətəndaşı İsveçə üz tutub. 2001-2002-ci illərdə isə xaricə getmək üçün müraciət edənlərin sayı 6 min 563 nəfər olub. Onların 2 min 645-i özünü Almaniyada, 908-i İsveçdə, 550-si Hollandiyada, 545-i Fransada, 247-si ABŞ-da görmək istəyib.
Dünyanin Bütün Qadinlarina...

Dünyanin Bütün Qadinlarinin 8 mart ''Dünya Qadinlar Günü'' Münasebetiyle blogumuz uzAYsel olarak tebrik édirik...
8 Martdır, anacan... MeÇuLaSiQ

8 Mart - Beynəlxalq qadınlar günüdür. Ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. Amma çox az adam tapılar ki, 8 Martın tarixi ilə bağlı suallara təfərrüatı ilə cavab verə bilsin...
...Buna görə də artıq yarım əsrdən çoxdur ki, qeyd etdiyimiz beynəlxalq qadınlar gününün mənşəyinə qısa bir nəzər salaq.
Ümumiyyətlə, 8 Martın beynəlxalq bayram kimi qeyd edilməsi nə dərəcədə düzgündür? Özünüz mühakimə edin. Bu gün SSRİ-nin keçmiş respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada martın 8-i qeyri-iş günü sayılır. Hətta BMT 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Amma dünyanın bir çox ölklərində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
Beynəlxalq qadınlar bayramı günü kimi məhz 8 mart tarixinin seçilməsi qərarı bir qədər müəmmalı görünür. Ən azı ona görə ki, qadın zəhmətkeşliyi, mübarizliyi ilə bağlı heç bir qabarıq və ya məşhur hadisə, heç bir tanınmış qadının ad və ya doğum günü martın 8-nə təsadüf etmirdi. Bəs niyə məhz 8 Mart?
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üctə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri qadındır. Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini, ali və apellyasiya məhkəmələrinin sədrləri də qadınlardır. Amma çox təəssüflər olsun ki, bu gün biz bu göstəricilərə işğal olunmuş torpaqlarmızdan əsir götürülən qadınlarımızın siyahısını da əlavə etməli oluruq. Rəsmi məlumata görə, erməni əsirliyində 233 azərbaycanlı qadın, 71 uşaq var.
Bəlkə də elə bu səbəbdəndir qadınlarmız 8 Martı əvvəlki təntənə ilə qeyd edə bilmirlər. Ümid edək ki, tezliklə bu günü bütün Azərbaycan qadınları bir yerdə qeyd edəcəklər.
Əziz qadınlar, Sizi bu gün münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayırıq!
T.BABAYEVA
Her günahın bedeli var....(Aysel)

Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.
Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur. Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi.
Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir:
-Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər.
Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...
Hazırladı: Məhəmmədəmin Lənkərani / Azerislam.com
Bir Zamanlar Aygün - MeÇuLaSiQ

Od çərşənbəsi - MeÇuLaSiQ

...Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəş ə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Novruz baryarmı əvvəl bildirdiyimiz kimi dörd əsas çərşənbəni özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Od çərşənbəsi elimizin adət ənənələrinə görə “Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani misaldır.
Deməli vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa çalışılmışdır.
Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən istənilir və buna aid bir çox nəğmələr, şerlər oxunulmağa başlanılır. Həmçinin tonqal haqqında ümumi məlumatlara “Kitabi Dədə Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır. Deməli hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Buna əsasən “Dədə Qorqud” filmi çəkilmişdir, hətta həmin kinoda da tonqalın qalanması və bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə göstərilmişdir. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırıması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir.
Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşəbəsində ocağı boş qoymazlar” və s.
Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.
Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.
Azərbaycan yığması Şotlandiyadan xal aldı - MeÇuLaSiQ

Lent.az-ın məlumatına görə, yığmamız martın 2-də keçirilən oyunda səfərdə Şotlandiya ilə heç-heçə edib.
İlk 5 matçından məğlubiyyətlə ayrılan komandamız Falkirk şəhərində qələbə qazanmağa yaxın olub. Hesabı 13-cü dəqiqədə Nizami Hacıyev açıb. 32-ci dəqiqədə Kristofer Maquyre penalti zərbəsini dəqiq yerinə yetirərək bərabərlik qolunu vurub. Penalti epizodunda Tural Axundov qırmızı vərəqə ilə cəzalandırılıb. Azlıqda qalmasına baxmayaraq, yığmamızı hesabda ikinci dəfə önə keçməyi bacarıb. Araz Abdullayev 65-ci dəqiqədə fərqlənib. Lakin bundan cəmi 1 dəqiqə sonra Ley Qriffits matçın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da ilk 5 matçını məğlubiyyətlə başa vuran millimiz nəhayət, qrup favoritindən xal almağı bacarıb. Amma komandamız yenə qrupda 1 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb. Şotlandiya isə yığmamızla heç-heçə sayəsində xallarını 13-ə çatdırıb və Avstriya ilə 1-2-ci yerləri bölüşdürür.
Cinsiyyəti dəyişdirən dərman! - MeÇuLaSiQ

Alaq otları ilə mübarizə məqsədi ilə dünyada və Avropada geniş istifadə edilən atrazin adlı dərmanın heyvanların cinsiyyətini dəyişdirdiyi, dərmanlanan ərazidə işləyən kişilərin cinsi qabiliyyətlərini zəiflətdiyi təsdiqini tapıb.
Lent.az-ın “Le Nouvel Observateur” jurnalına istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya Universitetinin professoru Tyrone Hayesin rəhbərliyi ilə bağlı aparılan araşdırma bunu təsdiqləyib.
İlkin olaraq 40 faiz atrazinli suda yaşayan 80 erkək qurbağa üzərində təcrübə aparılıb. Erkək qurbağaların 90 faizində, yəni 72-də testosteronun səviyyəsi aşağı düşüb, dişi qurbağa özəllikləri nəzərə çarpmağa başlayıb. Erkək qurbağaların 10 faizi, yəni 8 erkək qurbağa isə cinsiyyətini tamamilə dəyişib. Həmin qurbağalar başqa erkək qurbağalarla cütləşib, yumurtlamağa başlayıblar.
Növbəti təcrübə zamanı erkək zebr balıqlarının da tədricən dişi balıqlara çevrildiyi müşahidə olunub. Somon balığı və bəzi kərtənkələ növlərində isə spermanın həcmi və keyfiyyəti böyük miqdarda azalıb.
xocali feciesinin il donumu

Daha cox melumat ucun bura tixla
ŞOK...- MeÇuLaSiQ

erməni Şairinin Qarabağda etdiyi vəhşiliyi burdan oxuyun
GünAzTv: Bu günlərdə Azərbaycan dünyasi xocali faciəsi ildönümünü ağır kədərlə yaşamaqdadır. GünAzTv mətbuat mərkəzi bəşər tarixində qara ləkə kimi qalan ağır faciənin əhəmmiyyətini nəzərə alaraq Xocalı soyqırımı ilə bağlı ermənilərin etirafını diqqətinizə çatdırır. Xocalı soyqırımına şübhə edənlər ermənilərin bu etirafını oxusunlar.
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Z. Balayan "Ruhumuzun dirçəlişi", "Vanadzor" nəşriyyatı 1996-cı il, səh. 260-262
Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır. Səhifə 26:"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".
Səhifə 62-63: "Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu)
2000- ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının
1 km- liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
David Xerdiyan "Xaç uğrunda", Livan “Şərq” mətbəəsi.
Hər iki erməni müəllifin tükürpədici etirafları erməni gənclərin internet vasitəsilə təşkil etdiyi forumlarda da öz əksini tapıb. Forum iştirakçıları bu gün böyük fəxrlə bu etiraflar ətrafında müzakirələr aparırlar.
Topladı: Yasin Türksoy

Asiq Elesger 2-MeÇuLaSiQ

Elesger babamizdan daha seirler. Maraxlansan xeberin davaminda ...
su çərşənbəniz mübarek olsun-MeÇuLaSiQ

Etafli melunat üçün xeberin davamina bax...
Bu gün boz ayın ilk çərşənbəsidir. “Su çərşənbəsi” adlanan bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;
Lal axan sudan keçməzlər;
Su olan yerdə dirilik olar;
Su ehsandır;
Su murdarlıq götürməz;
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Bayramınız mübarək!
Daha cox melumat ucun tixlayin!..
Zelimxan Yaqub sheirleri-MeÇuLaSiQ

Nahaq endik o dağların başından
Nahaq endik o dağların başından,
Gərək orda qal oğlu qal olaydıq.
Ömrümüzü gül ömrünə döndərib
Zirvədə qar, pətəkdə bal olaydıq.
Allaha tən, haqqa yardı zirvələr,
Yaranışdan dümağ qardı zirvələr.
Ömrümüzü ucaldardı zirvələr,
Nahaq endik o dağların başından.
Üfüqlərdə quş olmaq da gözəldi,
Şimşəklərə tuş olmaq da gözəldi,
Lap o yerdə daş olmaq da gözəldi,
Nahaq endik o dağların başından.
Ucalığı ölüm-itim haxlamır,
Peyğəmbərdi, qəlbində kin saxlamır.
Min il keçir, bir qayası laxlamır,
Nahaq endik o dağların başından.
Haqq evidi, hər daş otaq, hər kaha,
Salam verir dan yerinə, sabaha.
Təzə-təzə qovuşurduq Allaha
Nahaq endik o dağların başından.
Ruh paklaşır, yağan qardan ağ olur,
Can bərkiyir, saf poladdan sağ olur.
Dağ başında vallah adam dağ olur,
Nahaq endik o dağların başından,
Nahaq endik o dağların başından.
Xəlvət
Ulu Tanrım, nə gözəldi doğma yuva,
Xəlvət seçib bir qırağa çəkilmişəm.
Bu guşədə çıraq yanır, şam əriyir,
Ərimişəm, şam-çırağa çəkilmişəm.
Ən vəfalı iki dostum, sirdaşım var,
Bir qələmə, bir varağa çəkilmişəm.
Söhbətimin ləzzətini dadan bilər,
Elə bil ki, balam, yağa çəkilmişəm.
Yağı düşmən elə bilir mən ölmüşəm,
Kəfənlənib bezə, ağa çəkilmişəm.
Füzulitək dərd əlindən dağa çıxıb,
Qəlbimdəki göy yaylağa çəkilmişəm.
Qaçqınlıq
Bu necə ömürdü, bu necə gündü,
Köhləndən aralı, yəhərdən qaçaq.
Meh başa həsrətdi, şeh də ayağa,
Düşmüşük axşamdan, səhərdən qaçaq.
Hanı o gülyanaq, o gül dostlarım,
Mənim can dostlarım, könül dostlarım.
Yanağı kül olmuş, a kül dostlarım,
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.
Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
Kənddən baş götürüb şəhərə qaçdıq,
Qorxuram indi də şəhərdən qaçaq.
Hamı bu şəhərə dipdiri gəlir
Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
Gələcəyəm
Gələcəyəm, gözlə məni,
harda olsam gələcəyəm,
Qohum kimi, qonşu kimi,
qardaş kimi gözlə məni.
Bir-bir yada salacağam,
nələr olub, nələr keçib,
Ömür kimi, tarix kimi,
yaddaş kimi gözlə məni.
Sən özünü məndən ayrı
nə yetim bil, nə arxasız.
Arxa kimi, dayaq kimi
sirdaş kimi gözlə məni.
Həyatına gələmməsəm
ölümünə gələcəyəm,
Məzarımın başındakı
bir daş kimi gözlə məni.
Heyf
Dünyanın ən ətirli
gülütək sevdim səni,
Heyf, hansı bağçada
solmamış bir gül qaldı?
Alışan ocaq kimi
bağrıma basdım səni,
Heyf, həmin ocaqdan
bircə ovuc kül qaldı.
Bütün sevdiklərimiz
qara torpağın malı,
Nə sevilən baxışlar,
nə sevən könül qaldı.
Mənimki söz qəsri, söz qalasıdı
Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.
Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,
Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində.
Qəbirdən gələn səs
Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.
Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.
Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq.
Daha seirleri ucun bura tixla
Seyyad Elizade-MeÇuLaSiQ

Davaminda Bütün Albonu yükle...
Saçlarin
Ne Téz men senin üçün Unudulmusham
Tebrizim
Su Perisi
O Dédi Yox Yox
Ninne Yarim
Menim Sévdali Könlüm
Kéçe Bilmedim
Beyaz Géceler
Axdarma Meni
ALLAH'im Ayirma Bizi
Qaranqushlar Gelende
Harda Qaldin
Gözleyirem Yolunu
Tebrizim
Shifre: www.uzaysel.com
Bashqa Azeri ve Xarici Mp3''ler yüklemek üçün wWw.uzAYsel.com adresine bash çekin ...
Bayraminiz Mubarek-MeÇuLaSiQ

Herbirinizin Bayramini Tebrik Édirik.
uzAYsel blogunun eziz qonaxlari! Açildigimiz günden buyana bizden yagun elaqenizi esirgemediniz ...
...Haminiza ürekden gelen bir duyquyla teshekkür édir, mübarek Ramazan Bayraminizi tebrik édirik. Allah haminiza can sagligi ve agiz shirinliyi vérsin sévdikleriniz ve sizi sévenlerle birge yerde. Sizlerinde bayram tebriklerinizi yazmanizi gözleyir, sizi tezze açilan www.uzaysel.com daki forumuzada göleyirik ...
FİTRƏ ZƏKATI VERDİNİZMİ? - MeÇuLaSiQ

Fitrə nədir?
Demək olar ki, hamımıza tanışdır zəkatın bu növü. Bəlkə də ata-babalarımızın dilində qalan “fitrə-sədəqə” də elə əsasən bu ibadət növündən sonra qalmışdır...
Fitrə nədir?
Demək olar ki, hamımıza tanışdır zəkatın bu növü. Bəlkə də ata-babalarımızın dilində qalan “fitrə-sədəqə” də elə əsasən bu ibadət növündən sonra qalmışdır.
Zəkatın bu növü yalnız Ramazanda verilir. Hicrətin ikinci ilində əmr olunmuşdur.
Fitrə zəkatı, gündəlik yeməyi olan hər bir müsəlman şəxsə vacibdir. Həm özünün həm də öz himayəsində olan istər oruc tutan, istərsə də tutmayan hər bir şəxsin əvəzinə çıxarmalı və verməlidir.
Bu, həm oruc tutanın oruc tutduğu müddətdə etdiyi günahlarını təmizləyir və orucunu saflaşdırır. Həmçinin imkansız və yoxsullara bayram günü bir yardımdır.
Hər bir müsəlman bayram axşamı, səhər bayram namazı qılınmamışdan hansı ölkədə, hansı vətəndədirsə elə oradaca fitrə zəkatını çıxarmalıdır.
Fitrə zəkatı mütləq bayram namazına kimi verilməlidir, ondan sonra sayılmır.
Nə verək, necə verək?
Ümumən alimlərin rəyi odur ki, fitrə zəkatı ərzaq növündən olmalıdır, çünki bayram günü üçün nəzərdə tutulmuş zəkatın bu növü məhz yemək ehtiyacını ödəməlidir. Hənəfi alimlərin rəyinə görə, verilə biləcək ərzağın qiyməti məbləğində pul da verilə bilər. Bəzi alimlər imkansızların ehtiyacına ən uyğun olan şeyi də vermək mümkündür – deyiblər, İmam İbn Teymiyyə də məhz bu rəy sahiblərindəndir.
Fitrə zəkatı məhz yemək və ərzaq olmalıdır rəyini irəli sürən alimlər şəriətə və hədislərə əsaslanaraq deyirlər ki; fitrə zəkatını Peyğəmbərimiz (s.a.s) və səhabələri məhz ərzaqdan vermişlər, Peyğəmbərimiz (s.a.s) bizə belə tövsiyə etmişdir, biz də məhz buyrulan kimi etməli, dəyişməməliyik, deməli belə məsləhətdir. Verilən ərzaqın qiyməti məbləğində pul versək, bəlkə də həmin ailə o pulu lazımsız yerlərə və hətta haram olan şeylərə xərcləyəcək.
Hənəfi alimlər isə öz rəylərini belə izah edirlər; fitrə zəkatının əsas məqsədi ehtiyacı olanları məhz bayram günü ehtiyacsız etmək, ondan-bundan istəmələrinin qarşısını almaqdır. Ehtiyac isə yalnız yeməklə deyil, başqa şeylərlə də ola bilər, imkansız adam isə öz ehtiyacını daha yaxşı bilir. Verilən pulu isə rahat olaraq istədiyi ehtiyacını ödəyəcəkdir. Həm də bütün bu ehtiyaclar zamandan və məkandan asılı olaraq dəyişir.
İmam İbn Teymiyyə qeyd edir ki; “Ehtiyac və məsləhətli bir səbəb olmadan pul vermək olmaz. Amma çox ehtiyac varsa, ədalətli olaraq çıxarmaq olar.”
Tutalım ki, fitrə zəkatını məbləğiylə pul halında vermək istədik, bəs qiymətini necə müəyyən edək?!
Bu zaman Əbi Səid əl-Xudridən məşhur olan rəvayətə istinadən götürürük, Allah Ondan Razı olsun deyir ki, Rəsulullah (Allahın səlat və səlamı olsun Onun üzərinə) bizim aramızdaykən fitrə zəkatını bir (ərəbcə saa, xüsusi bir qabın adıdır, ölçü kimi nəzərdə tutulub) qab yemək yaxud bir qab xurma, yaxud bir qab arpa, yaxud bir qab kişmiş halında çıxarıb verərdik...”
Bu halda həmin qabın ölçüsünü və tutumunu bilməliyik ki, tutumu qədər ərzaqın qiymətini çıxara bilək. Alimlər orta bir rəyə və nəticəyə gəliblər ki, həmin qabın tutumu, orta tutumlu iki ovucun birlikdə tutumunun 4 dəfəsidir. Yəni, iki əlini birləşdirərək (məsələn buğda, arpa, düyü, xurma və s.) ovuc dolusu 4 dəfə nə götürə bilərsənsə o qədər. Bu zaman həmin miqdarda istər buğda, istər düyü, istər xurma, istər noxud və sairə kimi ərzağın qiymətini çıxarıb vermək olar.
Axı hər bir ərzağın da özünə görə qiyməti var!
Təbii ki, bu zaman hər bir adam da öz imkanına, öz cibinə görə bir şey seçsin. İmkanı məhdud olan da buğda və zəngin birisi də buğda seçməsi bəyənilməz. Belə bir məsələdə isə hansısa bir ərzaq növü olmalıdır deyə məhdudlaşdırmaq da doğru sayılmaz.
Bəs əsasən kimlərə düşür fitrə zəkatı?!
İbn Ömərdən (r.a) rəvayət olunur ki; (Rəsulullah (s.a.s) Ramazanın fitrə zəkatını azad ya kölə, kişi ya qadın bütün müsəlmanlara fərz etmişdir.)
Əl-Buxari də rəvayət edir ki; (Rəsulullah (s.a.s) fitrə zəkatını bir (saa) qab xurma, yaxud bir qab arpa olmaqla azad, kölə, kişi, qadın, kiçik, böyük bütün müsəlmanlara fərz etmişdir.)
Abu Hüreyrədən də belə rəvayət olunur; (Azad, kölə, kişi, qadın, kiçik, böyük, kasıb, zəngin hər bir kəsə vacibdir).
Bu hədislərdən belə nəticə çıxarırıq ki, hər bir şəxs himayəsində olan kim varsa, onların adından fitrə zəkatını verməlidir. Himayəsində olan oruc tutmasa da belə.
Əgər biz fitrə zəkatını kasıblara veririksə, bəs kasıblar necə versinlər və kimə versinlər?!
Əgər kasıb və imkansız şəxsə gündəlik yemək-içməyini ödəyə bilirsə, bacardığı qədər bir şey versin. Burada Rəsulullah (s.a.s) fitrə zəkatını hətta kasıba da əmr edərək, ona da sədəqə verməyi öyrətmək istəyir. Kiməsə əl tutmaq, nə isə vermək özü böyük bir əxlaq və böyük bir ibadətdir. Kasıblar da heç olmazsa bu ibadətdən və əxlaqdan məhrum olmasınlar, nə isə versinlər. Əslində kasıb olduqları üçün onsuz da başqalarının fitrə zəkatından da onlara çatacaqdır.
Allah bizim oruclarımızı, ibadət və dualarımızı qəbul etsin! Həmişə bizi xeyirli əməllərə müvəffəq etsin !
Ramazan ayının gündəlik duaları-MeÇuLaSiQ
![]()
Ramazan ayının 29-cu günün duası...
İlahi, bu gün məni öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et. Ey mömin bəndələrinə rəhm edən Allah.
“Qalatasaray” özünü qonaq kimi aparmadı, “Fənər” isə söndü!!! - MeÇuLaSiQ
![]()
Sentyabrın 17-18-də Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirildi...
Planetdə aclıq çəkənlərin sayı 1.02 milyard nəfərə çatıb-MeÇuLaSiQ
![]()
Bu barədə Dünya ərzaq proqramının direktoru Cozet Şiran Londonda keçirdiyi mətbuat konfransında məlumat verib...
Xo Şi Minin “Pobeda”sı-MeÇuLaSiQ
![]()
O bu sadə maşınını prezidentlərə layiq limuzinlərə dəyişmədi...
Vyetnamlıların “ Xo dayı” adlandırdıqları Veytnamın ilk prezidenti, Milli azadlıq hərəkatının əfsanəvi rəhbəri barədə yüzlərlə kitablar yazılmış, onlarla bədii və sənədli filmlər çəkilmişdir. Sözü gedən bədii və sənədli yaradıcılıq nümunələrində Xo Şi Minin həyatı və əmək fəaliyyəti , onun silahdaşları, Avqust inqilabının qələbəsi, fransız müstəmləkəçiliyinə və Amerika imperializminə qarşı mübarizə barədə ətraflı danışlır.
Lakin Xo Şi Minin ən etibarlı “köməkçisi” sayılan köhnə minik avtomobili “Pobeda” barədə adamlar çox az məlumatlıdırlar.
1955-ci ildə SSRİ Vyetnama 6 müxtəlif minik maşını, o cümlədən “Pobeda” Qaz 20 markalı avtomobil hədiyyə edib. 1957-ci ildə bu maşın Xarici işlər nazirliyinin xüsusi qarajından prezident sarayının dəftərxanasına verilmiş və elə o zamandan da Xo Şi Minin şəxsi istifadəsində olmuşdur. Rəhbər bu maşında 12 il gəzmiş və ölkəni ən çətin keçilən yerlərinə qədər gəlib çıxmışdı. Əfsanəvi rəhbər ömrünün sonuna- 1969-cü ilə qədər, bu maşından ayrılmayıb.
Maşının spidometrinin göstəricisi 39,5 min kilometrdir. Bu o deməkdir ki, Xo Şi Min ölkənin şimalından cənuba, həmçinin, ordan da geriyə 20 dəfə gedib gəlmişdir.
Xo Şi Min öz “Pobeda”sının çox əzizləmiş və dövlət başçısına layiq bahalı limuzinə dəyişməyi belə ağlına gətirməyib.
Sovet İttifaqı ötən əsrin 60-ci illərində Vyetnama qardaş yardımı olaraq “Volqa” Qaz 21 maşınlarını hədiyyə edəndə, onlardan biri prezident Xo Şi Minə təklif olunub. Lakin “Xo dayı” ondan imtina edib. Beləliklə, “Volqa”-da nazirlər gəzib. Xo Şi Min isə öz köhnə “Pobeda”-dan əl çəkməyib. Yeri gəlmişkən, vyetnamlı rəhbər arada-bir Fransadakı Vyetnam diasporunun ona 1964-cü ildə hədiyyə etdiyi “Pejo-404”- də də gəzib.
Bu gün hər iki avtomobili rəhbərin Hanoydakı muzeyində görmək olar. Muzeydə nümayiş etdirilən Xo Şi Minə məxsus digər sadə məişət əşyaları, şəxsi qarderobundan nümunələr bir daha təstiqləyir ki, o, XX-ci yüzillikdə dünyanın ən ünlü siyasi simalarından biri olmaqla, xalqına nə qədər yaxınmış.
itv.az
Subayların nəzərinə...(aysel)
Ramazan ayının gündəlik duaları.......(Aysel)
Ramazan ayının gündəlik duaları-MeÇuLaSiQ
![]()
Ramazan ayının 22-ci, 23-cü gün duası...
İlahi, bu gün öz ehsan və kərəm qapılarını mənim üzümə aç və öz bərəkətini mənə nazil et. Məni belə bir gündə sənin razılığın olan əməlləri etməyə müvəffəq et. Məni öz cənnətinin ən gözəl yerində məskünlaşdır. Ey çarəsizlərin duasını qəbul edən.
İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et. Ey günahkarların tövbəsini qəbul edən.
Azərbaycanın növbəti qələbəsi-MeÇuLaSiQ
![]()
Cüdoçumuz Yerevanda qızıl medal qazandı...
“İtv.az”-ın məlumatına görə, Ermənistanın paytaxtı Yerevanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan milli komandası böyük uğur əldə edib. Sentyabrın 13-də cüdoçumuz Elmar Qasımov (100 kq) bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb. O, düşmən ölkədə Azərbaycan bayrağını ucaltmaqla yanaşı, himnimizi də səsləndirib.
Ümumilikdə ölkəmiz qitə birinciliyini 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Çempionata yollanan 5 cüdoçumuzun hamısı üçrəngli bayrağımızı dalğalandırıblar. Elmar Qasımov (100 kq) qızıl, İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medala sahib olublar.
GİLAS MÜRƏBBƏLƏRİ-MeÇuLaSiQ
Ağ gilas mürəbbəsi
1 kiloqram ağ gilasın çəyirdəyi çıxarılır. Sonra üzərinə 1 kiloqram şəkər əlavə edilib, 2 saat saxlanılır ki, gilas şirəsini buraxsın. Mürəbbə 5 dəqiqə qaynadıqdan sonra onu 12 saat müddətinə kənara qoymaq lazımdır. Yaxşı olar ki, bu iş axşam-səhər sxemi üzrə edilsin. 2 yaxşıca yuyulmuş limonu narın-narın doğranır. Sonra o mürəbbəyə əılavə edilib, 5 dəqiqə qaynadılır. Beləliklə mürəbbə daha 12 saat kənara qoyulur. Proses bu şəkildə 2 dəfə təkrar edilir. Hazır mürəbbəni steril şüşə qablara yığıb, ağzını möhkəm bağlamaq lazımdır.
Qırmızı gilas mürəbbəsi
Qırmızı gilas mürəbbəsi də eyni ilə ağ gilasinkı kimi bişirilir. Sadəcə bir fərq var ki, burda limon əvəzinə qoz , son mərhələdə isə vanilin əlavə edilir. Bu mürəbbənin ətiri də, şirinliyi də çox olur. Necə deyərlər, bunun da öz yeri var... itv.az
Azərbaycan Ordusunun bir əsgəri yaralanıb-MeÇuLaSiQ
Onun vəziyyəti orta ağırdır...
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri yaralanıb. «Carçı»mız Şöhrət Eyvazovun verdiyi məlumata görə, hadisə cəbhənin Tərtər rayonu istiqamətində baş verib. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Şaban Murquzov düşmən gülləsinə tuş gəlib. Bel nahiyəsindən güllə yarası alan əsgər hospitala yerləşdirilib. Hazırdca onun vəziyyəti orta ağırdır.
itv.az
Dünyanın ən yaşlı sakini dünyasının dəyişib-MeÇuLaSiQ
![]()
İndi bu titul yaponiyalı qadına keçib...
“İtv.az” xəbər verir ki, dünyanın ən yaşlı sakini dünyasının dəyişib. 1894 cü ildə anadan olmuş Gertrud Baynes 115 yaşında ürək tutmasından vəfat edib. Gertrud Baynes həmçinin ABŞ prezidenti Barak Obamaya prezident seçkilərində səs də vermişdi. Amerikalı qadının ölməsi ilə dünyanın ən yaşlı sakini titulu Yaponiyalı qadın 114 yaşlı Kama Çinenə keçib.
Ramazan ayının gündəlik duaları-MeÇuLaSiQ
![]()
Ramazan ayının 21-ci günün duası...
İlahi, bu gün öz istəkli əməllərinin yolunu mənə göstər. Belə bir gündə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskünlaşdır və onu mənim üçün bir məskan qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən.
itv.az
Avropa Birliyi vizaların verilməsini liberallaşdıra bilər-MeÇuLaSiQ
![]()
AB Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir...
Bu gün 11 sentyabr hadisələrindən 8 il ötür-MeÇuLaSiQ
![]()
Terror hadisələri zamanı 3000-dən çox adam həlak olmuşdu
Dolların sonu çatir? - MeÇuLaSiQ
“İtv.az” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı dünyada dolları əvəz edəcək yeni valyutanın yaradılmasını təklif edir. Təşkilatın son məruzəsində deyilir ki, dünya iqtisadiyyatının dollara əsaslanması iqtisadi inkişafı tormozlayır. Böhranın bir səbəbi də budur. Dolların yeni valyuta ilə əvəz olunması bəzi ciddi problemləri həll edə bilər və s. Yerli ekspertlərin fikrincə, yeni valyutanın yaranması maliyyə sahəsindəki risqləri azalda bilər, bu da Azərbaycan üçün də əlverişlidir. İqtisadçı ekspert Oqtay Haqverdiyev: «Xeyri var ki, ziyanı yoxdur, əgər belə bir şey olsa, 20-30 ildən sonra hamı öz ehtiyatının bir hissəsini onda saxlayacağıq, risqlər azalacaq. Faiz məsələləri daha aydın olacaq».
Amma Azərbaycanın valyuta ehtiyatlarının böyük hissəsinin dollarda saxlandığını deyən mütəxəssislər hesab edir ki, hətta böhranın gücdən saldığı vəziyyətdə də dolların başqa valyuta ilə əvəzlənməsi həddən artıq çətin və vaxt aparan proses olacaq: «Bu gün dünyanın valyuta ehtiyatlarının 65 faizi dollardadır, dünya ticarətinin 80 %-i dollarla aparılır, dünyanın 28 dövlətində dollarla alqı-satqıya icazə verilib. Yəni dollara tələbat yüksəkdir, ona görə də Amerikanın dollar çap edən maşını gecə gündüz işləyir. Hələ bu dolların özü ölü olsa, hələ uzun müddət dollar elə dollar kimi qalacaq».
Ümumiyyətlə, son vaxtlar dünyada vahid valyuta məsələsinə maraq artıb. Xüsusilə də regionlarda. Avropanın avro ilə bağlı uğurlu təcrübəsindən sonra dünyanın bəzi regionları, Ərəb ölkələri, Latın Amerikası dövlətləri, öz valyutalarını yaratmaq fikrinə düşüblər. Bu özünü MDB-də də göstərir. Rusiyanın keçmiş baş naziri, indi Rusiya prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə müşaviri Viktor Çernomırdin bəyan edib ki, gələcəkdə MDB-nin vahid valyutası olacaq. Doğrudur, müşavir bildirib ki, Rusiya bu ideyanı heç kimə qəbul etdirmir, amma hər şeyin öz vaxtı var. Qeyd edək ki, MDB-nin vahid valyutası ideyası birinci dəfə səslənmir. İlk dəfə bu barədə bir neçə il əvvəl Rusiya prezidenti Putin danışıb. O.Haqverdiyev: «Amma o vaxt bütün ölkələrlə yox, Belarus, Qazaxıstan və Qırğızıstanla qaldırmışdı. Bunlar üçün olmuşdu ki, rubl burda işləsin. Sonra bu məsələ barədə danışmadılar. Bir də bu məsələ o prezidentliyin sonuna yaxınlaşanda toxundu. Orda da bu məsələ qaldırıldı, amma heç bir tərəfdən bir reaksiya gəlmədi».
Mütəxəssislər regionda vahid valyutanın olmasını prinsipcə əlverişli sayırlar. Onların fikrincə, bu həm ölkələrarası hesablaşmaları, həm də ticarət əlaqələrini yaxşılaşdırardı. Amma bunun həyata keçməsi üçün xeyli vaxt tələb olunur. Məsələn,Ərəb ölkələri bir neçə il əvvəl elan etsələr də vahid valyuta məsələsini indiyədək razılaşdıra bilməyiblər. Ekspertlərin fikrincə, Azərbaycanın belə valyutanı qəbul edib etməyəcəyi onun özəndən asılı olacaq, amma hətta bu halda da vahid valyuta məsələsi yalnız 20-30 ildən sonra reallaşa bilər. www.itv.az
Ermənistan silahlıları atəşkəsi pozub. 5 erməni əsgəri öldürülüb-MeÇuLaSiQ
![]()
Niyyətləri baş tutmayan işğalçılar 5 nəfər itki verərək geri çəkiliblər...
Ramazan ayının gündəlik duaları.......(Aysel)
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Belə bir gündə məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərini sakitləşdirib, aram edən.
Ramazan ayının gündəlik duaları.......(Aysel)
Ramazan ayının gündəlik duaları-MeÇuLaSiQ
![]()
Ramazan ayının 18-ci günün duası
Ilahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür. Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda gözəl əməllər yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah.
itv.az
Qışa hazırlıq-MeÇuLaSiQ
![]()
Nədən başlamalı?
Vaxt dayanmır. Yazın və yayın nə tez keçdiyinin fərginə varmaq olmur. Torpaq əkinçi əməyini əvəzsiz qoymayıb...
Torpağın yetirdiyi bol nemətlərdən qiş tədarükünə yubanmaq olmaz. Əlbəttə, dükandan hər şey almaq olar, lakin hər halda evdə hazırlanan turşu və tutmaların dadı bam-başqadır.
Nədən başlamalı?
Hər şeydən əvvəl şüşə bankaları yaxşıca yuyub, hazırlamaq lazımdır. İkinci mərhələdəki iş bankaların sterilləşdirilməsidir. Bu işdə hər kəsin öz üsulu var. Lakin hamı üçün asan və əlçatan olsun deyə, qazanın 3/1 qədər su doldurulur, aşsüzən qapaq əvəzi qazanın ağzına qoyulur. Sonra qazandakı su qaynadılır. Boş bankalar baş üstə aşsüzənin üstünə qoyulur. 750 qramlıq bankalar 15 dəqiqə, 1 litrlik 20 dəqiqə, 2 litrlik 25 dəqiqə, 3 litrlik Isə 30 dəqiqə sterilizə edilir. Qapaqlar rezinlərlə birlikdə 15-20 dəqiqə qaynadılır.
Bütün bu hazırlıqlardan sonra qış tədarükünə başlamaq olar.
“Qış salatı”
Salat üçün tələb olunanlar:
3 kq. göy pomidor;
1 kq. şirin bibər (yaxşı olar ki, qırımızı, yaşıl, sarı rəngli bibərlərin qarışığından istifadə olunsun);
1 kq. yerkökü;
1 kq. baş soğan;
400 qr. bitki yağı;
100 qr .şəkər tozu;
100 qr. duz;
Hazırlanma qaydası
Bütün tərəvəzlər yarımdairə şəklində doğranır, duzlanır və üstü örtülərək bir gecə sərin yerdə saxlanılır. Səhər tərəvəzlərin şirəsi süzülür, sonra yağ 5-10 dəqiqə qaynadılaraq tərəvəzlərin üzərinə tökülür. Bu mərhələdən sonra şəkər tozu əlavə edilərək 30 dəq qaynadılır. Hazır salat bankalara yığılaraq bağlanılır.
“Son bahar” salatı
Salat üçün tələb olunanlar:
Kələm-1kq.
Pamidor -1kq.
Xiyar-1kq.
Yerkökü 1kq.
Baş soğan-1kq.
Bərk alma -1kq.
Limon- 8 qr.
Hər banka üçün bir-iki dəfnə yarpağı
İki-üç ədəd diri istiot
Duz və zövqə görə şəkər
Hazırlanma qaydası:
Bütün tərəvəzlər yuyulub təmizlənir. Kələm doğranır, yerkökü nazik dairəvi şəkildə kəsilir. Hər ikisi birlikdə az miqdarda suda pörtlədilir. Diqqət edin ki, ötməsin. Bundan sonra nazik dairə şəkilli doğranmış soğan, təmizlənmiş xiyar, alma və pamidor bunların üzərinə əlavə edib,yumşalana qədər bişirilir. Sonra zövqə görə duz və şəkər əlavə edilir. Dəfnə yarpağı və diri istiot dənələri bankanın dibinə qoyulıur. Limon duzu ayrıca qabda suda həll edilib qaynadılır və hazırlanmaqda olan salatın üzərinə tökülür. Alınmış hazır salat bankalara doldurularaq pasterilizə edilir. Yarım litrlik bankaları 10 dəqiqə, 1 litrlik bankaları 20 dəqiqə pasterilizə etmək kifayətdir.
Pomidor turşusu
Hazırlanma qaydası:
Zədəsiz, yetkin və təxminən hamısı bir ölşüdə olan pomidorlar götürülür, yuyulur və saplaq tərəfdən deşilir. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır.
Duzlu məmlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Bankalar soyuyandan sonra onu ambarda, yaxud ev temperaturunda saxlamq olar.
Bu cür konserv üçün 2 kiloqram pomidor, 2 xörək qaşığı duz, 4 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı esensiya, şüyüd (çətirlisi) – 2 ədəd, qara qarağat yarpağı- 3-5 ədəd, albalı yarpağı- 3-5 ədəd, xren kökü və ya yarpağı- 20 qram, qara istiot dənəsi 10 ədəd, su – 1 litr.
Xiyarla turş kələm
Tələb olunanlar:
10 kiloqram kələm
3 kiloqram xiyar
1 kiloqram yerkökü
100 qram şüyüd
350 qram duz
Duzlu məhlul üçün: 1 litr su, 50 qram duz, 200 qram şəkər tozu.
Kələm və xiyarın birlikdə turşuya qoyulması üçün xiyarların balacalarını və bərklərini götürmək lazımdır. Turşuya qoyulmazdan əvvəl xiyarlar çox soyuq suda yuyulur.
Kök və kələm doğranaraq, qarışdırılır. İlk növbədə 1 qat kələmlə kök qoyulur. Onun üzərinə 1 lay biri-birinə yaxın olmaq şərtilə xiyarlar düzülür və bu qayda ilə qab dolana qədər davam etdirilir. Hər qata şüyüd qoyulur və duz səpilir. Lap üstən kələm təmiz salfetka ilə örtülür. Sonra onun üzərinə ağır press qoyulur ki, onu bassın. Əgər 1-2 günə kələmin şirəsi üzə çıxmırsa, deməli duzlu məlul əlavə emək lazımdır.
Xiyar turşusu
Tələb olunanlar:
1,5 kiloqram xiyar
1,5 litr su
1 stəkan şəkər tozu
2-3 ədə baş soğan
1 xörək qaşığı qara istiot dənəsi
1 dəstə şüyüd
12 xörək qaşığı sirkə
Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər dairə şəklində doğranmış soğan və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, dairə şəklində doğranır, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.
itv.az
Milliyə daha bir «Qarabağ»lı çağırıldı-MeÇuLaSiQ
![]()
Milli komanda artıq Almaniyadadır...
Azərbaycan milli yığmasının baş məşqçisi Berti Foqts yığmada dəyişikliklər edərək komandaya “Qarabağ”ın daha bir oyunçusunu, Maksim Medvedevi dəvət edib.
Medvedev artıq Almaniyanın Hannover şəhərində komandanın heyətinə qatılıb. İndi yığmada “Qarabağ”lıların sayı 7-yə çatıb.
Azərbaycan yığmasının Finlandiyaya məğlubiyyətindən sonra B.Foqts mətbuat konfransında bildirib ki, uduzmağın əsas səbəbi zəif müdafiə və psixoloji gərginlik olub:
- Görüşün sonlarına yaxın mübarizə aparmağa gücümüz çatmadı. Müdafiədə çoxlu səhvlər etdik. Komanda buraxılan ilk qoldan sonra psixoloji cəhətdən sındı.
itv.az
Almaniya millisi ilə görüş barədə Foqts yalnız “Komandanı bu oyuna hazırlamağa çalışacam” sözləri ilə kifayətlənib.
Almaniya-Azərbaycan qarşılaşması sentyabrın 9-u keçiriləcək.
Milli komanda artıq Almaniyadadır.
Sentyabrın 7-si Bakı vaxtı ilə axşam saat 16-30-da Berti Foqts Hannoverin “AWD-Arena” stadionunda mətbuat konfransı keçirəcək.
İran yeni silah yaradıb-MeÇuLaSiQ
![]()
İran qanadlı raketlərdən qorunmaq üçün yeni müdafiə sistemi yaradıb...
“Associated Press” agentliyinin verdiyi məlumata görə, bu barədə İran Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisi “Press TV” telekanalının birbaşa efirində bəyanat verib.
Briqada generalı Əhməd Mikani bildirib ki, “düşmənlərin 30 illik hərbi sanksiyasına” baxmayaraq, İran hərbçiləri müstəqilliyə doğru bir sıra addımlar ata biliblər: “Hazırda hərbçilər təkcə “görünməzlik” texnologiyası əsasında hazırlanan qanadlı raketləri identfikasyia etməkdən əlavə, onlar həm də məhv edə bilərlər”.
8 bal gücündə zəlzələ baş verib-MeÇuLaSiQ
![]()
Dağıntılar var
“İtv.az” Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən yaydığı xəbərə görə,
08 sentyabr 2009-cu il yerli vaxtla saat 03.41-də Gəncədən 291 km şimali-qərbdə Gürcüstan respublikasının Oni rayonu ərazisində zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələnin gücü 12 ballıq cədvəl üzrə 8 bal təşkil edib. Azərbaycanın sərhəd rayonları Qazax, Tovuz, Şəmkir, Ağstafada 4-3 bala qədər hiss olunmuşdur. İlkin məlumatlara görə, episentrdə dağıntıların olması ehtimal olunur. www.itv.az
Gulmeli terevezler.....(Aysel)













.jpg)
.jpg)
.jpg)
.jpg)
Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub..(Aysel)
Erməni əsirliyində öldürülən Azərbaycan hərbiçisi Fərhad Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut edib ki, o , müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib. Bu barədə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının məlumatında bildirilib. Qeyd olunub ki erməni hərbçilərinin, 1970-ci il təvəllüdlü Fərhad Atakişeyevə qarşı qəddarlığının əsas səbəbi onun Kərkicahan qəsəbəsinin sakini kimi döyüşçülərimizə bələdçilik etməsi olub. Ermənistan hərbçiləri 1991-ci ilin dekabr ayında Kərkicahan qəsəbəsinə hucum zamanı çoxsaylı itkilərinə bu amilin böyük təsir etdiyi qənaətində olduqlarından Fərhad Atakişiyevə işgəncələr verərək onu “Qarabağ ermənilərindir” ifadəsini deməyə məcbur etmək istəyiblər. Məlumatda deyilir ki, Fərhad Atakişiyev işgəncələrdən və ölümdən qorxmayaraq, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq” dediyinə görə erməni qəsbkarları tərəfindən amansızcasına qətlə yetirilib. Onun meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Atakişiyev Fərhad Rəhman oğlu ilə bağlı toplanan materiallar Dövlət Komissiyası tərəfindən Azərbaycan prezidentinə təqdim edilib və ölkə başçısının 28 iyul 2009-cu il tarixli sərəncamı ilə o, “ölümündən sonra Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
ictimai.tv xeber verir
Ramazan ayının gündəlik duaları.......(Aysel)
Ramazan ayının 16-ci günün duası
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir gündə məni pis insanlardan uzaqlaşdır. Sənin Allahlığına and verirəm, öz rəhmətinlə məni əbədi məkən olan behiştində məskünlaşdır. Ey aləmləri yaradan.
Alimlər şəkərli diabet xəstəliyini yaradan zülal tapıblar...(Aysel)
Yapon alimləri insan orqanizmində maddələr mübadiləsini pozub, nəticədə şəkər xəstəliyinə yol açan zülalı aşkar ediblər. Bu barədə Yaponiyanın “İomiuli” qəzeti məlumat yayıb. Yayılan məlumatda göstərilir ki, Kumomota profekturasındakı universitetin bir qrup alimi bu nəticəyə gəlib ki, kökəlmədən, şəkərli diabetdən və atersklerozdan əziyyət çəkən xəstələrin qanında angptl-2 zülalının yüksək konsentrasiyası müşahidə olunur.
Onlar damar hüceyrələrinə təsir edərək, leykositləri özlərinə çəkir və xroniki iltihab prosesinə səbəb olurlar.
Siçovullar üzərində aparılan təcrübə göstərir ki, orqanizmdə sözügedən zülalı olmayanlar nə qədər güclü qidalansalar da kökəlmirlər. Bununla yanaşı, onların qanınd digərləri ilə müqayisədə şəkərin miqdarı da aşağı olur.
xeber ucun ictimai.tv tshekkurler.Ramazan ayının gündəlik duaları.......(Aysel)
Ramazan ayının 15-ci günün duası
İlahi, bu gün məni sənə həqiqi təzim edib. Ulu sayılanlar kimi itaət etməyə müvəffəq et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır. Ey qorxanlara aman verən.
Ramazan ayının 14-cü günün duası
İlahi, bu gün məni düzgün əməllərdə çaşıb, səhv etdiyim işlərdə məzəmmət etmə. Belə bir gündə səndən üzr diləyib, etdiyim xəta və günahlarda məni bağışla. Öz qüdrətinlə məni bəlalara hədəf qərar vermə. Ey müsəlmanların əzəmət və izzəti.
İctimai TV
Azərbaycanda rusdillilər artır, yoxsa azalır? ...(Aysel)

Müstəqillikdən 18 il keçir, bu müddət ərzində Azərbaycanda nə dəyişib, ötən illər keçmiş «böyük qardaş»ın dilinə rəğbəti azaldıbmı?
1. RUS DİLİNİN HƏLƏ DƏ DƏBDƏ OLDUĞUNU DEYƏN ARQUMENTLƏR
ƏVVƏLCƏ STATİSTİKA
Hal-hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir - paytaxtdakı orta məktəblərin təqribən yarısında - 324-dən 155-də rus bölməsi var.
Bu barədə məlumatı AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin Ümumtəhsil məktəbləri ilə iş sektorunun müdiri Firidun Həmzəyev verib.
ƏBÜLFƏZ ELÇİBƏY, HEYDƏR ƏLİYEV, RUS DİLİ
F.Həmzəyev deyir ki, 1992-ci il AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə milli ideyalar yayılan vaxtı rus bölmələrinə maraq azaldı. Amma 1993-94 illərdən etibarən rus bölmələrinin nüfuzu artmağa başladı:
«Son illər rus bölməsində oxuyanların sayı sabitdir - nə artır, nə azalır. 2008-ci ildə Bakı üzrə orta məktəbi bitirənlərin 15 faizi rus bölməsinin payına düşüb. Bu da 1990-cı il göstəriciləri ilə eynidir».
Sovet İttifaqı hakimiyyəti vaxtı Bakıda sırf rus məktəbləri olub, müstəqillikdən sonra onlar ləğv edilib.
Bütün Azərbaycan üzrə məlumatları ala bilmədik, çünki Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərini yerində tapmaq mümkün olmadı.
«Sovet dövründə bir sinifdə 40-45 nəfər olurdu, indi də pis deyil, 32-33 uşaq olur, əksəriyyəti də azərbaycanlıdır».
İLHAM ƏLİYEVDƏN TUTMUŞ NAZİRLƏRƏ KİMİ
Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyev haqqında mübahisəsiz demək olar ki, onlar rusdillidirlər.
KİTAB SATIŞI
Bakıdakı ən məşhur mağazalardan biri – «Əli və Nino» mağazalar şəbəkəsində satılan kitabların 90 faizi rusca, 6-7 faizi ingiliscə, cəmi 3-4 faizi azərbaycancadır. Mağazanın direktoru Nigar Köçərli belə deyir:
«Biz kitabları bazarın tələbinə uyğun gətiririk. Paolo Koelonun «Əl-kimyagər» əsəri bizdə həm Azərbaycan, həm də rus dilində var, amma adamlar daha çox rusca alırlar. Səbəbini soruşanda deyirlər ki, tərcümə xoşumuza gəlmir».
Amma «Akademkitab»ın direktoru Əliağa Cəfərov deyir ki, onların mağazasında satılan kitabların 60-65 faizi Azərbaycan, 10-15 faizi ingilis, yerdə qalanı rus dilindədir:
«İngiliscə kitab alanların sayı artır, amma bu dildə daha çox satılan kitablar dərsliklərdir. Rusca isə daha çox bədii kitablar, elmi ədəbiyyatlar satılır».
İNTERNET SAYTLAR
Azərbaycanda rus dilində ən çox reytinqli xəbər internet saytı «day.az»dır, bu saytı hər gün təqribən 28 min adam ziyarət edir. Azərbaycan dilindəki ən populyar internet saytın – «Yeni Müsavat»ın ziyarətçisi bundan təqribən dörd dəfə azdır.
«AYNA» YOXSA «ZERKALO»
«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyir ki, «Zerkalo» iqtisadi baxımdan «Ayna»dan daha çox səmərəli olub, daha çox satılıb. Elçin Şıxlının fikrincə, səbəb rusdilli təbəqənin ictimai-siyasi proseslərlə daha çox maraqlanmasıdır.
Bəs illər keçdikcə həmin təbəqə aşınırmı?
Elçin Şıxlı deyir ki, oxucuların sayı demək olar ki, 1995-ci ilin səviyyəsi ilə eynidir, artım, ya da azalma yoxdur, 1995-ci ilə qədər isə başqa media orqanları kimi «Zerkalo»nun da tirajı yuxarı idi:
Elçin Şıxlı«Tirajın azalması təkcə rusdillilərlə bağlı deyil, ümumiyyətlə, ölkədə qəzet oxuyanların sayı azalır».
Amma Elçin Şıxlı deyir ki, o, bir gün «Zerkalo»nun bağlanması sualının qalxacağını bilir, çünki təbii bir proses kimi, rus dili bilənlər getdikcə azalacaq.
| 2. RUS DİLİNİN TARİXƏ QOVUŞDUĞUNU DEYƏN ARQUMENTLƏR «DA», «NET» BİLMƏYƏN NƏSİL Amma təbii ki, İttifaqın dağılması rus dilinə olan marağa təsir edib. Məmməd Qurbanov Yevlax rayonundandır, o, Bakı Dövlət Universitetinin «tətbiqi riyaziyyat» fakültəsinə yüksək balla daxil olub, amma rusca heç başa da düşmür: «Mən həmişə çanaq antena ilə türk telekanallarına baxmışam, Azərbaycan bölməsini bitirmişəm, harada öyrənə bilərdim rus dilini». Azərbaycanda axır illər dəbə düşən ingilis dilidir, Qərb təşkilatları ölkəyə gələndən bəri ingilis dili öyrənməyə meyl artıb. Bakıda ingilis təmayüllü pulsuz dövlət məktəbləri var, amma bu imkan pulsuz rusca təhsil səviyyəsində deyil. RUS DİLİ ARTIQ XARİCİ DİLDİR İttifaq dövründə rus dili Azərbaycan məktəblərində ikinci dövlət dili kimi keçilirdi, 1998-ci ildən başlayaraq xarici dil hesab olunur. Bu ildən etibarən bütün ölkə üzrə orta məktəblərdə Azərbaycan bölməsində rus dilini ancaq xarici dil əvəzi kimi valideynlərin xahişi ilə keçəcəklər. Bakı Təhsil İdarəsinin Ümumtəhsil məktəbləri ilə iş sektorunun müdiri Firidun Həmzəyev deyir ki, ölkədə rus dili müəllimlərinin artıqlığı yaranıb, onlar üçün əsas çıxış yolu ixtisaslarını dəyişməkdir. Politoloq İlqar Məmmədov deyir ki, müstəqillikdən 18 il keçsə də, hələ də ölkədə 25-30 yaşlarında gənclər var ki, rusca danışırlar, bu isə çox pis haldır. İlqar MəmmədovPolitoloq deyir ki, bu hal Azərbaycan mədəniyyətinin inkişafına mane olur:
Ulviyye Esadzade
|
2010 Model Renault Twingo Cabriolet - MeÇuLaSiQ

Fransiz firma Renault, Twingo Cabriolet modelinin ilk shekillerini yayimladi...
Twingo Cabriolet modelini Fiat 500 ve MINI kimi berk rakibler gözleyir. Ancaq Twingo Cabrio bu rakibleri kimi sadaca üsdü açilan bire model yox, hersheyiyle tam bir coupe-cabriolet görkemi sergiliyir.
Mashinla elaqeli olaraq Renault'un kiçik mashinlar sorumlu Nazir Yardimçisi Yves-Eric Morel, ''Bu mashin 'génish' bir arac olacaq ve markasinin imajini quvvetlendirecek öelliklere sahab olacaq, emin olun ki biz bir Twingo CC yox, çox daha artigini yapacix'' dédi.
Sentyabr ayinda Almaniyanin Frankfurt sheherinde kéçirilecek olan mashin fuarinda görüshe çixacaq olan Renault Twingo Cabriolet, 2010' un ilk yarisinda yevropada satisha erz édilecek.
İki ekranlı nootbuk satışa çıxarılır - MeÇuLaSiQ
![]()
ABŞ-ın “gScreen” şirkəti iki tamfunksiyalı 15,4 düymlü displeylə təchiz olunmuş “Spacebook” adlı noutbuk hazırlayıb...
...
Sincanda yenidən etiraz aksiyaları başlayıb-MeÇuLaSiQ
![]()
Çinin Sincan-Uyğur Muxtar Vilayətində yenidən etiraz aksiyaları başlayıb...
...
Aksiyaçılar Urumçi küçələrinə çıxaraq yerli hökumətə və şəhərindəki qayda-qanunlara etiraz edir. Məlumatlara görə, etiraz aksiyaları 5 iyulda başlayan hadisələrdə saxlanılanların işgəncələrə məruz qalmasına qarşı təşkil edilib. Bölgəyə müstəqil müşahidəçilərin gəlişini qadağan edən rəsmi Pekin xarici Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə də məhduddiyətlər tətbiq edib.
Debde olan sac duzulmeri.......(Aysel)
















Ramazan ayının gündəlik duaları.......(Aysel)
Alla Puqaçova Bakıda konsert verəcək.....(Aysel)

Tanınmış müğənni, Rusiyanın xalq artisti Alla Puqaçova Azərbaycana səfər edəcək. Bu barədə məlumat Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilib.
Müğənninin konserti sentyabrın 4-də Heydər Əliyev Sarayında olacaq. “Apreldən-aprelə” adlı dünya turnesi çərçivəsində keçirilən tədbir yeni mövsümün ilk konserti olacaq.Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin 20 azərbaycanlı məzunu diplom aldı.....(Aysel)
Türkiyədə 20 azərbaycanlı məzun diplom aldı.
Onların 7-si qızdır.
davamindan oxu.
Ramazan ayının 12-ci günün duası .......(Aysel)
LEÇO.......(Aysel)
Bir neçə növ leçoların hazırlanma qaydaları
Leço 1
5 kiloqram əla növ qırmız bibər
2 ədəd acı bibər
3 litr tomat( Bunu hazırlamaq üçün 3 kilo pomidor ət maşınından keçirilərək, zövqə görə duzlanır və 15-20 dəqiqə ərzində qaynadılır.)
1, 5 stəkan günəaxan yağı
2 xörək qaşığı duz
5 xörək qaşığı şəkər tozu
1 çay qaşığı esensiya
Hər bankə üçün bir baş sarımsaq, diri istiot və dəfnə yarpağı
Bu miqdarda materialdan 0,5 litirlik 10-12 şüşə banka leço alınır.
Şirin bibər böyük-kiçikliyindən asılı olaraq 4-6 hissəyə bölünür. Şüşə qablara diri istiot və xırda-xırda doğranılmış bir diş sarımsaq qoyulur. Tomat qazanına doğranılmış acı bibərlər, yağ, duz, şəkər, sirkə və nəzərdə tutlmuş şirin bibərin yarı hissəsi (hamısı qazana yerləşməz) əlavə edilərək, 5-7 dəqiqə ərzində qaynadılır. Sonra qazandakı bibərlər çıxarılır və bankalara yığılır. Şirin bibərlərin qalan yarısı da qazana tökülərək, yenə 5-7 dəqiqə qaynadılır. Sonra onlar da əvvəlki bibərlər kimi çıxarılr və bankalara yığılır. Qazanda qalan tomat şirəsi bərabər miqdarda birbərllərin doldurulduğu bankalara tökülür.
Leço dolu bankalar 25 dəqiqə sterilizə edilərək, bağlanılır.
Leço 2
3 kiloqram pomidor
2 kiloqram şirin bibər
4 ədəd iri yerkökü
1 stəkan günəbaxan yağı
Stəkanın ¾ şəkər
8 xörək qaşığı 9%-li sirkə
2 xörək qaşığı duz
Pomidor və kök ət maşınından keçirilərək 30 dəqiqə bişirilir. Sonra doğranılmış bibər ona əlavə edilərək daha 30 dəqiqə ərzində qaynadılır. Qaynama prosesinin axırına 5 dəqiqə qalmış sirkə əlavə olunur. Leço şüşə qablara doldurularaq, ağzı bağlanır.
Badımcanlı leço
Bu resepti hazırlamaq üçün sizə 4 kiloqram pomidor, 7 ədəd bolqar bibəri, 2 badımcan, 2 baş soğan, tərxun, duz və şəkər lazım olacaq.
Pomidor, bibər və badımcan yaxşıca yuyulur. Soğan soyulur, pomidor dilimlənir, bibərin toxumları çıxarılır və badımcanın qabığı soyulur. Bibər, badımcan və soğan yumru şəkildə doğranılır. Soğan emal qaba qoyulur, pomidor və bibər əlavə olunaraq, 15 dəqiqə müddətində bişirilir. Sonra zövqə görə tərxun, duz və şəkər əlavə olunmaqla proses daha 20 dəqiqə davam etdirilir. Badımcanlar duzlanaraq bitki yağında qızılı rəng alana qədər qızardılır və bişirilənlərə qarışdırılır. Hazırlanmış leço yuyulmuş və pasterizə edilmiş bankalara dolduraraq, ağzı bağlandıqdan sonra sərin yerdə saxlanılır.
QIZIL GÜL MÜRƏBBƏSİ........(Aysel)
Ağzınız şirin olsun
Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır.
Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır. Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alın ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbəniz qaynara düşdü, götürüb 12 saatlığa kənara qoyun. Sonra onu yenidən qaynamağa qoyun. Mürəbbənin çəğrayı kəfini yığılır, 20-25 dəqiqiə ərzində mütəmadi olaraq qarışdıra-qarışdıra bişirilir. Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud yarım çay qaşığı quru limon turşusu əlavə edilir. Bundan sonra gözünüzün qarşısında bozumtul çəhrayı şirə bir andaca şəffaflaşır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır və steril qablara yığılıb, ağzı bağlanılır.
nush olsun!
«Əxlaqsız» cəmiyyət .......(Aysel)

Təsəvvürümüzdə canlandırdığımız bu çirkin orqanizmi toplum formasında düşünsək, bizə o qədər də yad olmayan cəmiyyət gözümüzün qarşısında dayanacaq. Bax belə bir orqanizm bizim doğulub böyüdüyümüz, arada bir sevinib, kədərlə qocalıb öldüyümüz bir toplumdur. Elə bir toplum ki, uşağından qocasına, valideynindən müəlliminə, iqtidarından müxalifətinə, uşaq bağçasındakılarından Elmlər Akademiyasındakılarına, azadlıqdakılarından məhbuslarına qədər onun sarsılmaz dəyərlərinin formalaşdırdığı bir sistemlə idarə olunur. Bu toplumu anormal görünüşlü orqanizmə çevirən sistemin kiçik oyuncaqları deyil, bu zəncirin bütün halqalarını bir arada stabil tutan, onun özünə məxsus əxlaq və dəyərlər toplusudur. Misallarla izah edim:
bu tolumda bir qadının nikahdan kənar münasibətlərdə bəkarətini itirməsi əxlaqsızlıqdır, amma nikahlı həyat yoldaşı tərəfindən hər gün döyülməsi əxlaqsızlıq deyil;
bu toplumda qadın kişi üçün namusdur, amma o qadının geyindiyi paltarların yad kişilərdən toplanmış rüşvət hesabına alınması binamusluq deyil;
bu toplumda qadının yad kişiləri tərifləməsi əxlaqsızlıq sayılır, amma kişilər bir-birilərini hətta KİV-də də tərifləməkdən həzz alır;
Bu toplumda əxlaq «böyük-kiçik»lər üzərində qurulur, insan üzərində deyil, ona görə bu toplumda güclü həmişə haqlıdır, ona görə bu toplumda insanlar edə bildiklərindən qürurlanır, edə bilmədiklərindən isə utanır. İnanmırsınızsa elə bu dəqiqə yanınızdakına «bu gün mən sevgilimlə öpüşəcəyəm» və dərhal «bu gün mən rüşvət alacağam» deyin, sizə veriləcək adekvat cavabların mahiyyətidir mənim indi yazdığım.
4 il yaşadığım «əxlaqsız» Norveç cəmiyyətində mən bunu anladım ki, əslində, biz əsl utanmalı şeyləri edib qürurlanır, edilməsi zəruri olan işlərdən isə utanırıq. Mən o «əxlaqsız» adlandırılan cəmiyyətdə 4 il ərzində bir dəfə də olsun uşağın valideyn tərəfindən döyülməsini görmədim, dostlar, başa düşməliyik ki, əxlaq uşaqların cinsi münasibətlərinə nəzarət etmək deyil, onlar üçün qorxudan kənar bir uşaq dünyası qurmaqdır, çünki uşaqlığında döyülən böyüklüyündə döyəcək.
Gulmeli ve menali.........(Aysel)














Türkiyə və Ermənistan razılığa gəlib ki........(Aysel)

Bu üçtərəfli sənəddə deyilir ki, Türkiyə və Ermənistan respublikaları beynəlxalq siyasi məsləhətləşmələrin başlanması haqqında razılığa gəlib.
İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən məsləhətləşmələr iki yekun protokolunun imzalanması istiqamətində aparilacaq. Bəyanata əsasən söhbət “Diplomatik əlaqələrin qurulması haqda protokol” və “İkitərəfli münasibətlərin inkişafına dair protokol” adlanan iki sənəddən gedir.
Məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.
Türkiyə-Ermənistan münasibətləri uzun müddət iki əsas məsələ - 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrə münasibət və Qarabağ problemi səbəbindən soyuq olub.
2008-ci ilin payızından başlayaraq tərəflər münasibətlərin normallaşması istiqamətində bir sıra ciddi addımlar atsalar da, əsasən ikitərəfli əlaqələrin əhəmiyyəti və sərhədlərin qeyd-şərtsiz açılmasının zəruriliyi haqda bəyanatlarla kifayətlənməli oldular.
Ötən ilin sentyabrında Ermənistan-Türkiyə futbol görüşü zamanı Abdulla Gül Yerevana səfər etdi. Ermənistan prezidentinin də eyni addım atacağı gözlənilirdi.
Bu ilin aprelində yenə də İsveçrənin vasitəçiliyi ilə iki tərəf arasında "Yol xəritəsinin" hazırlanması haqda razılıq əldə olundu. Lakin münasibətlərin praktiki olaraq məhz necə normallaçacağı sualı hələ də açıq olaraq qalırdı.
Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan bəyan etdi ki, sərhədlər açılmasa Türkiyəyə, futbol matçına getməyəcək.
Xatırladaq ki, Türkiyə-Ermənistan matçı oktyabrın 14-də keçiriləcək. İsveçrə-Türkiyə-Ermənistan bəyanatında qeyd edilən 6 həftə müddəti də məhz bu futbol görüşünün vaxtına təsadüf edir.
Hadisələrin gedişi Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Ermənistan-Türkiyə münasibətlərini Qarabağ problemi prizmasından qiymətləndirən rəsmi Bakı ilə Ankara arasında da gərgin diplomatik fəallıq müşahidə olunur.
Avqustun 31-də imzalanan üçtərəfli bəyanata artıq ilk beynəlxalq reaksiya verilib. Fransa tərəflərin bu adıımını alqışladığını bildirib.
ÖMÜR-MeÇuLaSiQ
![]()
Evvelden gelib axira dogru,
Gelib, kéçib gédendi ömür.
Heyat ev sahabi, zamansa ogru,
Arada qalib talandi ömür.
Öten iller gelmir géri.
Her xatirenin var öz yéri.
Gah yaydi, gah zemheri,
Yoxsa éle yalandi ömür?
Atib oxun gizledir yayi.
illere baglayir her öten ayi.
Derdi-qemi çixdiqdan savayi,
Elde ovucda qalandi ömür.
Gör-götür qaderin baresinden.
Örgen insanin her cüresinden.
Körpüler yixan eshq deresinden,
Axib üreye dolandi ömür.
Bezi agladin, bezi güldün.
Sende felekden payini aldin.
Ay MEÇUL ashiq tezzemi bildin?
Gül tek saralib-solandi ömür.
MeÇuLaSiQ
Qubadlimizin Ishqalindan 16 il keçir-MeÇuLaSiQ

16 il əvvəl Qubadlı işğal olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin düşdü. Var-dövləti başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı, yandırıldı...
Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə böyük Ermənistan yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm Çar, həm də Sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmışdı. Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum etmiş, kəndlər yandırılmış, talan edilmiş, dinc əhaliyə divan tutulmuşdur.
Qubadlı əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi əslində münaqişənin örtülü olsa da bünövrəsini qoymuşdu. Lakin Qarabağ münaqişəsinin əsl startı Sovet imperiyasının labüd çökməsi nəticəsində baş verdi.
1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər.
Etrafli melumat üçün FORUM uzAYsel'e bagilmasi meslehet olunur.
Məhəmməd adı Hollandiyada çox məşhurdur-MeÇuLaSiQ

Məhəmməd Hollandiyada ən çox
sevilən ad hesab olunur...
Məhəmməd Hollandiyada ən çox sevilən ad hesab olunur. Bu ad Hollandiyanın böyük şəhərlərində yeni doğulan oğlan uşaqlarına ən çox verilən adlardan biridir.
Hollandiyada fəaliyyət göstərən, islamın qatı əleyhdarı Azadlıq Partiyasının lideri Cert Vidersin tapşırığı ilə keçirilən sorğunun nəticələrinə əsasən bu qənaətə gəlinib. Qeyd edək ki, Azadlıq partiyası Hollandiyaya müsəlman mühacirlərinin gəlməsinə qarşı çıxır və məscidlərin bağlanılmasını tələb edir.
Partiya üzvlərinin parlamentə təqdim etdiyi bu sorğu Sosial Sığorta təşkilatları tərəfindən cavablandırılıb. Hollandiya Sosial Sığorta təşkilatının məlumatlarına görə, 2008-ci ildə Amsterdam, Rotterdam, Lahey və Utrext şəhərlərində doğulan oğlan uşaqlarına ən çox Məhəmməd adı verilib. Məhəmməd ən məşhur oğlan uşaqlarının adları siyahısında ikinci sırada olan Jayden adından üç dəfə çox seçilir.
Azadlıq partiyası bu sorğunu "Telegraph” qəzetinin 2050-ci ilə qədər ABŞ-da yaşayan hər beş adamdan birinin müsəlman olacağına dair apardıqları sorğuya əsasən keçirib.
Xatırladaq ki, Hollandiyada müsəlmanlar arasındakı doğum nisbəti yerli əhalinin yerdə qalan sayına görə daha yüksəkdir. Hazırda Hollandiyada 17 milyon əhalinin 5 faizini müsəlmanlar təşkil edir.
Menbe= islam.az
Aygun Beyler "Qebelem"mp3....(Aysel)

RAMAZAN DUALARI-MeÇuLaSiQ

Dua'i KUMEYL, Dua'i TEVESSÜL ve bir néçe duani xeberin davaminda endirebilersiz...
KUMEYL DUASI
TAVASSUL DUASI
DUA 1
DUA 2
DUA 3
DUA 4
DUA 5
Canali Ekberov - Ahu kimi......(Aysel)

«Nurçuluq» doğrudanmı Azərbaycan üçün problemdir? ...(Aysel)

- Bu fikir birinci dəfə deyil ki, səslənir. 2-3 ildir ki, onu tez-tez eşidirik. Əslində bu, kökündə bir şey olmayan məsələni şişirtmək halıdır. Mən 2 şeydən çox narahatam. Biri – heç bir əsası olmadan çox təriflənəndə. Vaxtı var idi, «nurçuluq» Azərbaycan üçün model kimi əsassız təqdim edilirdi. İkinci, bəyənmədiyim məqam odur ki, bir şey fövqəl dərəcədə birdən-birə təhlükəli görsədilməyə başlanır. Bunlar hər ikisi normadan kənara çıxmalardı.
Gəncə ilə bağlı situasiya fərqlidir. Təxminən 15 gün əvvəl Lənkəranda yaşayan Tohid İbrahimbəyli adlı ilahiyyatçı Gəncəyə dəvət olunur. İnancı insanlar mübarək Rəcəb ayında bir növ öz bilgilərilə bölüşmək üçün çağırırlar. Və bir gün o, məsciddə ikən polis tərəfindən saxlanılır və bundan sonra Gəncəyə gəlməməsi ondan tələb olunur. Deyirlər ki, «sən burada artıq islamı təbliğ edə bilməyəcəksən». Fikir verin, bu hadisə Azərbaycanda islamın «ənənəvi cərəyanına» məxsus olan, cəfəri məktəbinin ilahiyyatçısı ilə baş verir. Bu axı «nurçuluq» deyil.
Baş verənin bir adı var – fundamental konstitusiya haqları tapdalanır. Axı hər kəs dini ibadətini istədiyi yerdə keçirdə bilər. Bu haqq pozulur.
O ki, qaldı qonşuların müraciətinə - Azərbaycanda son zamanlar nədənsə bütün ictimai, siyasi, intellektual elita ya «xuliqan» çıxır, ya «qonşuları narahat edir». Tanınmış yazarlar artıq özlərinə «mən xuliqanam» şüarını seçirlər. Bu halı sovetlərin ənənələrinə qayıdış kimi qiymətləndirirəm. Bu gün gənc fəalları döyüb «xuliqanlıqda» suçlu bilərək həbs edirlər. Eksperiment baş verir.
- Hansı eksperiment?
- Sabah artıq çayxanalarda insanların birlikdə çay içməsinin məhdudlaşdırılması gözlənilə bilər. Ardınca internetin məhdudlaşdırılması söhbətləri gedir. Məşhur misal var: «Apardılar birilərini – bizlər susduq, digərlərini apardılar – yenə susduq, məni aparanda heç kim olmadı». Bu məsələ həmin o məsələdir. Hansı yerdə vicdan və mətbuat azadlığı pozulursa, orada qalan azadlıqlar da pozulacaq. Dövlətçiliyə ən böyük zərər isə, demokratiyanın tapdanmasıdır.
Babək qalasında 3 milli fəal həbs olunub .........(Aysel)

Musa bildirib ki, hazırda 10 min dollarlıq sənəd zəmanəti ilə atasını Əhər həbsxanasından çıxarmaq üçün müraciət olunub.
Musanın sözlərinə görə, atasının tutulması ilə bağlı istintaq işi başlanıb və onu işinə Əhərin İnqilab Məhkəməsi baxacaq.
Mustafa Qasimidən əlavə, Mir Musa Ziya Zərgər və Rəsul İrani də həbs olunub.
Sulduz şəhərindən olan Musa Qasimi bildirib ki, atası və dostlarını «od yandırıb, mahnı oxuyanda» tutulublar.
Qasiminin oğlu bildirib ki, bundan əvvəl, 2007-ci ilin may ayında da Ettelaat (Təhlükəsizlik İdarəsi) əməkdaşları onların evində axtarış arapdıqdan sonra atasını 18 gün təcridxanaya aparıblar.
Xatırladaq ki, 2006-cı ilin may ayında rəsmi «İran» qəzetində türkləri «tarakan» adlandırılmasına etiraz olaraq İran azərbaycanlıları etiraz aksiyaları keçirib və hər il bu hadisənin xatirəsi qeyd olunur.
Sarkisyan Türkiyəyə niyə getmir? ...(Aysel)

«Türkiyə tərəfi Ermənistan prezidenti Serj Sarkisyanın Ankaranın sərhədlərin açılması istiqamətində konkret addımlar atmadığı təqdirdə cavab oyununa baxmaq üçün Türkiyəyə getməyəcəyi barədə bəyanatını ilkin şərt qoymaq kimi qələmə verir. Ancaq şərt qoyan Türkiyənin özüdür. Türkiyənin baş naziri bildirib ki, iki ölkə arasında sərhəd Dağlıq Qarabağ münaqişəsiylə bağlı konkret irəliləyişlərdən sonra açılacaq» - deyə qəzet yazır.
«Jamanak» qəzetinin fikrincə, hakimiyyət orqanları özləri Serj Sarkisyanın nə edəcəyini bilmir. Qəzet sual edir - ötən yaydan nə dəyişib ki, Türkiyənin Ermənistanla münasibətlərinə baxış dəyişsin: «Heç nə dəyişməyib. Sarkisyanın yenə də prezident kimi legitimliyi yoxdur. Onun hakimiyyətdə qalması isə bütünlüklə xaricdən asılıdır. O hakimiyyətdə qalması üçün ABŞ-ın, Avropanın, Rusiyanın maraqlarını təmin etməlidir».
ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Metyu Brayza «Hrapark» qəzetinə müsahibəsində Birləşmiş Ştatların Türkiyənin regiondakı roluna dair mövqeyini şərh edir:
«Türkiyə hər şeydən əvvəl NATO-nun həlledici üzvlərindəndir. Bu ölkə yarım əsrdən çoxdur ki, NATO-nu özünün təhlükəsizliyinin əsas sütunu kimi görür. Eyni zamanda, Türkiyənin Rusiyayla da bir sıra ümumi maraqları var. Türkiyə təbii qaz təchizatının 65 faizini Rusiyadan alır. Düşünürük ki, nə qədər Türkiyənin Rusiyadan asılılığı artmayıb, vaxtilə Klinton adminstrasiyasının başladığı planı, (bu plan Xəzərin enerji ehtiyatlarının Avropa bazarlarına maneəsiz və alternativ yollarla çatdırılması üçün cənub dəhlizi yaratmaqdan ibarətdir) tamamlamaq çox vacibdir».
«Arovat» qəzetindəki köşə yazısında isə deyilir ki, müstəqil Ermənistanın siyasi həyatı üçün iki əsas komponent xarakterikdir. Biri müxalifət düşərgəsində olub hakimiyyətin istefasını tələb etmək, o biri hakimiyyətdə olub istefanın məqsədəuyğun olmadığını əsaslandırmaq.
azadliq.org
Şəki camaatı niyə əzansız qaldı?-MeÇuLaSiQ

Şəki əhli əzan səsinə həsrət qalıb. Bu narahatlığını "Azadlıq Radiosu"na Şəkinin yerli sakinləri bildirib...
...Şəkidəki Ömər Əfəndi məscidindən isə deyirlər ki, əzanın mikrofonsuz səsləndirilməsi barədə qərar şəhər icra hakimiyyətindən gəlib. Daha doğrusu, məscid rəhbərliyinə bundan sonra əzanın məscid minarəsindən mikrofonsuz verilməsi tapşırılıb. Səbəb heç məsciddə işləyənlərə də bəlli deyil. «Tapşırıq İcra Hakimiyyətindəndir, məscidin başçısı indi Bakıda qurultaydadır, əzan məsələsi də həll olunmalıdır»- deyə məsciddən bildirilib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Mirzə Əziz faktı təsdiqləyərək, göstərişin idarə tərəfindən verildiyini deyib, lakin səbəblər barədə danışmaq istəməyib.
"Halal" nişanı ilə saxta ərzaqlar satılır-MeÇuLaSiQ

"Azərbaycanda bir sıra məhsullar Qafqaz Müsəlmanları İdarəsinin icazəsi olmadan "Halal" nişanı altında satılır", - deyə İdarədən bildirilib...
..."Halal" nişanı yalnız Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə verilir, lakin bu nişan altında saxta qida məhsulları satılır. Bu səbədən "Halal" nişanlı həqiqi ərzaqları saxta ərzaqlardan ayırmaq olmur", - deyə QMİ sədrinin müavini, müfti Hacı Salman İdarənin 12-ci qurultayında bildirib.
O həmçinin təəssüflə qeyd edib ki, televiziya kanallarında yayımlanan bəzi dini verilişlərin aparıcılarının din haqqında anlayışları yoxdur. "Bu kimi proqramların hazırlanmasının QMİ ilə razılaşdırılması daha yaxşı olardı", - müfti bildirib.
Mübarək Ramazan ayının gündəlik duaları-MeÇuLaSiQ

Allahumməc’əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!
Ramazan ayının 2-ci gününün duası:
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur’ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 3-cü gününün duası:
Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.
Tərcüməsi:
İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!
Ramazan ayının 4-cü gününün duası:
Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
Ramazan ayının 5-ci gününün duası:
Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 6-cı gününün duası:
Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
Tərcüməsi:
İlahi, bu gün sənə qarşı etdiim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
Ramazan ayının 7-ci gününün duası:
Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.
Tərcüməsi:
İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!
Ramazan ayının 8-ci gününün duası:
Allahummərzuqni fihi rəhmətəl-əytami və it’amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.
Tərcüməsi:
İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!
Ramazan ayının 9-cu gününün duası:
Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.
Tərcüməsi:
İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!
Ramazan ayının 10-cu gününün duası:
Allahumməc’əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk. Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi:
İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!
Ramazan ayının 11-ci gününün duası:
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".
Tərcüməsi:
"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"
Ramazan ayının 12-ci gününün duası:
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".
Ramazan ayının 13-cü gününün duası:
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc’əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Ramazan ayının 15-ci gününün duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərgüməsi:
"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".
Ramazan ayının 16-cı gününün duası:
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə’mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Ramazan ayının 18-ci gününün duası:
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".
Ramazan ayının 19-cu gününün duası:
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".
Ramazan ayının 20-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur’an. Ya munziləs-səkinəti fi qulubil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur’an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".
Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc’əl li fihi ila mərzatikə dəlila. Və la təc’əl liş-şeytani fihi əleyyə səbila. Vəc’əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"
Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də’vətil-muztərrin".
Tərcüməsi:
"İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!"
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"
Ramazan ayının 24-cü gününün duası:
"Allahummə inni əs’əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu’zik. Və əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə’siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"
Ramazan ayının 25-ci gününün duası:
"Allahumməc’əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə’daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"
Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc’əl sə’yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
Ramazan ayının 27-ci gününün duası:
"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
Ramazan ayının 29-cu gününün duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
Ramazan ayının 30-cu gününün duası:
"Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Orucun Vaxtları..(Ayselim)

ORUCUN FӘLSӘFӘSİ VӘ FAYDALARI
Bu haqda aşağıdakıları qeyd etmək olar:
Allah-taala müqəddəs Qur`anda buyurur:
«Ey iman gәtirәnlәr! Pәrhizkar olasız deyә, sizdәn qabaqkılara vacib edildiyi kimi, sizә dә oruc (tutmaq) vacib oldu». (Bәqәrә surәsi /183)
2. Tәrbiyә va әxlaqın saflaşması;
hәzrәt Әmirәl-mö'minin İmam Әli (әlәyhis-salam) buyurur:
«Allah-taala insanların düzgün tәrbiyә olunması üçün, orucu vacib etmişdir». 3. İbrәt almaq;
Orucun vacib olma sәbәblәrindәn biri dә ona görәdir ki, yoxsul vә varlılar arasında bәrabәrlik yaransın vә (oruc tutmuş) varlı şәxs, aclığın tә'sirini görüb, yoxsulların haqqını tapdalamaqdan çәkinsin.
4. Sağlamlıq;
hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm) buyurur: «Oruc tutmaqla sağlamlıfınızı tә'min edin». ORUCUN ŞӘRTLӘRİ
Oruc tutmağın şərtləri aşağıdakılardan ibarətdir:
hәddi-büluğa çatmağın isә üç әlamәti vardır:
Birinci: Qәmәri tarixi ilә oğlanın 15, qızın isә 9 yaşa çatması;
İkinci: Cinsiyyәt üzvlәrinin әtrafında qalın tüklәrin bitmәsi;
Üçüncü: Hәr hansı bir halda insandan spermanın xaric olması.
2. Oruc tutmaq, xәstә insan üçün zәrәrli olmamalı vә ya xәstәliyin iddәtlәnmәsinә sәbәb olmamalıdır;
3. Oruc tutan şәxs, zöhrdәn qabaq sәfәrә getmәmәlidir;
Qeyd etmәk lazımdır ki, qәmәri tarixi ilә Ramazan ayının birindәn sonunadәk yuxarıdakı şәrtlәrә riayәt etmәklә, oruc tutmaq hәr bir müsәlmana vacib sayılır.
ORUCU BATİL EDӘN AMİLLƏR
1. Yemәk;
2. İçmәk;
3. Cinsi әlaqә;
4. İstimna (spermanın xaric olmasına sәbәb olan hәr hansı bir iş);
5. Qəliz tozu udmaq;
6. Allah, Peyğәmbәr vә İmamların adından yalan söz demәk;
7. Sübh azanınadәk bilәrәkdәn cәnabәt, heyz vә ya nifas halında qalıb, qüsl etmәmәk;
8. Başı tamamilә suya batırmaq;
9. Maye şeylәrlә imalә etmәk;
10. Qusmaq;
Bakı şəhəri üçün Ramazan ayında
namaz və iftar cədvəli
2009 - cu il avqustun 21 - də niyyət axşamıdır.
Hicri 1430 Ramazan | Miladi 2009 | Sübh namazı | Gün çıxır | Zöhr namazı | Əsr namazı | Axşam namazı İftar vaxtı | İşa namazı |
1. | 22. Avqust | 05:42 | 06:58 | 13:47 | 18:30 | 20:43 | 22:08 |
2. | 23. | 05:44 | 06:59 | 13:47 | 18:29 | 20:42 | 22:06 |
3. | 24. | 05:45 | 06:59 | 13:47 | 18:28 | 20:40 | 22:05 |
4. | 25. | 05:46 | 07:00 | 13:46 | 18:27 | 20:39 | 22:03 |
5. | 26. | 05:47 | 07:01 | 13:46 | 18:26 | 20:37 | 22:01 |
6. | 27. | 05:49 | 07:02 | 13:46 | 18:25 | 20:36 | 21:59 |
7. | 28. | 05:50 | 07:03 | 13:45 | 18:24 | 20:34 | 21:57 |
8. | 29. | 05:51 | 07:04 | 13:45 | 18:22 | 20:32 | 21:55 |
9. | 30. | 05:52 | 07:05 | 13:45 | 18:21 | 20:31 | 21:53 |
10. | 31. | 05:53 | 07:06 | 13:45 | 18:20 | 20:29 | 21:51 |
11. | 1.Sentyabr | 05:54 | 07:07 | 13:44 | 18:19 | 20:28 | 21:49 |
12. | 2. | 05:56 | 07:08 | 13:44 | 18:18 | 20:26 | 21:47 |
13. | 3. | 05:57 | 07:09 | 13:44 | 18:16 | 20:24 | 21:46 |
14. | 4. | 05:58 | 07:10 | 13:43 | 18:15 | 20:23 | 21:44 |
15. | 5. | 05:59 | 07:11 | 13:43 | 18:14 | 20:21 | 21:42 |
16. | 6. | 06:00 | 07:12 | 13:43 | 18:13 | 20:19 | 21:40 |
17. | 7. | 06:01 | 07:13 | 13:42 | 18:11 | 20:18 | 21:38 |
18. Qədr (Əhya) | 8. | 06:03 | 07:14 | 13:42 | 18:10 | 20:16 | 21:36 |
19. | 9. | 06:04 | 07:15 | 13:42 | 18:09 | 20:14 | 21:34 |
20. Qədr (Əhya) | 10. | 06:05 | 07:16 | 13:41 | 18:07 | 20:13 | 21:32 |
21. | 11. | 06:06 | 07:17 | 13:41 | 18:06 | 20:11 | 21:30 |
22. Qədr (Əhya) | 12. | 06:07 | 07:18 | 13:41 | 18:05 | 20:09 | 21:29 |
23. | 13. | 06:08 | 07:19 | 13:40 | 18:03 | 20:08 | 21:27 |
24. | 14. | 06:09 | 07:20 | 13:40 | 18:02 | 20:06 | 21:25 |
25. | 15. | 06:10 | 07:21 | 13:39 | 18:01 | 20:04 | 21:23 |
26. Qədr (Əhya) | 16. | 06:12 | 07:23 | 13:40 | 18:00 | 20:04 | 21:22 |
27. | 17. | 06:12 | 07:23 | 13:39 | 17:58 | 20:01 | 21:19 |
28. | 18. | 06:13 | 07:24 | 13:38 | 17:57 | 19:59 | 21:17 |
29. | 19. | 06:14 | 07:25 | 13:38 | 17:55 | 19:58 | 21:15 |
30. | 20. | 6:16 | 7:25 | 13:38 | 17:54 | 19:56 | 21:14 |
Çayin Tarixi-MeÇuLaSiQ

Sürfelerimizin bezeyi olan Çay'in tarixine bir baxish. Bu maraxli xeberi davaminda oxuyabilersiz ...
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş , soyuq çay, hətta üzvi çay ( ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə oldugu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908 - ci ildə geniş yayılmış paket ( birdəfəlik) çayların ABS -da istehsalıdır .
Çay agacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla baglı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. VIII əsrdə məşhur Çay haqqında traktat yaradılmışdır. Traktatın müəllifi Lu Yuy hesab edir ki, çay yarpagının xüsusiyyətlərini ilk dəfə lazımınca qiymətləndirən Çinlilərin əcdadı Sen Nun olmuşdur. O, bir çox bitkiləri öyrənmiş, çoxlu zəhər qəbul etmiş, çaydan isə zəhər əleyhinə vasitə kimi istifadə etmişdir. Onun istifadə etdiyi acı cövhəri yaşıl çay adlandırdılar. Qədimdə çinlilər onu 72 zəhərə qarşı dərman hesab edir və yalnız xəstələrin müalicəsi üçün istifadə edirdilər. Daha sonra çay yarpagını dini mərasimlərdə istifadə etməyə başladılar. Buddizmin çiçəklənmə dövründə çay sadə insanlar arasında məşhurlaşdı. Onu buddist rahibləri öz şagirdləri ilə söhbət əsnasında süfrəyə ənənəvi şərabla birlikdə verməklə yaymışdırlar. Müdriklər Daonun bütöv bir çay fəlsəfəsini yaratdılar. Daoslar inanırdılar ki, çay dəmi insanın iç dünyasına daxil olmaga, yerlə göy, zaman və məkan arasında qarşılıqlı əlaqədə bəşəriyyətin yerini öyrənməyə kömək edir. içki bütün Çində sevilməyə başladı.
Eramızın III - IV əsrlərində çay agaclarını plantasiyalarda becərməyə başladılar. Sonralar yarpaqları rahat yıgmaq üçün seleksiya prosesi nəticəsində iri agaclardan kolluqlar yaratdılar.
Çin qanunları VIII əsrdə çayın dəmlənməsinə qəti tələblər qoydular. Bununla baglı olaraq çayın dəmlənməsi üçün içərisi şirli olan ag çini qab kəşf etdilər. Bu fincanda içkinin rəngini yaxşı görmək, dadın və ətrin cövhərin rəngindən asılılıgını asanlıqla seçmək olar. Çinlilər istehsal zamanı çay yarpagının rənginin dəyişməsinə diqqət yetirməyə başladılar. XVIII əsrdə çayın yüzdən çox növü məlum idi və o Çində ən məşhur içkiyə çevrildi. Dövrümüzdə çay qonaqlıgı zamanı çinlilər qonaqlara deyirlər: " Əsl çayı dadmaqla siz həyatın ləzzətini dadmış olursunuz" .
Azərbaycanda çay mədəniyyəti
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi səkildə istehsalına baslanılıb.
Çay xalqımızın əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duydugu zəruri içki növüdür.
Saraylardakı rəsmi qəbullardan tutmus elçilik mərasimlərinədək milli mentalitetimizin möhürlü embleminə çevrilmis Azərbaycan çayı zərif ətri və xos rəngi ilə bütün dünyada tanınmısdır.
Çay dəmləmə qaydasi
Çay Azərbaycan milli mədəniyyətinin bir parçasidir. Çay bizi ömür boyu müsaiət edir. Heç bir vacib hadisə - dogumdan ölümə qədər çaysiz keçmir. Bununla belə, yapon, ingilis və Çin ənənələrindən fərqli olaraq, Azərbaycanda bu xüsusi bir mərasim deyildir.
Azərbaycan çayi xüsusi armudu stəkanlarda içilir. Azərbaycanin hər gusəsində mütləq çayxana vardir. Azərbaycan çayxanalarinda sadəcə çay təqdim edilir, çay süfrəyə Azərbaycan mətbəxinin müxtəlif sirniyyatlari, mürəbbələr və limonla birlikdə verilir.
İstənilən Azərbaycan ailəsində evə gələn qonaga ilk növbədə çay təqdim olunur. Bütün qonaqliqlar çayla baslayaraq çayla bitir. Azərbaycan çayi o qədər dadli və ləzzətlidir ki, onu heç bir səbəbsiz, günün istənilən saatinda içmək məsləhətdir. O, çox dadlidir və susuzlugu yatirir. Əlbəttə ki, Azərbaycan çayinin dəmləmə qaydasini bilmək vacibdir.
İsti, quru çaynikə hər stəkan su üçün 2 çay qasigi hesabi ilə çay töküb, onun həcminin 3/4 hissəsini təzə qaynadilmis su ilə doldurub, 6-7 dəqiqə dəmə qoyun. Artiq ətirli çaya sahibsiniz.
Nuş olsun !
Çayın sağlamlığa xeyri
Çin əfsanəsinə görə nəsillərdən - nəsillərə keçən çay müalicəvi xüsusiyyətlərə malikdir:
- Çay baş ağrısını aradan qaldırır.
- Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
- Çay qidalandırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə )
- Çay istilər zamanı əhvalı yüngülləşdirir.
- Çay təravətləndirir və gümrahlaşdırır.
- Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
- Yağlı qidanın həzmini asanlaşdırır.
- Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
- Çay ömrü uzadır.
- Çay intellekti artırır, şüuru formalaşdırır.
- Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.
Çay kompressi çox faydalıdır. Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə sakitləşir. Belə ki, yaşıl çayı 15 - 20 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə dəqiqədən sonra ağrı sakitləşir. Lakin Hindistan həkimlərinin fikrinə görə çay gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri daha çoxdur.
Menopauza dövründə qadınlara çoxlu çay içmək məsləhət görülür, belə ki, çay bu dövrdə sümüklərin sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin qarşısını alır. Çay xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Yaşıl çay tənəffüs, əsəb və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.
Çayın tərkibi və xüsusiyyətləri:
V. V. Poxlebkinin fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. istifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.
Çayın xüsusiyyətinə həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.
Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. riyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.
Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.
Çay və gözəllik
Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər.
Çaydan hazırlanmış kompress göz ətrafında olan şişləri aradan qaldırır, dərinin rəngini daha sağlam edir.
Yaşıl çayın daha vacib bir funksiyası da arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. il ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.
Nə üçün arıqlama baş verir? Məsələ bundadır ki, yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir . Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi vacibdir.
Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.
Azərbaycan kinosunun 111 yaşı tamam olur...(Aysel)

Ölkə prezidentinin sərəncamı ilə hər il 2 avqustda keçirilən Milli kino günü bu il iyulun 31-i qeyd olunur.
Bu əlamətdar günlə əlaqədar olaraq Azərbaycan prezidenti İlham Əliyev kino işçilərini mükafatlandırıb. Belə ki, dövlət başçısı iyulun 30-da bir qrup kino işçisinə fəxri adların verilməsi haqda Sərəncam imzalayıb.
Qeyd edək ki, 2 avqust qeyri iş gününə təsadüf etdiyi üçün kino günü ilə bağlı tədbirlər silsiləsi bu günə təyin edilib. Heydər Əliyev sarayında təşkil olunan tədbirin rəsmi hissəsindən sonra "Cavad xan" filmi nümayiş olunacaq. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlıdır.
«Xəbərlər-Azərbaycan»
Ferman Akdeniz ''SEN'' albomu-MeÇuLaSiQ

Xeberin davaminda senetkarin birbirinden gözel mahnilarin yülemek olar.
MARAQLI-MeÇuLaSiQ
Amerikanın 44-cü prezidenti kokain və marixuana qəbul edib
“İtv.az” xəbər verir ki, Amerikanın 44-cü prezidenti Barak Hüseyn Obama (ali məktəbdə Berri kimi tanınıb) 1961-ci ildə Avqustun 4-də ABŞ-ın Havay ştatının Honolulu şəhərində dünyaya gəlib. Barakın anası Kansas ştatından olan ağ dərili xristian, atası isə keniyalı müsəlman olub. Obamanın anası və atası o, iki yaşında olarkən ayrılıblar. Obamanın 8 ögey bacı və qardaşı var. Ailəlidir. Saşa və Malia adlı iki qızı var. Onun adının mənası Suahili dilində “Xeyir-dua almış şəxs” deməkdir, lakin o ali məktəbdə təhsil aldığı zaman göstərdiyi basketbol qabiliyyətlərinə görə “O’Bomber” kimi çağırılıb. Barak Obama ilə bağlı maraqlı faktlar: O kokain və marixuana qəbul edib, məxfi xidmət ona gizli ad kimi “xain” adını verib, Barak siqaret çəkir və heç vaxt kofe qəbul etmir. O solaxaydır və poker oynamağı xoşlayır.
DAVAMINA BAX...
MƏŞHUR AMERIKA QANSTERİ CON DİLLİNCERİN TAPANÇASI HƏRRACDA SATILIB
Hərracın təşkilatçıları onun ucuz satılacağını düşünürdülər, amma...
Məşhur Amerika qanqsteri Con Dillincerə məxsus tapança Hərracda 95 min 600 dollara satılıb. “İtv.az” Associated Press-ə istinadən bildirir ki, hərracın təşkilatçıları Dillincerin silahını bundan iki qat aşağı qiymətinə satmaq niyyətində idilər. Lakin alıcılar lotda yüksək qiymətə maraq göstəriblər. Reminqton markalı tapançanın yeni sahibi adının qizli saxlanmasını istəyən Los-Ancelesdən olan kolleksionerdir. Heritage Auksion Galleristin məlumatına görə, 1934-cü ilin yanvarında polis Dillinceri Arizona ştatında həbs edərkən, qanster məhz bu tapançanını corabında qizlədib. Hərracda satılmış silahın məhz qanqsterin həbsi zamanı ondan götürüldüyünü təsdiq edən sənədləri də var.
2009-ci ilin iyulunda dünya kinoprokatına Con Dillindcer haqqında “Cəmiyyətin düşməni” adlı film daxil olub. Qanqster Con Dillindcer rolunun ifaçısı Jonni Deppdır.
MAYKL CEKSONUN GİZLƏTDİYİ OĞLU TAPILDI
Oğlanın artıq 25 yaşı var
“İtv.az” pia.az-a istinadən yaydığı məlumata görə, 50 yaşında ölən Maykl Ceksonun başqa bir oğlu da varıymış. Artıq 25 yaşı olan Ömər adlı oğlan Maykl Ceksonun yalnız bir dəfə ünsiyyətdə olduğu qadından doğulub. Amma Maykl onu uzun illər gizlədib. Maykl Ceksonun ailəsi də Öməri qəbul etmir. Amma DNT testindən sonra ailənin onu qəbul edəcəyi gözlənilir. Hətta Ömərin dəfn mərasimində iştirakı da məlum olub.
Menbe : www.itv.az
GULMELI MAHNILAR 2009......(Aysel)
Мр3
128 kbps

AVARA-MENIM NESEXOR BALAM
BEYIN OGURLANMASI
REFAIL & COSQUN-REMIX
COMEDY SHOW-MICHAEL COMEDY SHOW OGLU
ELDAR & MEHMAN-TELEFON
FEQAN BERDELI-BABA
FERDA XUDAVERDIYEV-INANIMMI
KEND REP
KUFTE PICTURES-DAYI
KUFTE PICTURES-MAHMUD
KUFTE PICTURES-MENIM ZILIM
KUFTE PICTURES-MIRT MUSIQI
QULP-AGCAQANAD
TEK SEBIR-TOY
Shefa - "Asiqem" (2004)........(Aysel)

Şou əhlinə olunan hörmət Səməd Vurğuna olunmur - Zeynəb Xanlarova ...(Aysel)

«Mən dünən Səməd Vurğunun ev muzeyindəydim. Orda vəziyyət yaxşı deyil. Belə bir hörmətli adamın ev muzeyinin bu vəziyyətdə olması düzgün deyil. İndiki prezidentimiz cənab İlham Əliyev atası kimi incəsənətə qayğı göstərir», - deyə Zeynəb Xanlarova bildirib.
Deputat deyir ki, o istəyir ki, şou əhlinə verilən qiymət Səməd Vurğuna da verilsin.
«Bu gün əməkdar artist adını alırlar, sabah xalq artisti adını. Halal xoşları olsun Amma Səməd Vurğuna da hörmət olunsun», - deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Bu gün millət vəkilləri «Təhsil haqqında» qanun layihəsini 3-cü oxunuşda müzakirə edəcək, həmçinin «Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında» qanuna əlavə və dəyişiklikləri nəzərdən keçirəcəklər.
Qarabağ erməniləri səfəri bəyəniblər ......(Aysel)

«Səfərin marşrutu və orada iştirak edənlərin kimliyi də əvvəlcədən razılaşdırılıb. Qarabağ tərəfinin tələbi ilə Azərbaycan nümayəndə heyətinin tərkibindən ermənilərin əleyhinə çıxışları ilə tanınmış deputat Həvva Məmmədova və Çingiz İsmayılov çıxarılıb».
Həmçinin ermənilər Azərbaycan nümayəndə heyətinin bu səfərini Bakının vasitəçilər olmadan, birbaşa onlarla danışmağa cəhdi kimi qiymətləndirirlər.
Bu səfərlərin onların mənafeyinə uyğun olduğunu düşünən ermənilər fikirlərini bu cür izah edirlər:
«Bu səfər xüsusilə də ona görə təqdirəlayiqdir ki, Azərbaycan nümayəndələri növbəti dəfə bu dövlətlə işləyirlər. Eyni zamanda da bu səfərlər Dağlıq Qarabağ Respublikasının beynəlxalq səviyyədə tanınması üçün gözəl şərait yaradır».
Bunlar Dağlıq Qarabağdakı rejimin iyulun 7-də yayılan məlumatında iddiaları idi.
Millət vəkili Həvva Məmmədova isə ona Qarabağa səfərə getmək təklif olunmadığını bildirir. Millət vəkili qeyd edir ki, gələn səfərlərdə dəvət alsa, mütləq ora gedəcək.
Səfərdə iştirak etmiş millət vəkili Asim Mollazadə isə nümayəndə heyətinin tərkibinin dəyişdirilməsindən xəbəri olmadığını bildirdi. O deyir ki, səfərin marşrutu barədə erməni tərəfinin narazılığını eşidib. Onlar Xankəndinə Azərbaycandan getmələrinə etiraz edirlərmiş. Amma sonradan bu məsələ həll olunub və nümayəndələr Xankəndinə Tərtər rayonundan giriblər.
Ibrahim Tatlises "Get ara bul getir"........(Aysel)

Aybəniz Haşımova - Biri sənsən biri mən .........(Aysel)

02. Omur negmelerim
03. Bes ne deyim
04. Ne sen bildin, ne men bildim
05. Onu bilmirem
06. Sensen ureim
07. Ne gelmez oldun
08. Geceler qeribem sensiz
09. Seni araram
10. Seni xeber aldim
11. Sensen toxsa men
12. Deyir ayrilma menden
13. Mehebbet
Yegane - Ayy Bu Basima Gelenler (2009)...(Aysel)

Söz & Müzik: Selami Sahin
2. Dinlemedin Sözümü
Söz & Müzik: Serdar Ortaç
3. Gitme
Söz & Müzik: Selami Sahin
4. Giderse Gitsin
Söz: Hülya Kaya Müzik: Lider Sahin
5. Yarali Yürek
Söz & Müzik: Yegane Mürselova
6. Asigem
Söz & Müzik: Azeybaycan Halk Türküsü
Michael Jackson Öldü(mü)-MeÇuLaSiQ

Dünya bu xeberin dalına tüşdü! İddialara göre nefes yetmezliyi sebebiyle Los Angeles de bulunan özel bir klinikte muallice altında tutulan ünlü popstar Michael Jackson öldü.
Dünya Los Angeles den gelem ölüm xeberiyle sarsıldı. Qabaxca dünyaca ünlü internet sitesi TMZ, Jacksonun, nefes darlıgı teşisiyle xesdexanaya qaldırılırken heyatını itirdiyini eşitdirdi.
Ayrildim ........(Aysel)

Xumar Qedimova - Mehebbet negmesi (2009).......(Aysel)

02. Bilinmez
03. Bilen yoxdu
04. Seni qemli gorende
05. Ruhunla yashayiram
06. Menim gulum
07. Allahim men neychin shair doguldum
08. Artiq sevmeyecem
09. Kusmerem
10. Gel inad etme
11. Qurban olum
12. Yar
13. Mehebbet negmesi
BALOGLAN ESHREFOV - ITEN ESHQIM (2009).........(Aysel)

02. Kime gerekdir
03. Intizar
04. Halalin olsun
05. Gozlerim gezir seni
06. Nedendir
07. Neler gordum dunyada
08. Yuxuma gel
09. Oldureceksen meni
10. Bexdinden kusen qizlara
11. Dunya
12. Ana
13. Leyla
14. Bahar Chiceyi
15. Alagoz
ODLAR YURDU - AZƏRBAYCAN ...........(Aysel)





Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.
Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.
Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.
Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.
Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.
Xalq müsiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.
Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq olan ölkələrə gedib çıxırlar.
Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.
Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və s. problemlər daxildir.
Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi - budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.
Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.
Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.
Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.
Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda, Babadağda… yerdən qaynar sular çıxır.
Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar.
Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.
XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı. Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft strateqiyası meydana gəlir.
Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal edib. Ölkənin 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür) baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.
Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.
AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)...(Aysel)


1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.
1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.
1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.
30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.
| Kino sənətinin yaranma tarixi. Səssiz dövr (1920-1935) |
| Azərbaycan kinosu 1935-1988-ci illərdə. Səsli dövr |
| Azərbaycan kinosu müstəqillik dövründə |
| Azərbaycan kinofilmlərindən kadrlar |
| Azərbaycan kinofilmlərindən fraqmentlər |
| Azərbaycanda istehsal edilmiş bədii filmlərin siyahısı |
GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ ...........(Aysel)




















Şair, rəsam, xəttat və musiqişünas. Muğamı öyrənmək və ifa etmək istəyənlərə praktiki vəsait kimi "Vüzuh ül-ərqam" ("Rəqəmlərin aydınlaşdırılması") traktatını (1884) yazmışdır. Əsərdə o dövrün əsas muğamları, muğam təranələrinin yaradılmasının nəzəri qaydaları, onların ifa tərzi, şer mətnlərinə münasibət haqqında məlumat verilmişdir. Traktat Azərbaycan musiqisinin nəşr olunduğu ilk əsər və qiymətli tarixi sənəd olaraq XIX əsrin ikincisi yarısında Azərbaycan xalq musiqisi mədəniyyətinin yüksək səviyyəsini sübut edir.
Mirzə Sadıq (Sadıqcan) (1846-1902)
Tarzən. Virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanmışdı. Tarı təkmilləşdirmişdir. O, tara cingənə və kök simləri əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmışdır. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəlllər tarı düz üzündə çalardılar) çalmağa başlamışdır.
Məhz onun təkmilləşdirdiyi tar Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilmişdir.
Cabbar Qaryağdı oğlu (31.03.1861-20.04.1944)
Xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Tarzənlər Sadıqcan, Mirzə Fərəc və kamançaçalan Məşədi Qulu ilə birgə konsert və məclislərdə çıxış etmişdir. 1905-ci ildə tarzən Q.Pirimov və kamançaçalan S.Oqanezaşvili ilə trio yaratmış, 1906-1912-ci illərdə "Qrammofon", "Sport-rekord" və "Ekstrafon" səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşavada səsini vala yazdırmışdır.
Keçəçi oğlu Məhəmməd (18.07.1864-20.11.1940)
Xanəndə. Xanəndəlik sənətinə Şuşada Xarrat Qulunun və Məşədi İsinin məktəbində yiyələnmişdir. "Bayatıqaçar" muğamını orijinal tərzdə və xüsusi ustalıqla ifa etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.
Məşədi Məmməd Fərzəliyev (1872-1962)
Xanəndə. Geniş diapazonlu güclü səsə malik olan xanəndə yüksək və orta notları eyni mərhələdə ifa edirdi. O, Qafqaz, Orta Asiya və bir sıra Avropa ölkələrində, Türkiyədə konsertlər vermişdir.
"Bayatı-kürd", "Şüştər", "Cahargah" muğamlarını, xüsusilə "Heyratı", "Qarabağ şikəstəsi" və b. muğamları özünəməxsus tərzdə ifa edirdi. "Sportrekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri 1912-1915-ci illərdə M.M.Fərzəliyevin ifasında 40-a qədər muğam, təsnif və xalq mahnılarını qrammofon valına yazmışlar.
Məşədi Cəmil Əmirov (1875-1928)
Tarzən, bəstəkar, musiqi xadimi. 1910-cu ildə Riqada "Qrammofon" firması tərəfindən M.S.Əmirovun və digər Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri xalq mahnıları və muğamları vala yazılmışdır. 1911-1912-ci illərdə Əmirov İstanbulda musiqi təhsili almış, burada "Heyratı" muğamını nota köçürmüş və nəşr etdirmişdir.
O, "Seyfəlmülk" operasının (1915) və "Namuslu qız" musiqili dramının (1923) müəllifidir. Bəstəkar Fikrət Əmirovun atasıdır.
İslam Abdullayev (1876-22.09.1964)
Xanəndə. Azərbaycanın əməkdar artisti (1949). Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur. "Segah", "Bayatı-kürd", "Bayatı-qaçar" və s. muğamların ifaçısı olmuşdur. Şuşada musiqi məktəbinin direktoru işləmiş.
Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.
Hüseynqulu Sarabski (20.03.1879-16.02.1945)
Müğənni (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi. Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqi teatrının banilərindən biri.1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.
Tarzən. Azərbaycanın xalq artisti (1931). Müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. 1905-ci ildən C.Qaryağdı oğlu və S.Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Ü.Hacıbəyovun "Leyli və Məçnun" operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur.
Q.Pirimovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılmışdır.
Zülfüqar Hacıbəyov (17.04.1884-30.09.1950)
Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1943). Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri. Z.Hacıbəyov "Əlli yaşında cavan" (1909), "On bir yaşlı arvad" (1911), " Evliykən subay" (1911) musiqili komediyalarının, "Aşıq Qərib" (1915) operasının müəllifidir.
O, ilk səsli Azərbaycan bədii filmlərindən olan "Almas" filminə (1967) musiqi yazmışdır (Niyazi ilə birgə). Kompozitor və dirijor Niyazinin atasıdır.
Üzeyir Hacıbəyov (18.09.1885-23.11.1948)
Dahi bəstəkar, musiqişünas, alim, pedaqoq. Azərbaycan professional musiqi sənətinin və Milli operasının banisi. SSRİ xalq artisti (1938), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948) olmuşdur. 7 operanın, o cümlədən "Leyli və Məcnun" (1908) və "Koroğlu" operalarının (1937), üç musiqili komediyanın, kantata, uvertüra, romans və mahnıların, Azərbaycan Respublikası Dövlət Himninin (1918) müəllifidir. "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat işinin (1945) müəllifidir.
www.hajibeyov.com
Müslüm Maqomayev (18.09.1885 - 28.07.1937)
Bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai və musiqi xadimi. Azərbaycanın əməkdar incəsənət xadimi (1936). Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir.
1927-ci ildə M.Maqomayevin redaktəsi ilə "Azərbaycan türk xalq mahnıları"nın ilk məcmuəsi (Ü.Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.
Mənsur Mənsurov (Mirzə Mənsur) (1887 - 30.06.1967)
Tarzən, pedaqoq, musiqi xadimi. Azərbaycanın əməkdar incəsənət xadimi (1940). Sadıqcan məktəbinin davamçısı olmuşdur. Muğam dəstgahlarının ("Rast", "Şur", "Segah", "Mahürhindi" və s.) mahir ifaçısı, muğam nəzəriyyəçisi olmuşdur. "Rast", "Zabul", "Dügah" muğamları ilk dəfə onun ifasında nota köçürülmüşdür (1936).
Muğamat dərslərinin ilk proqramını tərtib etmişdir.
Əhməd Bakıxanov (05.09.1892-26.031973)
Tarzən, pedaqoq, musiqi xadimi. Azərbaycanın əməkdar müəllimi (1943). Azərbaycanın xalq artisti (1973). Azərbaycanın Dövlət Konservatoriyasında dərs demiş (1929-1973), Azradiokomitənin nəzdində (sonralar radio və televiziya) xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (1941-1973) olmuşdur.
"Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) əsərlərinin müəllifidir. Ansamblın tərkibinə bas tar, saz, ud, kanon, qoşa-nağara, həmçinin qoboy və fortepiano daxil etmişdir.
Xədicə Qayıbova (24.05.1893 - 27.10.1938)
İlk azərbaycanlı pianoçulardan biri. O, Tiflisdə "Müqəddəs Nina" qız məktəbində fortepiano üzrə xüsusi kurs bitirmişdir. 1919-cu ildən Bakıda yaşamış X.Qayıbova 1920-ci ildə Azərbaycan maarif Komissarlığında Şərq musiqisi üzrə müəllim kadrlarının hazırlanması məqsədi ilə "Qısa müddətli Şərq musiqisi kursları"nı təşkil edərək, ona başçılıq etmiş və fortepianodan dərs demişdir. O, " Azərbaycanlı qadınlar üçün əlavə kurslar" da təşkil etmiş, fortepianoda muğamların ilk ifaçısı kimi də məşhurlaşmışdır.Stalin repressiyası illərində ilk dəfə 1933-cu ildə şübhəli bilinərək 3 ay müddətinə həbs edilmiş X.Qayıbova 1938-ci ildə yenidən mühakimə olunaraq "türk kəşfiyyatının casusu" və "əksinqilabi fəaliyyət"lə məşğul olması ittihamı ilə yenidən həbs edilmiş və güllələnmişdir. İttihamnamədə yazıldığı kimi, iradəcə möhkəm Xədicə Qayıbova özünü "casusluqda" günahkar hesab etməmişdir. O,1954-cu ildə bəraət almışdır.
Xurşid Qacar (1894 - 1963)
Müğənni. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biri olan X.Qacar 1915-ci ildə Moskva Konservatoriyasında oxumuşdur. O, 1919-1924-cü illərdə Azərbaycan Opera və Balet Teatrında işləmişdir. X.Qacar səhnədə U.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasında Gülnaz və M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar obrazlarını yaratmışdır. O, musiqi mədəniyyətinin inkişafında fəal iştirak etmişdir. 1935-ci ildə Opera Teatrının nəzdində ilk illik kurslar açılmış və X.Qacar bu kursun müdiri təyin edilmişdir.
Şövkət Məmmədova (18.04.1897 - 08.06.1981)
İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). 1910-cu ildə Tİflisdə musiqi məktəbini bitirmiş, təhsilini davam etdirmək üçün Milana getmiş (1911) və orada tanınmış müğənni D.Ambroziodan dərs almışdır. XX əsrin 20-ci illərinədək Azərbaycanın opera səhnəsində qadın partiyalarını ya kişilər (milli operalarında), ya da müsəlman olmayan qadınlar ifa edirdilər. Şövkət xanım həyatını təhlükə qarşısına qoyaraq Azərbaycan səhnəsində geniş tamaşaçı qarşısında çıxış edən (1914) ilk müsəlman qadın idi. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşin mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.
Bülbül (Murtuza Məmmədov) (22.06.1897 - 26.09.1961)
Böyük müğənni (lirik-dramatik tenor), pedaqoq. Azərbaycan Dövlət Konservatoriyasında (1921-1927) və İtaliyada (1927-1931) təhsil almışdır. O, Azərbaycan milli ifaçılıq sənətinin ən gözəl ənənələrini rus və Avropa ifaçılıq məktəbi ilə sintezləşdirmişdir.
Müğənni "Aleko", "Toska", "Riqoletto", "Koroğlu" və s. operalarda baş rolları ifa etmişdir.
Zülfi (Zülfüqar) Adıgözəlov (1898-31.05.1963)
Xanəndə. Azərbaycanın əməkdar artisti (1943). 1927-ci ildən konsert fəaliyyətinə başlamışdır. Z. Adıgözəlovun xanəndə kimi yetişməsində S.Qarayağdı oğlunun böyük rolu olmuşdur. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Həmçinin Azərbaycan Dövlət və Balet Teatrının səhnəsində çalışmış, məcnunun atası ("Leyli və Məcnun", Ü.Hacıbəyov) və digər partiyaları ifa etmişdir.
Hüseynağa Hacıbababəyov (19.05.1898-10.11.1972)
Müğənni (lirik tenor). Azərbaycanın xalq artisti (1938). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1916-cı ildən ilk muğam operalarında qadın partiyalarını ifa etmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş və Məcnun ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Şah İsmayıl ("Şah İsmayıl", M.Maqomayev), Qərib ("Aşıq Qərib", Z.Hacıbəyov), ("Xosrov və Şirin", Niyazi) və b. partiyaları oxumaqla yanaşı, Avropa bəstəkarlarının operalarında da çıxış etmişdir.
Xan Şuşinski (İsfəndiyar Cavanşir) (20.08.1901-18.03.1979)
Xanəndə. Azərbaycanın xalq artisti (1943). Müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır. Yaradıcılığında "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Kürd-şahnaz", "Rast", "Bayatı-Şiraz", "Qatar", "Cahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnı ("Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s.) və təsniflər bəstələmişdir.
Yavər Kələntərli (26.03.1902-05.02.1979)
Xanəndə. Azərbaycanın əməkdar artisti. (1959). Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı. Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası ("Leyli və Məcnun", Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Ü Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və digər partiyaları ifa etmişdir.
Xurşid Ağayeva (20.04.1906 - 03.12.1953)
İlk azərbaycanlı musiqişünas qadın. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943). X.Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir. O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. X.Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XİX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Kövkəb Səfərəliyeva (03.01.1907 - 27.06.1985)
Pianoçu, pedaqoq. Azərbaycan Respublikasının xalq artisti (1972). O, 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952). Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur.(1937 -1952).
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Əfrasiyab Bədəlbəyli (19.04.1907-06.01.1976)
Bəstəkar, dirijor, librettoçu. Azərbaycanın xalq artisti (1960). Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin -"Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).
Səid Rüstəmov (12.05.1907-10.06.1983)
Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1957). Bakı Musiqi Məktəbinin tar sinfini bitirmiş. Ü.Hacıbəyov və M.Mənsurovdan dərs almışdır. Yaradıcılığında muğam formalarından, aşiq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaratmışdır.
"Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Həqiqət Rzayeva (25.05.1907-02.08.1989)
Müğənni (soprano), pedaqoq. Azərbaycanın xalq artisti (1946). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsini bitirmiş, S.Qaryağdı oğlu və S.Şuşinskidən dərs almışdır.1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti olmuş, muğam və xalq mahnılarının ifaçısı kimi geniş şöhrət qazanmışdır.Əsas səhnə obrazları: Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Telli ("Arşın mal alan",Ü.Hacıbəyov), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov) olmuşdur.
Əşrəf Həsənov (24.01.1909-09.08.1983)
Dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1959). Professional təhsil almış ilk azərbaycanlı dirijorlardan olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov), "Traviata", "Aida" (C.Verdi), "Karmen" (C.Bize) və s.) dirijorluq etmişdir.
Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.
Asəf Zeynallı (05.04.1909-27.10.1932)
Bəstəkar, folklorçu. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirmişdir (1931). Azərbaycan musiqi mədəniyyəti tarixində bir çox janrların (milli romans və s.) yaradıcısı olmuş, simfonik, kameravokal və instrumental əsərlər ("Ölkəm", "Sual", "Seyran" və s. romanslar) bəstələmişdir. Onun "Fraqmentlər" süitası (1931) Azərbaycan simfonik musiqisinin ilk nümunəsi hesab edilir.
Fortepiano üçün yazdığı "Uşaq süitası" ilə Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur. 50-yə qədər xalq mahnısını nota köçürmüşdür.
Bəhram Mənsurov (12.02.1911-14.05.1985)
Tarzən. Azərbaycanın xalq artisti (1978). 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, C.Qaryağdı oğlu, H.Sarabski, S.Şuşinski kimi müğənniləri müşayiət etmişdir. Bəhram Mənsurovun ifasında "Çahargah" (1970) və "Rast" (1978) muğamları nota salınmış, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" muğamları ilk dəfə YUNESKO xətti ilə qrammofon valına yazılmışdır.
Niyazi Tağızadə - Hacıbəyov (20.08.1912-02.08.1984)
Böyük dirijor, bəstəkar. SSRİ xalq artisti (1959). Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru (1938-ci ildə fasilələrlə) olmuşdur.
"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" və s. simfonik əsərlərin müəllifidir.
Ağabacı Rzayeva (15.12.1912- 04.07.1975)
Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1960). İlk azərbaycanlı qadın bəstəkarlardan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır.
Bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İ.Quliyevlə birgə) musiqili komediyasının, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir.
Rəşid Behbudov (14.12.1915-09.06.1989)
Müğənni (lirik tenor). SSRİ xalq artisti (1959). Milli vokal məktəbinin görkəmli nümayəndələrindən olmuşdur. "Arşin mal alan", "Sevimli mahnı" və başqa bədii filmlərdə baş rollara çəkilmişdir. Repertuarına dünya xalqlarının və Azərbaycan bəstəkarlarının mahnıları daxil idi. Azərbaycan opera teatrında Balaş ("Sevil", F.Əmirov), Əsgər ("Arşin mal alan", Ü.Hacıbəyov) partiyalarının mahir ifaçısı olmuşdur.
1966-cı ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrı hal-hazırda onun adını daşıyır.
Qəmbər Hüseynli (16.04.1916 - 01.08.1961)
Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1961). A.Zeynallı adına Bakı Musiqi Məktəbini (B.İ.Zeydmanın kompozisiya sinifini) bitirmişdir.
Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.
Ədilə Hüseyn-zadə (28.04.1916)
Bəstəkar. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982). Ə.Hüseyn-zadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır. Ə.Hüseynzadə Ü.Hacıbəyovun "Arşin mal alan" operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.
Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir.
Mariya Titarenko (23.3.1917- 26.09.2002)
Opera müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti (1961). Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir. Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vagif", "Sevil" operalarındakı obrazları və "Arşin mal-alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "Lonanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.
Tofiq Quliyev (07.11.1917- 05.10.2000)
Bəstəkar, pianoçu. Azərbaycan estrada musiqisinin banilərindən biri, Azərbaycan Dövlət Konservatoriyasını (1934-1936), Moskva Dövlət Konservatoriyasını (1951) bitirmişdir. Onun "Azərbaycan", "Sənə də qalmaz", "İlk bahar" və digər mahnıları populyardır.
"Aktrisa" (1943), "Qızılaxtaranlar" (1963), "Sabahın xeyir, Ella!" (1973) operettalarının, fortepiano üçün əsərlərin müəllifidir.
«Şöhrət» və «İstiqlal» ordeni ilə təltif olunmuşdur.
Qara Qarayev (05.02.1918 -13.05.1982)
Bəstəkar, pedaqoq, alim, publisist. Azərbaycanın xalq artisti (1959). SSRİ xalq artisti. Lenin və Dövlət mükafatları laureatı. Azərbaycan EA-nın akademiki (1959). Azərbaycan Dövlət Konservatoriyasını (1938), Moskva Konservatoriyasını (D.D.Şostakoviçin sinfini) bitirmişdir (1946).
"Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniyanın, "Don Kixot" (1960), "Alban rapsodiyası" simfonik qravürlərinin, "Leyli və Məcnun" simfonik poemasının, "Vyetnam" süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansların müəllifidir.
Gülxar Həsənova (10.12.1918)
Opera müğənnisi (soprano). Azərbaycan Respublikasının xalq artisti (1982). G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936 -1942). Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədir. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Soltan Hacıbəyov (08.05.1919 -19.09.1974)
Bəstəkar, pedaqoq. SSRİ xalq artisti (1973). Azərbaycan Dövlət Konservatoriyasını (1946) bitirmişdir. Yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən "Gülşən" baleti (1950) və "Karvan" (1945) simfonik lövhəsi daha çox şöhrət qazanmışdır.
"Qızıl gül" musiqili komediyasının, uşaqlar üçün "İskəndər və çoban" operasının, xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir.
Lyudmila Karaqiçeva-Bretanitskaya (19.08.1920)
Musiqişünas, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi(1972), sənətşünaslıq namizədi (1962). L.Karaqiçeva Azərbaycan musiqişünaslığın aparıcı simalarından biridir. Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas alimin elmi fəaliyyətinin əsas mövzusu Qara Qarayevin yaradıcılığıdır. "Qara Qarayev", "Qarayevin baletləri", "Qarayevin "İldırımlı yollarla" baletində Afrikanın musiqi folkloru", "Don Kixot" simfonik qravürü və Qarayevin digər əsərləri haqqında işləri diqqətəlayiqdir. Onun bəstəkar və dirijor Niyazi haqqında monoqrafiyası, Azərbaycan musiqisinə aid müxtəlif mövzularda məqalələri də nəşr olunmuşdur. O, Moskvaya köçdüyü müddətə qədər (1988) konservatoriyada işləmişdir.
Cahangir Cahangirov (20.06.1921- 25.03.1992)
Bəstəkar, pedaqoq, xormeyster. Azərbaycanın xalq artisti (1963). Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur. Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Müğənninin taleyi" (1978) operalarının və digər əsərlərin müəllifidir.
Adilə Məmmədova (22.08.1921)
A.Məmmədova görkəmli musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün yaradıcılığının tədqiqatçısıdır. Adilə xanım 40 ildən artıqdır ki, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısıdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır. O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. Adilə xanımın əməyi yüksək qiymətləndirilmiş və o, 2002-ci ildən Prezident təqaüdünə layiq görülmüşdür.
Rauf Hacıyev (15.05.1922-19.09.1995)
Bəstəkar. SSRİ xalq artisti (1978). Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur. Onun "Romeo mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Təbəssümünü gizlətmə" (1969), "Dördüncü fəqərə" (1973), "Ana, mən evlənirəm" (1976), "Yol ayrıcı" (1981) operettaları geniş şöhrət qazanmışdır. Bir çox simfonik əsərlər, oratoriya, kantata və mahnıların müəllifidir. Mahnılarından "Sevgilim", "Leyla", "Bahar gəlir", "Bakı", "Azərbaycanım" daha çox məşhurdur.
Şövkət Ələkbərova (20.10.1922 - 07.02.1993)
Müğənni. Azərbaycanın xalq artisti (1959). A.Zeynallı adına Bakı Musiqi Məktəbində H.Sarabskinin sinfini bitirmişdir. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və rəqs Ansamblında işləmiş, 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Repetuarında muğamlar ("Segah", "Qatar", "Şahnaz" və s.) və xalq mahnıları üstünlük təşkil edirdi.
Fikrət Əmirov (22.11.1922 - 20.02.1984)
Böyük bəstəkar. SSRİ xalq artisti (1965). Azərbaycan Dövlət Konservatoriyasını (B. Zeydmanın sinfini) bitirmişdir (1948). Simfonik muğam janrının banisidir ("Şur", "Kürd ovşarı" -1948; "Gülüstan-Bayatı-Şiraz"-1971). "Sevil" operasının (1953), "Min bir gecə" baletinin (1973), simli orkestr üçün "Nizami" simfoniyasının (1948) müəllifidir.
Yaradıcılığında "Azərbaycan kapriççiosu" (1961), "Simfonik rəqslər" (1963), fortepiano və orkestr üçün ərəb mövzusunda konserti (1957, E.Nəzirova ilə birgə) xüsusi yer tutur.
Tükəzban İsmayılova (21.12.1923)
Müğənni. Azərbaycan Respublikasının xalq artisti (1993). Tükəzban xanım 1940-cı ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, görkəmli müğənni H.Sarabskinin sinfini bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir.T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olmuşdur. Onun repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ("Kürdün gözəli", "Qaragöz" və s.) xüsusi yer tutmuş, muğamları ("Qatar", "Heyratı", "Şahnaz", "Segah") məharətlə ifa etmişdir. Tükəzban xanım uzun səhnə fəaliyyətini böyük məhəbbətlə sevdiyi, adətən, onu tarda müşaiyət edən Respublikanın xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır. O, 1985-ci ildən İncəsənət gimnaziyasında muğam dərsi deyir. T.İsmayılova 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Şəfiqə Axundova (21.01.1924)
Bəstəkar. Azərbaycan Respublikasının xalq artisti (1998). Şəfiqə xanım 1943-44-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Ü.Hacıbəyovdan dərs almış və 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965)., simli kvartet üçün pyeslərin, dramatik teatr ("Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s.) və uşaq tamaşalarına musiqinin ("Təlxəyin nağılı", "Dovşanın ad günü" və s.) müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox populyardır. Şəfiqə xanım bu gün də gənclik eşqi ilə gözəl musiqilər bəstələyir və əsərlər yaradır.
Süleyman Ələsgərov (22.02.1924 - 22.01.2000)
Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1974). Azərbaycan Dövlət Konservatoriyasını (B.Zeydmanın sinfini) bitirmişdir (1948).
Bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1974). Azərbaycan Dövlət Konservatoriyasını (B.Zeydmanın sinfini) bitirmişdir (1948). "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan, ay subaylıq" (1968), "Həmişəxanım" (1971) və s. operretaların, "Bahadur və Sona", «Solğun çiçəklər» operalarının,, 4 kantatanın , 2 simfoniyanın, "Bayatı - Şiraz" simfonik muğamının (1950), mahnı və dram tamaşalarına musiqinin müəllifidir.
Mikayıl Azaflı (21.03 .1924 - 26.08.1978)
Aşıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). Aşıq Azaflının "Qoca qartal" şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, "Mikayıl Azaflı və Narinc xatın" dastanının və "Azaflı dübeyti" və "Azaflı gəraylısı" məcmuələrinin müəllifidir.
O, həmişə aşıq musiqisinin təbliğinə və zənginləşməsinə çalışmışdır.
Rauf Atakişiyev (15.07.1925 - 03.02.1994)
Müğənni (lirik tenor), pianoçu, pedaqoq. Azərbaycanın xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını K.K.İqumnovun sinfi üzrə bitirmiş və vokal üzrə A.V.Nejdanovadan dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Lenski ("Evgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərləri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir.
Fatma Mehrəliyeva (04.06.1926 - 04.01.2000)
Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960). Yaradıcılıq fəaliyyətinə "Sazçı qızlar" ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur. Ü.Hacıbəyovun "Şəfqət bacısı" mahnısının ifası ona uğur qazandırmışdır. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
"Arşin mal alan" filmində (1945) Telli rolunu ifa etmişdir. Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, "Kəsməşikəstə"nin əvəzsiz ifaçısı olmuşdur.
Həbib Bayramov (14.06.1926 -15.08.1994)
Tarzən. Azərbaycanın xalq artisti (1983). 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək ansamblın bədii rəhbəri olmuşdur. Repertuarında "Rast", "Şur", "Cahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu.
Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə fərqlənirdi.
Aşıq Pənah (Əlipənah Pənahov) (01.12.1926-26.08.1978)
Aşıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi.
Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.
Azad Əliyev (13.03.1928 -17.08.1994)
Skripkaçı. Azərbaycanın xalq artisti (1959). 1951-1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir. Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.
1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.
Elman Bədəlov (04.06.1929 - 25.06.1991)
Kamançaçalan. Azərbaycanın əməkdar artisti (1982). Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrində işləmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.
Bir çox olimpiadalarda və festivallarda iştirak etmişdir.
Rubabə Muradova (22.03.1933 - 30.08.1984)
Müğənni (messosoprano). Azərbaycanın xalq artisti (1971). A.Zeynallı adına Bakı Musiqi Məktəbini (S. Şuşinskinin sinfini) bitirmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyov), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov), Sənəm ("Gəlin qayası", Ş.Axundova) və başqa partiyaları ifa etmişdir.
Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olmuşdur.
Rafiq Babayev (31.03.1936 -19.03.1994)
Pianoçu. Azərbaycanın xalq artisti (1993). Azərbaycan Dövlət Konservatoriyasını (R. Atakişiyevin sinfini) bitirmişdir (1963). Caz musiqisi Beynəlxalq festivallarının laureatı olmuşdur. R.Behbudovun Mahnı teatrının musiqi rəhbəri (1966-cı ildən), Azərbaycan Radio və Televiziya Estrada simfonik Orkestrinin baş dirijoru (1983), "Cəngi" estrada folklor ansamblının (1991) yaradıcısı olmuşdur.
Caz kompozisiyalarının, mahnıların, 20-dən çox filmlərə yazılmış musiqinin müəllifidir. Erməni terrorunun qurbanı olmuşdur.
Emin Sabitoğlu (Mahmudov) (02.11.1937 - 17.11.2000)
Bəstəkar, pedaqoq. Azərbaycanın xalq artisti (2000). Moskva Dövlət Konservatoriyasını (Y. Şaporinin sinfini) bitirmişdir (1961). Yaradıcılığında mahnı janrı mühüm yer tutur.
"Hicran" (1973), "Oxuyan ürək" (1983) musiqili komediyalarının, simfoniyanın, odanın və b. əsərlərin müəllifidir.
Vagif Mustafazadə (16.03.1940 - 16.12.1979)
Bəstəkar, pianoçu, caz muğamının banisi. Azərbaycanın əməkdar incəsənət xadimi (1979). 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festifallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.
Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
Məlikov Arif Cahangir oğlu (13.09.1933)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965), Azərbaycan Respublikasının xalq artisti (1978), professor (1979), SSRİ xalq artisti (1986), Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001). 1971-ci ildə "Şərəf Nişanı" Ordeni, 1998-ci ildə isə "İstiqlal" Ordeni ilə təltif olunmuşdur.
Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999) baletlərinin, BSO üçün Səkkiz simfoniyanın (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaların, kamera instrumental əsərlərin (prelüdlər, süitalar), Nazim Hikmətin sözlərinə 2 vokal silsilənin, Xalq Çalğı alətləri Orkestri üçün əsərlərin, simfonik orkestr üçün "Azərbaycan" balladasının (1995); 8 saylı Simfoniyanın (2001) və bir çox başqa əsərlərin müəllifidir.
Bir sıra teatr tamaşalarına və kinofilmlərə musiqi bəstələmişdir (1990 - 2001).
Adıgözəlov Vasif Zülfüqar oğlu (1935)
Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə professor Qara Qarayevin (1958) və fortepiano ixtisası üzrə professor S. Quliyevanın sinfini (1959) bitirib. Respublikanın əməkdar incəsənət xadimi (1973). Dosent (1979). Respublikanın xalq artisti (1989). Professor (1990).
"Humay" mükafatı laureatına layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
"Ölülər" operası, "Hacı Qara" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lə'nət şeytana" musiqili komediyalarının musiqisinin, fortepiano ilə orkestr üçün Dörd konsertin, BSO üçün 3 simfoniyanın, "Qəhrəmani" poemasının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala", "Qəm karvanı" oratoriyalarının, "Novruzum" kantatasının, "Təntənəli kantata"nın, bir sıra kamera-instrumental əsərlərin, prelüdlərin, fortepiano üçün uşaq pyeslərinin müəllifidir.
Mirzəzadə Xəyyam Hadı oğlu (05.10.1935)
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1975, 1986), professor (1979),Azərbaycan Respublikasının xalq artisti (1987). "Şöhrət" Ordeni (2000) ilə təltif olunmuşdur.
"Ağlar və qaralar" baletinin, I və II simfoniyaların, "Oçerklər - 63" simfonik poemasının, "Memory", "Mərakeş rapsodiyası", "Konsertştyuk", skripka ilə orkestr üçün Konsertin, səs ilə orkestr üçün "4 esse"nin, 2 simli kvartetin, ayrı-ayrı alətlər üçün solo sonataların, fortepiano üçün 12 prelüdün, "Ağlar və qaralar" silsiləsinin, soprano və fortepiano üçün "İthaf", estrada və caz pyeslərinin, populyar mahnıların müəllifidir.
30-dan artıq kinofilmə və 15 dram tamaşasına musiqi bəstələmişdir.
Əlizadə Aqşin Əliqulu oğlu (1937)
Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor C. Hacıyevin bəstəkarlıq sinfi üzrə bitirib (1962). Respublikanın Dövlət Mükafatı Laureatı (1978). Respublikanın xalq artisti (1987). Professor (1988). 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
"Babək" (1979), "Natəvan" (1998) baletlərinin, BSO üçün beş simfoniyanın, kamera orkestri üçün ("Pastoral", "Aşıqsayağı", "Cəngi", "Uşaq süitası"), Simfonik orkestr üçün ("Kənd süitası", "Abşeron lövhələri", "Şirvan lövhələri". Kantatalar), a'capella xor üçün əsərlərin, kamera-instrumental pyeslərin (fortepiano üçün "Dastan", skripka və fortepiano üçün "Portret") müəllifidir.
Bədii və sənədli filmlərə musiqi bəstələmişdir.
Əlizadə Firəngiz Əliağa qızı (28.05.1947)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1990), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbayjan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri .Şöhrət" ordeni ilə təltif olunmuşdur. ( 2007)
ƏSƏRLƏRİ: İ.Takubokunun sözlərinə 3 ifaçı - soprano, fleyta, piano/vibrafon/çelesta üçün vokal silsilə (1990); Piano üçün 2 saylı Sonata (1990); 2 ifaçı - klarnet və vibrafon /çelesta/ üçün "Crossing-I" /"Çarpazlaşma-I"/ (1991); 11 ifaçı üçün "Crossing-II" /"Çarpazlaşma-II"/ (1992); "Boş beşik" - iki pərdəli Balet /Nicat Cüməlinin poeması əsasında/ (1993); Simli kvartet, zərb alətləri və sintezator üçün "Muğam-sayağı" (1993); Solo-Gitara üçün "Fantaziya" (1994); N.Hikmətin sözlərinə bariton, xor və kamera ansamblı üçün "Ölməzliyə səyahət" (1997); Ud və kamera ansamblı üçün "Miraj" /"İpək yolu" silsiləsindən/ (1998); Fleyta, iki gitara və zərb alətləri üçün "Azərbaycan pastoralı" (1998); Simfonik orkestr üçün "Sturm und Drang" (1998); solo-Violonçel üçün "Eşq havası" /"İpək yolu" silsiləsindən/ (1998); Simli kvartet və maqnit yazısı üçün "Oazis" /"İpək yolu" silsiləsindən/ (1999); Zərb alətləri və kamera orkestri üçün "Silkout road" Konserti (1999); Müəllifin sözlərinə soprano və kamera ansamblı üçün "İtirilmiş zaman axtarışında" (1999); A.S.Puşkinin sözlərinə tenor və simli kvartet üçün "Vlasth krasotı" Romansı (1999); N.Xikmətin sözlərinə bariton, xor və simfonik orkestr üçün "Ölümsüzlüyə yolculuq" Oratoriyası (1999); Azərbaycan şairlərinin və Y.V.Qotyenin "Şərq-Qərb Divanı" poemasından sözlərinə kiçik həcmli xor, orqan, arfa və zərb alətləri üçün "Gottes ist der Orient" /alman və azərb. dil./ (2000); Qiraətçi, solo-violonçel və ansambl üçün "Dərviş" Septeti (2000); Piano /prepare/ və simli kvartet üçün "Abşeron" Kvinteti (2001); Vokal kişi kvarteti üçün "Bayatılar" (2001); İki arfa və maqnit. yazısı üçün "Deyişmə" (2001); Marimba və simli orkestri üçün Konsert (2001). Kitablar: Qara Qarayev fotoalbomu /Q.Qarayevin 80-illiyinə həsr edilib/ (azərb., ing. və rus dillərində). B., 1997; Azərbaycanın simfonik musiqisi. B., "Şur", 1998.
Quliyev Cavanşir Rəhim oğlu (22.11.1950)
Bəstəkar. Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2000), "Qızıl dərviş" mükafatı laureatı (2001). Fleyta, saz və violonçel üçün "Karvan" (2000), Simli orkestr üçün "Dastan" (2001), "Məhəbbət oyunu" Operettasının /libretto - Q.Rəsulov/ (2001) müəllifidir. "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif - İ.Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif - İ.Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif - B.Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif - B.Vahabzadə/, "Aydın" /müəllif - C.Cabbarlı/ (2000) teatr tamaşalarına, "Nigarançılıq" /C.Məmmədquluzadənin hekayələri əsasında/ (1995); "Qurbanəlibəy" /müəllif - C.Məmmədquluzadə/ (1998); "Dədə Qorqud" /eyniadlı dastan əsasında/ (2000) televiziya tamaşalarına, "Fəryad" kinofilminə (1993), "Çalalar" (1999) cizgi filminə, B.Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, N.Kəsəmənli, R.Rövşən və b. şairlərin sözlərinə mahnılar (1990 - 2001) bəstələmişdir.
Dövri mətbuatda bir sıra məqalələri çap olunmuşdur (Azərbaycan mahnısı: "Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, №1, 1999, Musiqili kompüter proqramları. "Musiqi dünyası", №2, 2000).
Mansurov Eldar Bəhram oğlu (28.02.1952)
ƏSƏRLƏRİ: "Sevgilimin anası" - müzikl /libretto - Q.Xuqayev/ (1990); "Mahur-hindi" simfonik muğamı (1991); 4 saylı Simfoniya (1991); Kamera orkestri üçün "Freskalar" (1991); Skripka və simfonik orkestr üçün "Adajio" (1991); Simfonik orkestr üçün "Passakalya" (1991); 5 saylı Simfoniya (1992); Piano üçün "Miniatürlər" (1996); "Kleopatra" baleti /libretto müəllifindir/ (1999). Teatr tamaşalarına musiqi: "Çələbi xan" (1990); "Dişi canavar" (1991); "Mənim ağ şəhərim" (1991); "Mə'şuqələr" /müəllif - M.Haqverdiyev/ (1992); "Pul dəlisi" /müəllif - H.Orucoğlu/ (1992); "Nəğməli, təbəssümli səyahət" (1992); "Ah, qadınlar" /m&u
MUSİQİ SƏNƏTİNİN İNKİŞAFI TARIXI ...........(Aysel)

Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar. XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.


XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
|
| Üzeyir Hacıbəyov |
Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
|
| Müslüm Maqomayev |
Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.
|
| Bülbül (Murtuza Məmmədov) |
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.
1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.
|
| Qara Qarayev |
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.
50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.
|
| Fikrət Əmirov |
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.
|
| Soltan Hacıbəyov |
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.
|
| Rəşid Behbudov |
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
|
| Tofiq Quliyev |
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.
|
| Vagif Mustafazadə |
Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.
Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.
2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.
A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada «Vela festival» «Klassik Ariano» festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və diricor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin «Qarabağnamə» operasının premyerası böyük müvəffəqiyyıətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə Yuneskonun “Dünyanın artisti” adına layiq görülmüşdür.
Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Biz ondan yeni böyük qələbələr, gözəl əsərlər və parlaq istedadlar gözləyirik.
Azerbaycanin Qedim Edebiyati-MeÇuLaSiQ



Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi E.Ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır...

Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış "Avesta"da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. "Avesta"nın bədii cəhətdən ən gözəl hissəsi olan "Qatlar"da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. "Avesta" ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər E.Ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. "Avesta"da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin "qızıl dövrü", ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".
Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.
"Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, E.Ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.
VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.
XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən - dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili - azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.
XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində - XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.
XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.
Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.
XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.
Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.
Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.
Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.
Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.
Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də - onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.
Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları - insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.
Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.
Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.
Etrafli melumat üçün FORUM a girin...
Azerbaycan Medeniyyeti Haqqinda Ümumi Melumat-MeÇuLaSiQ



Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir...
...
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.
Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.



Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.
Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.
Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.
Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.
Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.
Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.
Daha çox melumat üçün FORUM a baxin...
Musiqi Tarixçəmiz-MeÇuLaSiQ

Professor BülBül və Cabbar Garyağdıoğlu
Azərbaycanda səsyazma tarixinin başlanğıcı 1901-ci ildə Bakıda Rus İmperator musiqi cəmiyyəti yerli şö`bəsinin açılışı ilə bağlıdır...
XX yüzilliyin ilk onilliyində Azərbaycan folkloruna maraq durmadan artır. Şərq tarixində ilk dəfə səsini grammafon valına yazdıran dahi Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu olmuşdur ki, onun ilk müşayiətçisi kimi görkəmli tarzənimiz Qurban Primov çıxış etmişdir. C. Qaryağdıoğlu ilə yanaşı valları buraxılan və nəinki adı, eləcə səsi ilə tarixdə yaşayan və milli mədəniyyətimizi yaşadan görkəmli cimalardan Şəkili Ələskər Abdullayevin, Mirseyid Mirbabayevin, İslam Abdullayev, Məcid Behbudov, Məşədi Məhəmməd Fərzəliyev,Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski və digərlərinin adları çəkilməlidir. Buraya Azərbaycan teatrının tanınmış aktyorlarının səs yazılarını da əlavə etmək olar.
![]() Musiqili sandıqca ( Azərbaycan dövlət səs yazıları arxivi ) |
1913-cü ildə Bakıda qrammafon buraxan səhmdar cəmiyyətlərin say artımı ilə yanaşı, fəaliyyətləri də genişlənir: ingilis “Qrammafon” və fransız “Pate” firmalarının ayrıca Bakı şö`bələri açılır. Azərbaycan musiqi mədəniyyətinin vallara yazılması və yayımı çevrəsində o zamankı birinçiliyə yiyələnmiş “Sport-Pecord” firmasının emblemindı tar, kamança və dəf təsvir olunmuşdu. Firmanın 1913-cü ildə vallara yazdığı Zülfüqar Hacıbəyovun “Evlikən subay” və “Əlli yaşında cavan” musiqili komediyalarından ikincisinin tam vallar toplusu Azərbaycan Dövlət səs yazıları arxivində indiyədək qorunur.
1916-cı ildə “Ekstrafon” firmasının Kiyev şö`bəsi ilk Azərbaycan onerasının – Üz. Hacıbəyovun “Leyli və Məcnunu”nu grammafona yazsa da, həmin vallar bizim övrə gəlib çatmamışdır.
1932-ci ildə Dövlət opera və balet teatrının solisti Bülbül Azərbaycan Dövlət konservatoriyasında elmi araşdırmalar kabinəsi yaratmaq işinə başlayır. Qafqazda ilk elmi araşdırmalar qurumu qarşısında Azərbaycan xalq melodiyalarının toplanması, öyrənilməsi və yayımlanması kimi başlıca məqsədlər qoyulmuşdu. Onun işındə tanınmış musiqişunaz-professorlar V. Pasxalov və A. Belyayev, bəstəkarlardan Üzeyir Hacıbəyov, Niyazi, Səid Rüstəmov, gənclərdən Qara Qarayev, Cövdət Hacıyev və gələcək nəzəriyyəçi Z. Stelnik yaxından iştirak etmişlər.
![]() Herophon ( Azərbaycan dövlət səs yazıları arxivi ) |
Dağlıq Garabağa ilk folklor ekspedisiyası zamanı fonovaliklərə 150-dən çox xalq mahnısı yazılmışdı. Bu zaman kabinə iki fonoqraf, diktofon və 200 mum valikdən faydalanmışdı.
1932-1939-cu illərdə Gəncə - Şəmkir və Şəki – Zaqatala bölgələrinə, eləcə də Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə (Dilican, Basarkeçər, Borçalı, Sandar) ekcpedisiyalar keçirilmişdi.
Həmin illərdə Noginsk zavodu saz-söz sənətkarlarından Aşıq Mirzə (Bayramovun), Aşıq Əsəd (Rzayevin), Aşıq İslam (Yusifov), Aşıq Qara (Movlayev) və Aşıq Teymurun (Huseynov) vallarında onların səsi və çalğısını həmişəlik yaşatmışdır. Tanınmış aşıq və xanəndələrlə yanaşı, Üz. Hacıbəyovun “Koroğlu”, M. Maqomayevin “Nərgiz” və R. Qlierin “Şahsənəm” operalarından ariyalar da 1940-cı illərdə buraxılan vallarda öz əksini tapmışdır.
Daha çox melumat üçün FORUM a baxin...
Forumumuz Açildi-MeÇuLaSiQ

Açildigi ilk günden bu yana sizlerin elaqesini ve maragini celb éden uzAYsel blogu hemishe en gözelini ve yenisini siz blogumuzun hevaskarlari ile bölüshdü. Bundan béle sizleri FORUM umuzada göleyirik. Gelin insana inca yarashan ne varsa paylashaq. Gözel vetenimizi dünyaya tanidag. Qem, dert, tasa bölüshüldükçe azalar. Sevgi, sevinç ve gözellik ise artar. Her shey veten üçün...
AZERBAYCANIN ILK SAKINLERI-MeÇuLaSiQ


İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir...
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.
Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.
Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır.
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.
Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli güşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.
Azərbaycan Respublikası ərazisində aparılan elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin qədim sivilizasiya məskənlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır.
Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materialllar tapılmışdır.
Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.
Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir.
Yaprak Dökümü 116-117 - MeÇuLaSiQ

Serialda 116. ve 117. bölümler xeberin davaminda izlenebiler...
Kurtlar Vadisi Pusu 63(sezon finali)- MeÇuLaSiQ

Yay tetiline giren serialin 63. Bölümünü xeberin davaminda izleyebilersiz...
AZƏRBAYCAN MUSiQi NÜMUNƏLƏRİ - MeÇuLaSiQ

Davamina baxmaq meslehetlidir...
Klassik musiqilər:
- "Kürd ovşarı" - Fikrət Əmirov
"Karvan" - Soltan Hacıbəyov
"Bayram üvertürası" - Oqtay Zülfüqarov
Yeddi gözəl, "Vals" - Qara Qarayev
İldırımlı yollarla "Gitarlı qızların rəqsi" - Qara Qarayev
Nəsimi, "Nəsiminin üsyanı" - Fikrət Əmirov
Min bir gecə "Bağdad bazarı" - Fikrət Əmirov
Üzeyir Hacıbəyov - piano Tamilla Quliyeva
Qara Qarayev - piano Elmira Həşimova
Fikrət Əmirov - piano Murad Adıgözəlzadə
Rafiq Babayev - piano Murad Adıgözəlzadə
Üzeyir Hacıbəyov - "Koroğlu" üvertürası
"Şah İsmayıl" - Müslüm Maqomayev
Arşın mal alan, "Əsgərin ariyası" - Üzeyir Hacıbəyov
"Arazbarı" - Üzeyir Hacıbəyov
Konsert - Hacı Xanməmmədov
"Cəngi" - Aqşin Əlizadə
"Çahargah" - Həsən Rzayev
-
- "Qarabağ şikəstəsi" - Arif Babayev
"Məcnun kimi" - Hacıbaba Hüseynov
"Birdənəsən" - Əlibaba Məmmədov
"Kəsmə şikəstə" - Alim Qasımov
"Azərbaycan maralı" - İslam Rzayev
"Sona bülbüllər" - Qədir Rüstəmov
"Ahu kimi" - Rübabə Muradova
"Bəstə nigar" - Sabir Mİrzəyev
"Səni qəmli görəndə" - Süleyman Abdullayev
"Harda qaldın" - Xan Şuşunski
"Uca dağlar"- Səxavət Məmmədov-
"Sarı gəlin" - Akif İslamzadə
Bəstəkar mahnıları:
"Küçələrə su səpmişəm" - Rəşid Behbudov
"Azərbaycan təranələri" - Kamil Cəlilov
"Ləzginka"
"Yallı"
"Zeynabi"
"Nazilə"
"Vağzalı"
"Basqalı"
"Ruhani" - aşıq mahnısı
"Bəri bax" - Zülfiyyə İbadova- Rauf Hacıyev "Azərbaycanım" - Rəşid Behbudov
Tofiq Quliyev "Axşam" mahnısı - Şövkət Ələkbərova
Tofiq Quliyev "Qəmgin" mahnısı - Şövkət Ələkbərova
Emin Sabitoğlu "Alagözlüm" - Akif İslamzadə
Tofiq Hacıyev "Lalələr" - Rəşid Behbudov
Tofiq Quliyev "Qızıl üzük" - Rəşid Behbudov
Emin Sabitoğlu "Gəncədən gəlirəm" - Azər Zeynalov
Üzeyir Hacıbəyov "Sevgili canan" - Bülbül
Üzeyir Hacıbəyov "Sənsiz" - Bülbül
Cavanşir Quliyev "Hər şey gözəldir həyatda" - A.İslamzadə, B.DadaşovaMüasir musiqilər:
"Yarı səndə, yarı məndə" - Ağadadaş Ağayev
"Tut ağacı" - Aygün Hümbətova
"Son söz" - Aygün Kazımova
"Vokaliz" - Brilyant Dadaşova
"Kim bilir" - Eyyub Yaqubov
"Ayrılma məndən" - Faiq Ağayev
"Bir axşam taksidə" - Flora Kərimova
"Gedirəm" - İlhamə Quliyeva
"Məktəb illəri" - Lalə Məmmədova
"Sevdi can səni" - Tünzalə Ağayeva
"Azərbaycan" - Zülfiyyə Xanbabayeva
Caz:
Xalq mahnıları:
-
Muğamlar:
Azərbaycan dili - MeÇuLaSiQ
![]()
Azərbaycan dili (Азәрбајҹан дили, آذربايجان ديلی), Türk dilləri qrupuna aid bir dil. Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya Federasiyası ərazisində yayılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistandan azərbaycanlıların qovulması nəticəsində bu ölkədə Azərbaycan dilində danışan əhali qalmamışdır.
Azərbaycan dilində təxminən 50 milyon əhali danışır [1].
Azərbaycan Respublikası ərazisində bu dilinin 4 dialekti vardır:
- Şərq dialekti- Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektikləri
- Qərb dialekti- Qazax, Qarabağ, Gəncə dialektləri
- Şimal dialekti- Nuxa və Zaqatala-Qax dialektləri
- Cənub dialekti- Naxçıvan, Ordubad, İrəvan dialektləri
Dialektlər bir-biri ilə fonetik və leksik xüsusiyyətlərinə görə fərqlənirlər.
Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə: ə fenomenin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.
Fonetika
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər,yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.
Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.
Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.
Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.
Nitq hissələri, sözyaradıcılığı, sintaktik xüsusiyyətlər
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.
Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.
Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.
Türk dillərinin üstünlüyü
Bu bölmə mövzuya görə bir qism məlumatlər verir.
Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. bu qanunların toplumuna dil qrammatikası deyilir.bu qanunlardan əlavə dillərin ayrıca özəl qanunlarıda var ki düzənli qaydalara bağlı deyillər.örnək:mukəssər cəmi ərəb dilində,artıq hərflər və qaydasız fe'llər ingilis dilində qaydasız qrammatikalardırlar.belə qanunsuz qaydalara ərəb dilinda səmai(eşidməli) deyirlər.bu deyişin nədənidə onların bəlli bir qanuna bağlı olmadığıdır buna görədə onları gərək eşidib və yadda saxlıyasan. səmainin tərsi qiyasi(müqayisə etməli) olur ki qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır. səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücüdə artar. açıq və ümumi dil qaydaları az, butun, va yayğın olsa dilin gücü və dəvamıda artar. örnək: düzdür ki ərəb dili ((sərf və nəhv)) baxımından çox güclüdür amma onun qayda va yasaları o qədər budaqlı və çoxdur ki onu bütün bir səviyyədə öyrənmək çətindir.[2]
Türk dillərinə görə
- Türk dilləri ((sərf və açiq qayda))baxımından zəngin və asan öyrənişlidirlər.
bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. türk dilinin sərf qaydaları neçə barmaq sayılı bütün qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir..[3]
Əlifbası
Türk yazı tarixi Uyğurların əlifbasıyla başlasada, Azərbaycan dilinin yazılması Ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq Ərəb əlifbasını əsas tutmuş və Ərəb-Fars əlifbasından yardım alıb çoxlu əsərlər yaratmışlar.
Ərəb əlifbası Azərbaycan dilinə təmamilə uyğun olmasa da keçmiş dövrlərdə bir dəyərli alət kimi dilimizi zəbt edib və hələdə onun böyük ədəbi və elmi əsərlərini qoruyur.
Cənubi Azərbaycanda əksər əhali təkcə Fars dilində təhsil alma məcburiyyətində qalmışlar və bu Ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçməyib. İran Azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyatı ilə tanışdırlar.
Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1929-1939-cu illərdə latın qrafikalı əlifba üzrə, 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.
Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları
| Ərəbi | Latın | Kiril | Latın |
|---|---|---|---|
| Cənubi Azer. və 1929ci Şimali Azer. | 1929–1939 | 1939–1991 | 1992 |
| ا,آ | A a | А а | A a |
| ﺏ | B b | Б б | B b |
| ﺝ | C c | Ҹ ҹ | C c |
| چ | Ç ç | Ч ч | Ç ç |
| ﺩ | D d | Д д | D d |
| E e | Е е | E e | |
| ﻉ ,(کسره) | Ə ə | Ә ә | Ə ə |
| ﻑ | F f | Ф ф | F f |
| گ | G g | Ҝ ҝ | G g |
| ﻍ | Ƣ ƣ | Ғ ғ | Ğ ğ |
| ﺡ,ﻩ | H h | Һ һ | H h |
| ﺥ | X x | Х х | X x |
| Ь ь | Ы ы | I ı | |
| ی | I i | И и | İ i |
| ژ | Ƶ ƶ | Ж ж | J j |
| ﻙ | K k | К к | K k |
| ﻕ | Q q | Г г | Q q |
| ﻝ | L l | Л л | L l |
| ﻡ | M m | М м | M m |
| ﻥ | N n | Н н | N n |
| ﻭ | O o | О о | O o |
| Ɵ ɵ | Ө ө | Ö ö | |
| پ | P p | П п | P p |
| ﺭ | R r | Р р | R r |
| ﺙ,ﺱ,ﺹ | S s | С с | S s |
| ﺵ | Ş ş | Ш ш | Ş ş |
| ﺕ,ﻁ | T t | Т т | T t |
| ﻭ | U u | У у | U u |
| ﻭ | Y y | Ү ү | Ü ü |
| ﻭ | V v | В в | V v |
| ی | J j | Ј ј | Y y |
| ﺫ,ﺯ,ﺽ,ﻅ | Z z | З з | Z z |
Mənbə
- ↑ ↑ http://www.express.com.az/second.asp?id=90887
- ↑ Kitab-Türk dili Hünərdir/yazar İsmail hadi-1996 Təbriz birinci çap s,09
- ↑ Kitab-Türk dili Hünərdir/yazar İsmail hadi-1996 Təbriz birinci çap s,09
- ↑ http://www.anl.az/sh002e3.php
- ↑ http://www.anl.az/el/k/k002/mmt001.htm
Həmçinin bax
İzzəddin Həsənoğlu - MeÇuLaSiQ
İzzəddin Həsənoğlu doğma Azərbaycan dilində şeirləri hifz olunmuş ilk şairlərimizdəndir. Azərbaycan dilində yazılmış və bu gün əlimizdə olan üç şerində Həsənoğlu, farsca şeirlərində Puri-Həsən təxəllüsünü işlətmişdir. Həsənoğlunun "Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər" mətləli qəzəli o qədər kamildir ki, Həsənoğlunun özünün də, o əsrdə yaşamış başqa şairlərimizin də artıq ana dilində yüksək bədii səviyyədə şeirlər yaratdıqlarına şübhə qalmır.
***
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
***
Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər canım bənim.
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
Al əlimi irəyim məqsədimə,
Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şımtağım bənim.
Qışladım qapında itlərin ilə,
Oldu kuyin üştə yaylağım bənim.
Bən ölücək yoluna gömün bəni,
Bağa dursun yarə toprağım bənim.
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə yüzü ağım bənim.
***
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur: söylə, tükənməzmi yasın?
Axı, mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada allah gözəli düst tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
Uzunqulağa “qürurlu hərbi heyvan” statusu verilib-MeÇuLaSiQ
![]()
...Ötən il Azərbaycana xaricdən idxal edilmiş və hər birinin qiyməti 14-18 min dollar aralığında olan uzunqulaqlar region dövlətlərində maraqla qarşılanıb. İş o yerə çatıb ki, hansı qurum tərəfindən və hansı məqsədlər üçün alındığı açıqlanmayan uzunqulaqlar Ermənistanda müzakirə mövzusuna çevrilib. Artıq Ermənistan mətbuatı bu uzunqulaqların hansı məqsədlər üçün alınması barədə müxtəlif versiyalar yürüdür, bəzi internet saytları isə onların hərbi təyinatlı işlərə cəlb edildiyini yazmağa başlayıblar.
Eşşək olaraq tanıdığımız bu dördayaqlıların əslində dünya ordularında istifadəsi ilə bağlı çoxlu sayda faktlar mövcuddur. Hələ qədim zamanlarda orduların eşşək və qatırlardan ibarət “logistik” qrupları mövcud olub. Qiyməti ucuz, saxlanılması az xərc tələb edən bu dözümlü heyvanlar qoşunun ardınca əsgərlərin çadırlarını, ərzaqlarını və s. daşıyıblar.
Maraqlısı odur ki, müasir dövrdə də müxtəlif ölkələr uzunqulaqlardan hərbi məqsədlər üçün istifadə edirlər. Əfqanıstanda 1979-1988-ci illərdə, hazırkı əməliyyatlarda isə həm Taliban yaraqlıları, həm də ABŞ ordusu istifadə edir.
1999-cu ildən Rusiya ordusu da Çeçenistanda və İnquşetiyada eşşəklərin xidmətindən yararlanmağa başlayıb. Qafqaz respublikalarından orduya çoxlu sayda eşşəklər cəlb olunub və bu canlı “transportyorlar” dağlıq-meşəlik sahələrdə ordu hissələrinin təchizatında istifadə edilib. 2003-cü ildə Rusiya Müdafiə Nazirliyinin Təchizat idarəsi tərəfindən yazılı surətdə eşşəklərə “qürurlu hərbi heyvan” statusu verilib.
Rus ordusunda 10 eşşək bir qrupda birləşdirilib. Qrupa eyni cinsdən olan heyvanlar cəlb olunub ki, əməliyyat zamanı eşşəklərin diqqəti başqa yerə yayınmasın. Hər 10 eşşəyə bir feldşer, hər 3 eşşəyə isə bir əsgər bələdçi təyin olunub.
Hərbi əməliyyat bölgələrində aparılan tədqiqatlar göstərib ki, hamının eşşək olaraq düşündüyü bu canlılar piyada əleyhinə minaların basdırıldığı ərazilərdən çox asanlıqla keçir və minaya düşmürlər. Minalı ərazidən keçirilən 10 eşşəkdən maksimum 3-nün partladığını müəyyən edən rusiyalı mütəxəssislərin araşdırmaları hələlik yekunlaşmasa da, ehtimala görə, eşşəklər buna özlərinə yaraşmayan “zərif addımlarının” sayəsində nail olurlar.
Qarabağda hərbi əməliyyatlar zamanı da eşşəklərdən istifadə olunub. Bu heyvanlar yüksəklikdə yerləşən postlara sursat, yemək və su daşıyıb. İlk dəfə olaraq uzunqulaqların hərbi əməliyyatlara cəlbi o zaman Ağcabədi rayonuna dislokasiya olunmuş artilleriya briqadasının sabiq komandiri, polkovnik Əli Bağırovun əmri ilə həyata keçirilib. Haramı düzündə və Xocavənd ərazisindəki postlara sursat və yemək daşımaq üçün ətraf bir neçə rayonun Hərbi Komissarlığı tərəfindən əhalidən eşşəklər alınaraq, orduya göndərilib.lent.az
Terminator Hebsxana Satir-MeÇuLaSiQ
![]()
Ermənipərəst Arnold Şvartsnegger həbsxananı satıb büdcə kəsirini aradan qaldırmaq istəyir
1852-ci ildə açılan San-Kventin ABŞ-ın bir çox məşhur cinayətkarlarının sığınacağına çevrilib. Bəziləri üçün bu həbsxana həm də son sığınacaq olub – onları San-Kventində edam ediblər. Hazırda isə məhbuslara hər cür şərait yaradılıb. Onlar tennis oyunundan tutmuş, dram dərnəyinə kimi bir çox əyləncələrlə başlarını qata bilərlər.
Məhbuslar qubernatorun onların həbsxanasını bağlamaq niyyətini başa düşmədiklərini bildirirlər: “Bəzi yerlərə məhbusları edam etmək üçün göndərirlər. Bura isə ancaq kömək üçün”.
Şvartsneggerin niyyətini başa düşmək çətin deyil: həbsxana San-Fransisko körfəzi sahilində 1,7 kilometr gözəl ərazidə yerləşir. Güman edildiyinə görə, alıcıları ilk növbədə həmin yerin mənzərəsi maraqlandıracaq.lent.az
ÇİNDƏ APARILAN ARAŞDIRMA UŞAQ GEYİMLƏRİNİN YARISININ SAĞLAMLIĞA ZƏRƏRLİ OLDUĞU BƏLLİ ETDİ
![]()
...istehsal olunan uşaq geyimlərinin təxminən yarısının sağlamlığa zərərli olduğunu ortaya çıxartdı.
Çinin rəsmi informasiyasında yayımlanan xəbərə görə bu geyimlərin istehsalında həddindən artıq formaldehit maddəsi istifadə edilib. Folmaldehit dəridə və tənəffüs yollarında infeksiyaya yol açır.
Aparılan araşdırmanın nəticəsində Guangdong-da istehsal edilən uşaq mebellərinin üçdə biri də təhlükəsizlik testindən keçə bilmədi. Bu mebellərdə ya mexanıki nöqsanlar, ya da həddindən artıq miqdarda folmaldehit maddəsinə rast gəlinib. Bununla bərabər, istehsalatda qurğuşun, xrom və digər ağır metallardan istifadə edildiyi açıqlanıb.
Araşdırma zamanı formaldehit və metallara həddində artıq miqdarda rast gəlmənin səbəbi, standartlara uyğun olmayan xammal və boyaların istifadə edilməsidir.
Xəyalə Quliyeva
QAFİL OYATSIN - MeÇuLaSiQ
![]()
Qafil özü qafildi, nə cür qafil oyatsın?
Ey vay ki, gəlib qafili bir cahil oyatsın.
Cahil oyadan qafil oyanmışsa, nə fayda?
Xoşbəxtlik odur, qafili bir aqil oyatsın.
Bir Adil, ədalət quracaq, Öz gəlişiylə,
Amma, oturub gözləmə ki, Adil oyatsın!
Bir çoxları aşkarə yatıb, “fil qulaq”ında,
Arzum budu ki, onları hərdən fil oyatsın.
Fərmanını Allah! Özü, hətta, suru gözlər,
Əmr eylə ki, yatmışları İsrafil oyatsın.
Haqsızlığa imza atacaq kəsləri bir-bir,
Haqsızlığı ifşa edəcək hər dil oyatsın.
Kimlər ki, nəfəs almada - yatmışlar o kəslər,
Təqdiri-Xudadır bu ki, Əzrail oyatsın.
Qasımbala Səfərov
MARDAN PALASE ANTALYA-TELMAN ISMAYILOV.........(Aysel)

AST Groupun, Türkiyədəki ən əhəmiyyətli turizm sərmayəsi olan Mardan Palace, 23 May 2009 Şənbə günü yaddaşlardan silinməyəcək görkəmli bir açılış reallaşdıracaq. Antaliyanın Kundu Otellər sahəsində Aralıq dənizinin ən məşhur sahillərindən biri olan Lara sahilində, 180 min kvadrat metrlik sahədə yerləşən otelin görkəmli açılışına həm Hollywood ulduzları, həm də musiqi dünyasının ən əhəmiyyətli adları qatılacaq. Qonaqlar arasında, Monica Bellucci, Paris Hilton, Mariah Carey, Seal, Richard Gir, Sharon Stone və Tom Jones kimi adların yanında, dünya cəmiyyət həyatının məşhur simaları da iştirak edir.







«Tale» adlı gündən Azərbaycan nə qazandı, nə itirdi? .......(Aysel)

Azay Quliyev (Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri):
- 4 iyun tariximizdə qanlı olaylardan biri oldu, onlarla insan həyatını dəyişdi. Ona görə də, heç bir qazancdan söhbət gedə bilməz. Bu hadisələr həm də o dövrdə yaranmış siyasi böhranın kuliminasiyası, idarəçilikdə yaranmış qeyri-sabitliyin pik nöqtəsi idi. Elə bir vəziyyət yarandı ki, iflic həddinə düşən siyasi hakimiyyət, ölkəni xilas etmək üçün, o zaman Naxçıvanda yaşayan və fəaliyyət göstərən Ali Məclisin sədri Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Ölkədə yeni bir eranın başlanğıcı qoyuldu. Bu, Azərbaycanın bir dövlət kimi ayaq üstə durması, toparlanması, özünü təsdiq etməsi dövrü oldu. İyun olayları Heydər Əliyevin dövləti yox olmaq bəlasından qurtarması baxımından müsbət hadisə sayıla bilər. Əslində isə, bu, Azərbaycan üçün ən arzuolunmaz tarixlərdən biridir.
- Çox təəssüf ki, hər hansı bir qazancdan danışmaq mümkün deyil. Söhbət demokratik yolla seçilmiş milli hökumətin hərbi qiyam yolu ilə devrilməsindən gedir. Xarici xidmət orqanlarının həm hərbi, həm də siyasi müxalifətlə birgə koordinasiya şəklində fəaliyyətinin nəticəsində Azərbaycan demokratik inkişaf yolundan sapdı. Təsəvvür edin ki, 1992-ci ildən başlayan demokratik islahatlar davam etsəydi, ölkə indi hansı nöqtəyə gəlib çıxardı?! İqtisadi islahatlar yarımçıq qaldı, Bakı-Ceyhan kəmərinin çəkilişi yubadıldı, neft müqavilələri əlverişsiz şərtlərlə bağlandı, ordu quruculuğu yanlış istiqamətdə aparıldı, ordunun əsasını təşkil edən 33 batalyon buraxıldı, sovet ənənələrinə uyğun ordu yaradıldı. Çox böyük vaxt itkisinə uğradıq. Demokratiyanın inkişafdan qalması ölkənin beynəlxalq imicinə ağır zərbə vurdu. Bu üzdən ölkə hələ də strateji seçim etməyib. Böyük güc mərkəzlərində Azərbaycana qarşı etimadsızlıqlar var. Azərbaycan həm torpağının 20 faizini, həm demokratik inkişaf yolunu, həm də 16 illik strateji əhəmiyyət daşıyan zaman kəsimini itirdi.
Rauf Zeyni (Milli QHT Forumunun prezidenti):
- 4 iyunda baş verən hadisələr Azərbaycan dövlətçiliyi üçün zərbə oldu. Ancaq dövlətçilik nöqteyi-nəzərindən böyük təcrübə qazanıldı. Azərbaycan dostunu-düşmənini ayırd edə bildi. Bundan sonrakı mərhələdə hansı işlər görülməlidir, dövlət strukturları necə qurulmalıdır, ordu necə yaradılmalıdır sualına cavab tapdı. Ən əsası, Gəncə hadisələrinin baş verməməsi üçün acı, amma böyük təcrübə qazanıldı. Demokratik Azərbaycanın qurulmasında bu təcrübə həmişə kara gələcək.
- 4 iyun hadisələrindən sonra Azərbaycan demokratik inkişaf yolunu itirdi və bugünkü avtoritar yolu tutdu. 4 iyunda itirdiyimiz tək Elçibəy hakimiyyəti olmadı. Düzdür, bu hakimiyyət zəif idi, özünü qoruya bilmədi, ancaq demokratik, bəşəri dəyərlərə söykənən, həqiqi bazar iqtisadiyyatı qurmaq istəyən hökumət idi. Onun devrilməsinin obyektiv və subyektiv səbəbləri vardı. Həm də zorakılığa əl atmaq istəməməsi, sonda hakimiyyət dəyişikliyinə səbəb oldu. Nəticədə, insanlığa zidd, xalqa zidd, millətə zidd hakimiyyət quruldu. Bu hakimiyyət uzun illərdir ki, büdcəni talan etməklə, total korrupsiyayla bizim qanımızı sorub öz cibini doldurur. Onun nəticəsində Qarabağ problemi həll olunmamış qalır. Ordu quruculuğu sözdə yaradılır. Səhiyyə, millətin artımı, təhsil nə vəziyyətdədir - hamınız bilirsiniz. Millət deqradasiya olunub, əxlaq pozulub, insanlar mənəviyyatsızlaşıb, yaltaqlığa öyrəşib. Ölkədə total yalanlar baş alıb gedir.
İsaxan Aşurov (vəkil):
- 4 iyunda Azərbaycan çox dəyərli oğullarını itirdi. Qazancı isə o oldu ki, 4 iyun bir daha təkrar olmayacaq!
101 yaşdan bir gün sonra yazılanlar... .......(Aysel)

Aradan 1 il ötdü... «Can Bakı» canlı yayımda deyil, virtual məkandadır...Ancaq mən dinləyicilərimin nəfəsini, istəyini, ürək döyüntülərini hələ də hiss edirəm, duyuram, qiymətləndirirəm. İnanın, sizin yazdığınız hər mesaj məni yazmağa ruhlandırır, qol-qanad verir. Elədirsə, mən nə haqla 101 yaşlı böyük şairimizi kiçik bir yazıyla anmayım? Bu dəfə özüm qəsdən bir gün gecikdim. Yazının adi iş günü yox, şənbə günü—101 yaşdan bir gün sonra oxunmasını istədim. Hələ bir ad da öz-özünə doğdu: «101 yaşdan bir gün sonra yazılanlar...»
MÜŞFİQİN ƏN YADDAQALAN YUBİLEYİ NƏ VAXT OLUB?
Mən ki, bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?!
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?!
..Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə,
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?

Bu qara baxtımla bizim ellərdə
Sən neçin ağlarsan mən duran yerdə,
Nərgiz gözlərinin yaşına qurban?
Və ya:
Sevirəm
bənövşə tək
boynun bükərək
o məhzun duruşlarını.
Sevirəm
Mənimlə göz-gözə gələndə,
Şimşək baxışların vuruşlarını.
Sevirəm
kiprik çala-çala
məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını...
Hə, bu şeirlərin hamısı yaddaşlardan kitablara köçdü, əbədilik qazandı. Eynən Almas İldırımın hafizələrdə qalan bir neçə şeiri kimi. Onun 20-ci illərdə sevdiyi qıza yazdığı «Durnam» şeiri uzun illər sevdiyinin - Humay Hüseynzadənin yaddaşında yaşamış, 90-cı illərdə artıq ağsaçlı nənənin dilindən yazıya alınmışdı...Görünür, bu bizim taleyimizdir...
1920-ci illər Müşfiqin təhsil illəridir. Rus-tatar məktəbindən sonra Bakı Darülmüəllimində, 12 saylı məktəbdə, 1927-31-ci illərdə isə Universitetin Dil-ədəbiyyat fakültəsində oxuyub. 7 il Bakı məktəblərində müəllimlik edib. İndi onun adını daşıyan 18 saylı məktəb onun son iş yeri olub. Onu Hüseyn Cavidlə, Əhməd Cavadla eyni gündə, daha düzü, eyni gecədə aparıblar...Bu gediş üç böyük şairimizin son gedişi olub... Müşfiqin ölüm tarixinin 1938-ci il yanvarın 6-sı olduğu deyilir. Ancaq onun nə ölüsünü, nə dirisini görən yoxdur. Ən təsirlisi—onun məzarı yoxdur..

Mən gəncəm bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel əsmə,
Mənim bu dəryada bir sandalım var!
Necə ürək sahibi olasan ki, 30-cu illərdə belə şeirlər yazasan, bədr olmamış hilaldan danışasan! Qara yellər bu üzdən də onu apardı. Nə gəncliyinə, nə fitri istedadına acıdı...
Vaxtilə bir kölgə tək hürr yaşamaq istəyən,
Bu insan oğlu bilsən,
Azadlıq ölkəsində daha şad olacaqdır.
Dünya dad alacaqdır.
Çox təəssüf! Azadlıq ölkəsində hürr yaşamaq, dünyanın dadını çıxarmaq ona nəsib olmadı. Yaradıcılığının ən məhsuldar çağında «Sevdalar ölkəsinin» o böyük şairini qara yellər sovurub apardı. Azərbaycan Müşfiqsiz qaldı...
Doğuluşunun 101-ci ilində onu öz misralarıyla anmağa nə deyirsiniz? Müşfiqin hansı misraları hər zaman dilinizdə, ürəyinizdədir?
Unutmayın, böyük şairləri yaşatmağın ən gözəl yolu onların şeirlərini söyləməkdir!...
Azərbaycan-Uels: 0:1 ...... (Aysel)

4-cü Avropa qrupunda oynayan Azərbaycan yığmasının növbəti görüşü də öz meydanında keçirəcək. Avqustun 19-da Azərbaycan yığması Bakıda 4-cü qrupa liderlik edən Almaniya millisini qəbul edir.
| Oyun | Xal | |
| Almaniya Rusiya Uels Finlandiya Azərbaycan Lixtenşteyn | 6 5 7 4 5 5 | 16 12 9 7 1 1 |
Hər gün zəhərlənməsək də,........ (Aysel)

Azərbaycanın istehlak bazarına saxta məhsul axınının qarşısını ara-sıra aparılan yoxlamalarla almaq mümkün olmayacaq. Bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bilməmiş deyil. Ərzaq məhsullarının milli dildə markalanması, mağazaların sayının azaldılması, cərimələrin məbləğinin aylıq gəlirdən artıq müəyyənləşdirilməsi problemin həllində köməkçi rolunu oynaya bilər. Qeyd edək ki, sağlamlığımız yalnız saxta, yararlılıq tarixi bitmiş məhsullardan qidalanmaqla təhlükədə deyil. Paltarlar, kimyəvi maddələrdən hazırlanmış qablar da orqanizmin mərhələlərlə zəhərlənməsinə səbəb olur. Uşaqlar isə hətta oyuncaq və əmziklərdən zəhərlənə bilərlər. Dünyanın tanınmış araşdırma mərkəzlərində aparılan tədqiqatlar sübut edir ki, tullantılardan hazırlanan ayaqqabıların, aksesuarların, oyuncaqların, əmziklərin, xüsusi kimyəvi maddələrdən hazırlanan qabların orqanizmə vurduğu ziyan ekoloyi ziyandan yüz dəfələrlə artıqdır. Paytaxtın mərkəzi küçələrini zəbt etmiş "Memi" mağazalarında satılan Avropadan gətirilmiş üçüncü əl paltarlarının orqanizm üçün xüsusi təhlükəli olduğunu qeyd etmək artıqdır.
***
Dünyanın əksər ölkəsində tullantı kimi yandırılan geyinilmiş paltarların satışının dayandırılması təklifilə çıxış edənlərin arqumentləri əsaslıdır. Belə paltarlar qarşısı alınması mümkün olmayan dəri xərçənginin yayılmasına səbəb olur. Hələlik üçüncü əl paltarlarının satışının dayandırılmasının tərəfdarlarından olan Azad İstehlakçılar Birliyinin təkliflərinə reaksiya verilmir. Nədənsə, orqanizm üçün təhlükəli olan bu paltarların, ayaqqabıların satışı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini cəlb etmir. Yaxşı ki, bu il "uşaq ili" elan olunub. Uşaq oyuncaqları və paltarlarının satışına nəzarət gücləndiriləcək. Kaş, hər il rəsmi "sağlamlıq ili" elan olunaydı.
"Gozlerin"............(Aysel)

Gorur gormez vurdun meni o an zaman durdu sanki
Saplandin son yanima, acimadin xencer kimi
Adini unutmaq cetin deyil, cetin olan o,elsiz , o sessiz
O derin gozlerindi
Gozumun onunden getmedi baxishlarin
Sen meni menden etdin halal sene
Divarlarda resimlerin, mahnilarda gozlerin
Sen meni talan etdin halal sene



Sibel Can " cik get basimdan"............(Aysel)


Kurtlar Vadisi Pusu 62-MeÇuLaSiQ

Serialin 62. Bölümü. Davaminda baxabilersen.
Vahimə-MeÇuLaSiQ
Davaminda izlemek olar...
Daglarda Maral Gezer-MeÇuLaSiQ

Azərbaycan forklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub...
Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maral (cervidae) məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə mənsub otyeyən heyvandır. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik olan maralın qulaqları uzun və hərəkətlidir. 40 növü əhatə edən 17 cinsi məlumdur. Əsas yayılma yerləri Avropa, Asiya, Cənubi və Şimali Amerika, Afrikadır. Adətən sürülər şəklində gəzib dolanırlar. Qidalarını ot, kol, ağac və digər bitki qrupları təşkil edir. Bəzi növləri hətta xırda heyvanlarla da qidalanır.
Marallarda da mövsümlə əlaqədar bir çox heyvanlarda olduğu kimi tüləmə (tük dəyişmə) baş verir. Eləcə də buynuzdəyişmə müşahidə edilir. Adətən buynuzdəyişmə erkək fərdlərdə olur, lakin şimal marallarının dişləri də buynuzlarını töküb, yenisini əmələ gətirirlər. Bədənin rəngi əksər halda qonura çalır. Cavan heyvanda xallar var. Bəzi yaşlı fərdlərdə də belə xallara rast gəlinir. "Xallı maral" ifadəsi buradan əmələ gəlib.
Çoxalmalarına gəlincə, maral cinsi yetişgənliyə 1,5 yaşlarında çatır. Növdən və cinsdən asılı olaraq bu rəqəm 2-4 arasında dəyişə bilər. Hövrəgəlmə və cütləşmə maralların cinsi həyatında xüsusi mərhələ təşkil edir. Erkək dişini cəlb etmək məqsədilə müxtəlif rituallar keçirir: hündürdən mələmə, kəllə-kəlləyə döyüş və gücsınamalar gələcək nəslin sağlamlığı üçün çox vacibdir. Özünübəyəndirmə turnesi bu heyvanlarda çox ciddi və maraqlı keçir. Marallarda boğazlıq dövrü 280 gün çəkir və may ayının sonu - iyun ayının əvvəllərində 1-2 bala doğurlar. Hələ boğazkən sürüdən ayrılan maral, yeni doğulmuş balası tam ayaqüstə dura bilənə qədər qruplara qoşulmur. Erkəklər isə funksiyasını yerinə yetirdikdən (cütləşmədən) az sonra dişi fərdi sərbəst buraxıb təkbaşına yaşayırlar. Körpənin qayğısını çəkmək və böyütmək ana maralın üzərinə düşür.
İlk günləri körpə maral yatmaqla keçirir, yalnız anasını əmdikdə ayaq üstə qalxır. Parlaq dərisi bu zaman onu düşməndən mühafizə edir. Ana maral mühafizəni daha yaxşı təmin etmək üçün körpəsindən bir qayda olaraq 100-200 metr aralıda gəzir. Belədə yırtıcı nə balanı, nə də balasına daldada göz qoyan ananı görmür. Maral çalışır ki, körpəni əmizdirmək məqamında düşmən onun yerini bilməsin. Təxminən bir həftədən sonra balaca maral anasının arxasınca yeriməyə başlayır və gün ərzində 4-6 dəfə süd əmir. Bir aylığında artıq ot yeyə bilir. Buna baxmayaraq, südlə qidalanmanı bir yaşınadək davam etdirir.
Maral sürü halında yaşayan heyvandır. Balaların böyüyərək sürüyə qoşulması onu sayca artırır. Beləliklə, müxtəlif səbəblərdən çıxdaş olmuş maralların yerini yeni nəsil tutur. Sürünün sayı və tərkibi fəsillərdən asılıdır. Adətən, yaz-yay dövründə 25-30 başdan ibarət iri sürülərə rast gəlinir. Qalan vaxtı marallar kiçik qruplar şəklində yaşayırlar. Bəzi hallarda cavanlarla dişilər eyni sürüdə olur.
Yuxarıda maralların cütləşmə dövrünün maraqlı və ağrılı keçdiyini qeyd etmişdik. Doğrudan da bu dövr maralların həyatında qeyri-adi hadisə kimi görünür. Həmin vaxt erkək maral olduqca çılğın və ehtiraslı olur. Lakin hərəktlərini nizamlamağı bacarır. Yeməyini məhdudlaşdırır. Əsas gücünü dişi fərdi cəlb etməyə yönəldir. Boru səsini xatırladan nəriltilə dişiləri ətrafına toplamağa çalışır. Buynuzunu arxaya - belinə qədər əyərək bu dövrə xas rituallar edir. Erkək nə qədər güclü və davamlı səs çıxararsa (mələyə bilirsə), deməli, dişini daha tez maraqlandıra bilər. Ona görə də cütləşmənin ən qızğın anlarında erkək maral bütün günü mələyir. Səsləri ancaq gündüz azacıq susurlar. Aydın eşidilsin deyə meşə talalarına, seyrək meşəliyə və alp çəmənliklərinə gedirlər. Əgər "səslə" mübarizə nəticəsiz qalarsa, onda Zaman Noruzovun qeyd etdiyi kimi, "bəxtlərini meydanda sınamalı olurlar". Kəllə-kəlləyə gələn erkək maralların buynuz zərbəsi o qədər güclü olur ki, səsi hətta bir kilometr məsafədən eşidilir. Əgər güclər nisbəti eynidirsə, döyüşü dayandırırlar. Z.Novruz bunu bir-birinə hörmət əlaməti kimi "sülh təklifi" adlandırır. Bundan sonra sülh bağlayan maralların hər biri özlərinə yeni və daha zəif, gücsüz rəqib axtarırlar. Axtarış öz gücünü kənardakılara nümayiş etdirməklə başlayır: ayağını yerə döyür, buynuzunu ağaclara çırpır, budaqları sındırır və nərə çəkərək rəqibini açıq döyüşə çağırır. Çağırışa gələn dişi marallar döyüşü diqətlə izləyir və güclü rəqibi həvəslə seyr edirlər. Güclü rəqib isə sanki qüvvəsini nümayiş etdirirmiş kimi müəyyən jestlər edir. Bu jestlər həm də döyüşə hazırlaşan erkəklərin gözünü qırmaq üçün mesajdır. Yəni, "mən onsuz da səni məhv edəcəyəm". Həqiqətən də rəqib zəifdirsə, vay onun gününə. Möhkəmcə əzişdirilir və hətta ciddi xəsarət alır. Kənardakı rəqib erkəkləri işgəncənin ağırlığı qorxudur və onlar meydandan qaçıb uzaqlaşırlar. Güclü, qalib marala da elə bu gərəkdir. Bayaqdan döyüşü həvəs və həyəcanla seyr edən dişilərdə qalib marala qarşı hədsiz dərəcədə maraq yaransa da, o, yalnız özünün istəklərinə uyğun olanları cəmləyib ötkəm bir tərzdə, təmkinlə və aram-aram meydandan çıxır. Belə maral başına topladığı "hərəm"lərini subay erkəklərin gözündən yayındırır və özü də təcavüzkar əməllərindən əl çəkir.
Maralların təbiətdə düşməni çoxdur. Onların ən təhlükəlisi pələng, bəbir və ayıdır. Vaşaq isə maral balalarının qənimidir. Yeni doğulmuş körpələrə tülkü, vəhşi pişik, yenot da hücum çəkir. Maralın qorxulu düşmənləri arasında canavarın adını xüsusi qeyd etmək lazımdır. Maral canını canavardan qurtarmaq üçün özünü yaxınlıqdakı su hövzələrinə vurur, yaxud qayalara çıxır. Ancaq əlacsız qaldıqda özünümüdafiəyə qalxır, ön ayaqları və buynuzları ilə rəqibini geri çəkilməyə məcbur etsə də, bu, həmişə mümkün olmur. Odur ki, maral daha etibarlı variant kimi sığınacaqlardan istifadəyə cəhd edir.
Maralın qidasını gəzib dolandığı ərazidəki müxtəlif bitkilər təşkil edir. Payız-qış aylarında yerə tökülmüş yarpaqlar, kolların və ağacların yumşaq budaqları, ot bitkiləri, meyvə və toxumlar, ağac-kol bitkilərinin yaşıl yarpaqları (cökə, ağcaqayın, palıd, şabalıd, şam, böyürtkən və s.) maralın həvəslə yediyi qida məhsullarıdır. Qidanın 70 faizini ot, 20 faizini ağac və kol, qalanını isə başqa bitki qruparı təşkil edir. Ümumiyyətlə, maral da başqa heyvanlar kimi qida ilə zəngin ərazidə yaşamağa üstünlük verir. Ona görə də meşə və dağlara, talalara, hətta bataqlıqlara - harda yem ehtiyatı boldursa, ora can atırlar. Bu isə çox vaxt onları əsas düşmənləri sayılan insanla üz-üzə qoyur. Buynuzlarına, ətinə və dərisinə artan tələbat maralı səksəkəli yaşamağa məcbur edir. Saylarının sürətlə azalmasının başlıca səbəbi də elə budur. Yaraşıqlı buynuzu təhlükə anlarında maralın ələ keçməsinə, meşədəki ağaclara ilişməsinə şərait yaradır. Buynuz maralın baş hissəsinə xüsusi görkəm verir. Əsasən erkək fərdlərdə, bəzən isə dişilərdə də olur. Hər il tökülür və yenisilə əvəz olunur. Maralın buynuzu başqalarından özünəməxsusluğu ilə seçilir. Yüngül və davamlı alın sümüyündə əmələ gəlir (bitir). Başqa sözlə, maral buynuzu sadəcə sümük çıxıntısıdır. Köhnə buynuz töküləndən sonra onun uzandığı sümüyün üstündə qığırdaqdan ibarət "papaq" əmələ gəlir ki, o da qısa və sıx tüklü dəri ilə örtülür. Cavan buynuzlar kənar təsirlərə çox həssasdır. Çünki bütün buynuz boyu qan damarları və sinir şaxələri uzanır. Tədricən buynuzda aşağıdan yuxarıyacan sümükləşmə gedir. Buynuzun üst kələ-kötür qatı, fırlı hissələri burda mövcud olmuş damarın izləridir. Birinci il mütəmadi olaraq nazik milşəkilli, ikinci il isə atıq yetkin formada çəngələoxşar buynuzlar çıxır. İlbəil buynuzun ümumi kütləsi və budaqlanmanın - çıxıntının sayı artır. Qocalmış heyvanda buynuz çıxıntıları (budaqlanma) dayandığına görə maralın yaşını müəyyənləşdirmək olmur. Buynuzun ölçüsü və çıxıntıların sayı orqanizmin xüsusiyyətindən, qidalanmadan və s. səbəblərdən asılıdır.
Marallarda gözətrafı vəzlər yaxşı inkişaf edib. Dərilərinin rəngi müxtəlifdir. Lakin əksər növlərdə cavan marallar xallı olur. Bir qayda olaraq bütün maralların quyruqətrafı nahiyyəsində açıqrəngli xallar var. Buna da "güzgü" deyirlər. "Güzgü" budların arxa səthində yerləşir.
Maral ildə iki dəfə tükünü dəyişir. Arxa ətrafı qabaq ayaqlarından bir qədər uzundur. Cavanlardan fərqli olaraq yaşlı maral yay aylarında xallı və ya ilboyu eyni rəngdə olur. Tüklərindəki ürəkşəkilli qat qışda daha yaxşı görünür.
Bədən ölçüləri baxımından çox müxtəlifdir.
İndi isə maralların bizə bəlli olan və olmayan bir neçə növü ilə tanış olaq.
Şimal maralı - marallardan ən maraqlısı hesab olunur. Belə ki, sərt iqlim şəraitinə əla uyğunlaşmağı bacaran şimal maralı qışda qarın üstündə təhlükə qorxusu keçirmədən asanlıqla hərəkət edir. Dırnaqlarının enli olması onu nəinki qarda batmaq təhlükəsindən qoruyur, hətta bataqlıqda belə sərbəst hərəkətinə yardımçı olur.
Şimal maralı çovğuna düşdükdə də vəziyyətdən çıxış yolu tapır. Yüzlərlə başdan ibarət maral sürüsü bir-birlərinə möhkəm qısılaraq hərəkət edir ki, bu da onları üşüməyə qoymur. Çovğun zamanı geri qalmış maral, sürüdəki maralların baldır damarlarının sümüyə sürtünüb çıxardıqları bərk şaqqıltı səsinə yoldaşlarını tapıb onlara qoşulur. Beləliklə, soyuqdan tələf olmaq qorxusu aradan qalxır. Şimal marallarının tük örtüyünün quruluşu da onları donmaqdan qoruyur. Bütün heyvanlarda tük dib tərəfdən uca doğru nazikləşdiyi halda, bunlarda əksinədir. Tükün dib hissəsi nazik, ucu isə qalındır. Ona görə də şiddətli küləklər əsdikdə də bu tüklər bir-birinə söykənərək heyvanı soyuqdan qoruyur. Maralın yunu eyni zamanda xilasetmə kəməri rolunu oynayır; içərisi boş olduğundan heyvan suda yaxşı üzür. Yaz və payız mövsümündə miqrassiya zamanı rast gəldikləri enli çayları rahat üzüb keçmələrində də tükün spesfik quruluşu köməyə gəlir.
Şimal maralının özünəməxsusluğu həm də ondadır ki, digər növ maralların yalnız erkəyində buynuz olduğu halda, bunların dişi fərdində də buynuz var. Qida obyektinə görə də seçilirlər. Yemlərini əsasən "maral mamırı" adlanan island işbyələri təşkil edir.
Əhli növ kimi qədim zamanlardan bəri şimal xalqlarının istifadəsində olan marallar nəqliyyat, qida və sənaye obyekti kimi mühüm əhəmiyyət daşıyıblar. Məsələn, uzun illər itlərlə bərabər, maralar qoşqu vasitəsi kimi istifadə edilib, dadlı ətinə, isti xəzinə və möhkəm gönünə görə yüksək qiymətləndirilib. Xizəyə qoşulmuş maral saatda 10 km sürətlə hərəkət etməklə 100 kq yükü mənzil başına çatdıra bilir. Təsərrüfat əhəmiyyətinə, yəni qoyunu, ipəyi və atı yaxşı əvəz edə bildiklərinə görə şimalda onları əhali ev heyvanı kimi bəsləyib artırırlar. Qaçış sürəti yüksək olan həssas və ehtiyatlı çöl maralını isə ovlamaq o qədər də asan deyil.
Qafqaz maralı - Bunlara nəcib maral da deyirlər. Bədəninin uzunluğu 250-265 sm, süysününün hündürlüyü 135-155 sm, çəkisi 300-340 kq-dır. Nəcib maralın yayılma arealı çox genişdir: Qərbi Avropa, Cənubi Skandinaviya, habelə Şimali Afrika və Amerika, Asiya ölkələri... Avstraliya, Yeni Zelandiya, Argentina və Çilidə iqlimləşdirilib. Nəcib maral Qafqazda da geniş yayılıb. Verşaginə (1942) görə, 60 il əvvəl Dağlıq Qarabağ meşələrində və ondan qərbdə yaşayan nəcib maral sonradan yoxa çıxıb. Sonuncu maralın Astara yaxınlığında (Talışda) 1922-ci ildə öldürüldüyü bildirilir. Mənbələrdə qeyd edilir ki, yerli Qafqaz maralları Azərbaycan ərazisində çox olub və ehtimal ki, Şamaxıdan şərqdə yerləşən meşələrdə yaşayıb. Lakin meşələrin sürətli məhvi onların areallarının xeyli daralması, beləliklə, yerli nəcib maralların Kür-Araz boyunca Tuqay, habelə Kiçik Qafqaz və Talışın dağ meşələrinə çəkilmələri ilə nəticələnib.
Hazırda ölkəmizin qoruqlarındakı Qafqaz maralı sonradan respublikamıza gətirilərək iqlimləşdirilmiş heyvanlardır. Yerli marallar isə uzunmüddətli qaydasız ov və laqeydlik üzündən bir növ kimi Azərbaycan təbiətindən silinib. İqlimləşdirilmiş nəcib marallar əsasən dövlət qoruqlarında cəmləşib. Ədəbiyyat materiallarında onlardan 800 başa yaxının Zaqatala, 200 başa yaxının İsmayıllı, 80-90 başının isə İlusu qoruğu və Şəki yasaqlığında olduğu qeyd edilir. Ümumiyyətlə, nəcib maralın yayılma sahəsi Böyük Qafqazın cənub yamacları, Altıağac meşə massivi, həmçinin Kiçik Qafqazdır. Az hallarda isə Qarayazı və Göygöl qoruqlarında rast gəlinir.
Xallı maral - Bu marallar respublikamıza Ussuri meşələrindən gətirilib və bir müddət Altıağacda volyer şəraitində saxlanılıb. Hirkan Dövlət Qoruğu yaradıldıqdan (1969) sonra isə ora göçürülüb. Z.Novruz köçürmə əməliyyatını uğursuz və səhv addım kimi qiymətləndirərək məhz həmin prosesdə kobud yanaşma ilə əlaqədar çoxlu sayda maralın tələf olduğunu xüsusi vurğulayır: "Hər bir heyvanı 6-7 nəfər qovub tutaraq qulaqlarından, qıçlarından necə gəldi yapışıb avtomaşınlara tullayırdılar. Heyvanların gözləri qarşısında dəhşətli mənzərə yaranmışdı. Bu mənzərəni görən güclü marallar özlərini hara gəldi çırparaq məhv edirdilər.... Yerli şəraitə bələd olmayan yad marallar canavara, ayıya yem oldular".
Xallı maralın vətəni Şərqi Çin, Koreya yarımadası, Ussuriya vilayəti və Uzaq Şərqin cənub hissəsidir. 12-15 başdan ibarət sürü əmələ gətirirlər ki, onların da tutduğu ərazi 800-900 ha yaxındır. Xallı maral çox yaxşı üzməyi bacaran (10 km) heyvandır. Bədəni qəşəng, biçimli və mütənasibdir.
Bu marallar dərman məqsədilə təsərrüfatda saxlanılır. Cavan, sümükləşməmiş buynuzlardan alınan pantokrin tonuslayıcı vasitə kimi tibbdə geniş istifadə olunur. Həmin niyyətlə 1952-ci ildə Azərbaycana 13 baş xallı maral gətirilib. Maralçılıq təsərrüfatının yaradılması nəzərdə tutulurdu. Ona görə də əvvəllər Altıağacda saxlandı, sonra sərbəst buraxıldı. Sayları artdıqca ölkəmizin əlverişli dağ-meşə ərazilərinə yaymaq planlaşdırıldı: xüsusilə Kiçik Qafqazın meşə massivlərinə, həmçinin Göygöl ətrafına, Qusar və Quba rayonlarına, Talış (Hirkan qoruğu) meşələrinə. İndi yalnız təbii şəraitdə Böyük Qafqazda, qoruq şəraitində isə Lənkəran ovalığında (Hirkan) yaşayırlar. Sonuncuda 50-60 baş olduğu ehtimal edilir.
Barasinqa - dünyada ən yaraşıqlı marallardan biri sayılır. Kəhrabayı-sarı, yaxud qırmızı-qonur rəngə malikdir. Cod və islanmayan tükləri, bataqlıqda yaxşı hərəkət etməyə uyğunlaşmış dırnaqları var. Bu səbəbdən çox halda onu bataqlıq maralı da adlandırırlar. Dişi və erkək fərdlər yalnız qışda bir yerdə qrup halında yaşayırlar. Bütün ilboyu çoxalırlar. Döyüş turneləri bunların erkəkləri üçün xarakterik deyil. Güclərini səslərilə bəlli edirlər. Erkəyin səsi melodikdir, xoş səslidir. Ardıcıl yüksələn və azalan tona malikdir. Barasinqaların sayı ildən-ilə tükənməkdədir. Cəmi 550 baş maralın qaldığı bildirilir. Əsas yayılma yerləri Mərkəzi və Şimalı Hindistandır. 3-5 başdan ibarət qrup əmələ gətirirlər.
Ağsifət maral - az məlum olan nadir növdür. Özünəməxsus görünüşü və quruluşu var. Məşhur rus səyyahı N.Prepsevalski tərəfindən aşkar edildiyi üçün eyniadlı yarımnövünə onun adı verilib. Orta böyüklükdə ölçü və çəkiyə malikdirlər. Uzunluqları 190-200 sm, hündürlüyü 120-130 sm, çəkisi 130-140 kq, ayaqları uzun, üzü qısa və enlidir. Qulaqları böyükdür, ensiz və itiucludur. Quyruğu qulağından iki dəfə qısadır (12-13 sm). Dırnağı hündür və enlidir. Maraldan çox, dağ keçisinin dırnağına oxşayır. Yan dırnağı o biri marallardakından 2 dəfə uzundur. Gözətrafı vəzisi çox böyük olub, göz boyda və ya daha iridir. Erkəyin buynuzu xeyli böyükdür və yastılaşıb. Beş çıxıntısı var. Çətir əmələ gətirmir. Xəzi açıq qəhvəyidir. Burnu, dodağı və boğazının altı ağ rəngdədir. Tükü qısa, qalın və coddur. İçi boşdur. Tiftik tükü yoxdur. Erkəklərin belində onurğa sütunu boyunca arxadan önə doğru narın tük ötrüyü var. Ortası yəhərə oxşayır. Qidasını meşəsiz yüksək dağlarda kolluqlar təşkil edir. Əsas yayılma yerləri Şərqi-Şimali Tibet və Kukunor dağlarıdır. Nəsli kəsilmək üzrə olduğundan adı "Qırmızı Kitab"a daxil edilib.
Əlbəttə, marallar adları sadalananlarla qurtarmır. Bir yazıda onların hamısının təsviri mümkünsüzdür. Biz daha maraqlılarını və az-çox haqqında eşitdiklərimizi yaxından tanıtmaq üçün yalnız bunlarla kifayətləndik.
Sonda bəzi məsələləri də xatırlatmağı vacib sayırıq. İnsan-təbiət münasibətlərində maral həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, onunla bağlı insan və yer-yurd adları istənilən qədərdir. Məsələn, qız adı kimi Maral geniş yayılan adlardandır. Maral həmçinin əzizləmə kimi, körpələrə və bəzən qızlara ("maralım", "ceyranım" və "körpə maralım" və s.) da deyilir. Qazax rayonunun mustye dövrünə aid yaşayış məskənlərindən biri Maralça adlanır.
Yusif DİRİLİ
VE BEŞİKTAŞ ÇiMPİYON - MeÇuLaSiQ

2008-2009 Sezonunda Türkiye Süper Ligasinda BESiKTAS Çimpiyon oldu...
Turkcell Super Liga'sinda Denizlispora 1-2 Qelebe çalan Besiktas, 2008-2009 sezonunda 71 xalla çimpiyon oldu.
Liga tarixindeki son çimpiyonlugunu, kulübün yaranmasinin 100. illiyine denk gelen 2002-2003 sezonunda yashayan ''Qara Qartallar'', 6 illik çimpiyonluq hesretinede son qoydu.
Besiktas, 1959 ilinde bashlayan ligada 11 defedirki mutlu sona ulashir. Qara-Agli kamanda, 1959-60, 1965-66, 1966-67, 1981-82, 1985-86, 1989-90, 1990-91, 1991-92, 1994-95 ve 2002-03 illerinde de bu il oldugu kimi ligani zirvede tamamladi.
Azerbaycan Reqsleri-MeÇuLaSiQ

Xeberin Davaminda Yükleyebilersen...
Daha néce gözel resqlerimizi forumumuzdan yüleyebilersiz. QARAGILEM FORUM buyrun éndirin...
Yaprak Dökümü 115-MeÇuLaSiQ

Xeberin davaminda 115. bölümü izlemek olar...
Kurtlar Vadisi Pusu 61-MeÇuLaSiQ

61. Bölüm xeberin davaminda...
Yay 2009, debde olay ayaqqabilar.......(Aysel)

28 May istiqlal günü-MeÇuLaSiQ

Bütün hemvetenlerimizin bu mübabarek gün münasibetiyle uzAYsel blogu adina tebrik edirik. Yashasin bagimsiz ve bütöv AZERBAYCAN

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar."
Bəli Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq.Şükürlər olsun ki, Azərbaycan günümüzdə müstəqil bir cümhuriyyətdir.Ruhun şad olsun əfəndim.Sənin qurduğun Cümhuriyyət yaşayır və yaşayacaq...
28 Mayıs - İSTİQLAL BAYRAMI !!!
Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar : İSTİQLAL BAYRAMI !!! Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddaratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına tasadüf etmişdilər ki, yöz sənəlik əsarətə yalniz yüksək bir amal nəticəsi deyil , eyni zamanda zəruri bir ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışdılardı.
Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal etmişdilər.
Bilməcburiyyə e"lani istiqlal !!!
İstqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərini bir araya toplanmasını "içtimai ziddin" qəlbindən ədd etməklə, Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istıyirdilər.
Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi.
Nə böyük bayram
"Azərbaycan" qəzeti, № 190, 28 may 1919-cu il.
"Amerikanin səsi" radiosu ilə xalqa xitabi
Dinlə(4.9 MB, mp3)
Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar)
Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin
Azərbaycan Parlamentin Açılışında nitqi
Mehmed Emin Rezulzade-MeÇuLaSiQ

Bir kere qalxan bayraq, birdaha yére énmez!
Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu,Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideriMəhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Bir az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. ("Бакински рабочи" qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Fyuzat", həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı . 1908-ci il dekabrın 5-də Məmhəməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur" ("Sühən" jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan "İran türkləri" (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor" (səh. 108).
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində (İstambul, 1889-cu il, səh.67) "Azərbaycan" məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır". İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik "Müsavat" partiyası"na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. "Müsavat" partiyasının quruluşu , "Azərbaycan", Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil-ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Diriliyin" birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş "Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi.
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər ("Açıq söz" qəzeti", No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası" şüarları altında keçirilmişdir ("Baku" qəzeti, No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik "Müsavat" partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı ("Açıq söz" qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar ("Açıq söz" qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan" qəzeti, No41, 1918-ci il).
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri çap olunmuşdur.
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Yjdsq djcnjr" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: "Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir ("Azərbaycan" jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir" ("Sühən" jurnalı, tehran, No4, 1955-ci il). 1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" (Türk dilindən tərcümə edən Mayis Əlizadə), "Çağdaş azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi" (hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.
Coskun Sabah: Asigim Sana-MeÇuLaSiQ

Asigim Sana-Coskun Sabah
Dinlemeye doyanmiyeceyiniz bu romantika mahniyi xeberin davaminda yükleyebilersiz. Inanin péshman olmazsiz ;)
Asigim sana Doyamiyorum
Yaprak Dökümü-MeÇuLaSiQ

Séilen serialin daha bir néçe bölümü, buyrun baxin ...
Kurtlar Vadisi Unutulmayan Aşk Sahnesi

Kurtlar Vadisi Pusu 60-MeÇuLaSiQ

Bölüm 60
Cavad Xan (1748 ― 1804)-MeÇuLaSiQ
| | Gəncə xanlığının son hakimi. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur... |
Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr tonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və Gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, qorxunc düşmən qarşısında tək qalır.
Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur.
Sonuncu Xan
Əsrlər boyu Gəncə Azərbaycan milli ruhunun aynası, onun mənəvi dəyərlər sistemini formalaşdıran bir məkan olub. Gəncənin sonuncu hakimi Cavad xan Ziyadoğlu-Qacarın, ərazisini genişləndirməkdə olan böyük bir İmperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verməsi də, nə ötkəm əmir inadkarlığından, nə də taxt-tacım hifz etmək naminə bir çox «həmkarları» kimi «vaxtında» sövdələşmələr apara bilməməsindən deyil, məhz Gəncənin bu güclü milli-mənəvi, mühafizəkar mühitin öz məntiqindən doğurdu.
XVIII əsrin sonlarında, sürətlə bir-birini əvəz edən siyasi hadisələr fonunda Gəncə xanı digər Azərbaycan xanları içərisində fəal mövqeyi ilə seçilirdi. Təbii ki, bunu çox mühüm hərbi-strateci mövqedə yerləşən xanlığın mənafeyi tələb edirdi.
Cavad xanın siyasi portretinin əsas cizgilərindən biri də bu idi ki, o nəinki hadisələrin arxasınca sürünmür, əksinə siyasi iqlimə çox güclü təsir göstərməyi bacarırdı. Yaxınlaşan yeni təhlükə qarşısında Gəncə xanı antirus koalisiya yaratmağa çalışır. Hətta buna müəyyən qədər müvəffəq də olur. Gəncə, Qarabağ, Şəki xanları, Ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin şəxsi maraqlara qalib gələ bilməyən xanların fəaliyyəti bundan uzağa getmir. Həlledici anda Gəncə xanı qorxunc düşmən qarşısında tək qalır. Cavad xanın başçılığı ilə Gəncəlilər təcavüzkara qarşı bir aydan artıq müqavimət göstərirlər. 1804-cü il yanvarın 3-də rus generalı P.D.Sisianov Gəncə qalasına həlledici hücuma keçir. Cavad xan oğlu Hüseynqulu ağa ilə birlikdə hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur.

Cavad xanın böyük oğlu III Uğurlu xan 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlubiyyətə uğrayır. 1826-cı ildə o, yerli əhalinin və İran qoşunlarının köməyi ilə Gəncəyə qayıdır. Lakin 40 gündən sonra şəhəri tərk etməli olur. Gəncə döyüşündən (13 sentyabr 1826-cı il) sonra əsir düşən Uğurlu xan bir müddət Stavropolda sürgündə saxlanılır. Türkmənçay sülhündən sonra İrana qaytarılır.
1804-cü ilin yanvarında Gəncə rus qoşunları tərəfindən işğal edildikdən sonra bu qədim şəhər sanki boşalmışdı. Təkcə 3700 nəfər qalanı müdafiə edərkən həlak olmuşdu. Minlərlə gəncəli (o cümlədən Xanın yaxın qohumlarından 200 ailə) şəhəri tərk edərək Qafqazın digər xanlıqlarına və İrana köçmüşdülər. Əgər 1802-ci ildə Gəncədə əhalinin sayı 25700 nəfər idisə, işğaldan sonra, 1804-cü ildə bu rəqəm 5460 nəfərə enmişdi. Gəncənin keçmiş xan-bəy mülkləri Rusiya dövlətinin xeyrinə müsadirə olunaraq xəzinə hesabına keçirilir və həmin torpaqlar intensiv surətdə xristian əhalisi (əsasən ermənilər) ilə məskunlaşdırılırdı. Təsadüfi deyil ki, ermənilər 1803-cü ildə şəhərin əhalisinin cəmi 8,5 faizini təşkil etdikləri halda, 1808-ci ildə bu göstərici 36,2 faizə çatmışdı. (Bu göstəricilər, eləcə də yuxarıdakı tarixi hadisələr F. Əhmədovun «Gəncənin tarix yaddaşı» (Bakı, 1998) kitabından iqtibas edilmişdir).
Rusiyaya xoşluqla birləşən xanlıqlardan fərqli olaraq Gəncədə xüsusi hərbi vəziyyət recimi tətbiq edildi. İnadkar şəhərin minillərin silə bilmədiyi adını da dəyişərək rus padşahının xanımının «ecazkar» ismini verdilər. Və bu qədim, comərd şəhər düz 114 il yad qadın adını daşıyası oldu. Amma ad dəyişməklə yaddaşları pozmaq mümkün deyildi. Doğma şəhəri üçün şəhid olan Cavad xan, Kərbəla müsibətinin simvoluna çevrilmiş İmam Hüseyn kimi, Gəncənin əbədi simvoluna çevrildi.
Xanlıqların suqutu ilə azərbaycanlılar keyfiyyətcə tamamilə fərqli bir tarixi mərhələyə qədəm qoydular. Çarizmin əsasən müstənləkəçi mahiyyətinə baxmayaraq, Avropa mədəniyyətinə çıxış üçün imkanlar yarandı. Bir əsr ərzində Azərbaycan xalqı milli təkamül, müasir mədəni dünyaya qovuşmaq yolunda əhəmiyyətli bir mərhələ keçmiş oldu. Bu mərhələdə də Gəncənin xüsusi çəkisi, müstəsna rolu var idi. Avropa mədəni dəyərlərilə milli ənənəviçiliyi (tradisionalizm) özündə heyrətamiz şəkildə sintez edən bu Cavad xan şəhəri XX əsrin əvvələrində milli ideyanın beşiyi oldu. Bunun məntiqi nəticəsi kimi ilk demokratik Azərbaycan Cumhuriyyətinin cücərtiləri Gəncədə boy verdi. Şərqdə ilk respublika qurucuları öncüllərinin əksəriyyəti də Cavad xanın Gəncəsinin yetirdiyi siyasi xadimlər idi. Onların arasında damarlarında birbaşa Ziyadoğlu xanlarının qanını daşıyanlar da az deyildilər. Cumhuriyyət doğma Gəncənin adını özünə qaytardı. Lakin Rusiyadakı formasını dəyişmiş mərkəziyyətçi recim Cavad xanın xanədanının işğalına bənzər bir şəkildə onun varislərinin yaratdığı Cümhuriyyəti də işğal etdi. Demokratik Azərbaycanı quranlar sırasında aparıcı mövqedə olan Gəncə liderləri, bolşeviklərin tərtib etdiyi təcili və sorğu-sualsız məhv ediləcək şəxslər siyahısında da birincilərdən oldular. Gəncənin adına «əl gəzdirmək» də unudulmadı. Bu dəfə bolşeviklərə heç cür təslim olmaq istəməyən üsyankar şəhər, qədimdə Gəncə ətrafında qadın hökmdarımız Tomris tərəfindən məğlub edilən Əhəməni padşahı Kirin adını təxəllüs seçmiş «alovlu proletar tribununun xatirəsinin əbədiləşdirilməsinə layiq görüldu».
İnsanların şəxsi düşüncə və milli meyarlarına məhdudiyyət qoyan 70 illik Solvet dövrü Cavad xan təki tarixi örnəkləri «yad sinfin elementləri kimi» mənəviyyat dairəmizdən kənarda saxlamağa çalışırdı.
Lakin, XX əsrdəki ikinci milli intibah dövründə Cavad xan da digər dəyərli tarixi şəxsiyyətlərimiz kimi yaddaşımıza qayıtdı, «yatmış» milli genlərimizi oyatdı.
Bu mənada, o dövrdəki milli oyanış prosesini özündə bütün calarları ilə əks etdirən xarakterik bir hadisəni yada salmaq istərdim. 20 yanvar işğalının təzəcə yaşandığı dövrlərdə, 1990-cı ilin aprelin 29-da Gəncə Dövlət Dram Teatrında, hələ 80-ci illərdən Gəncənin adının bərpası və qeyrət simvolumuz olan qəhrəmanlarımızın tariximizdəki yerinin müəyyənləşdirilməsi üçün sözün həqiqi mənasında mübarizə aparan yazıçı-curnalist Nüşabə Məmmədovanın «Cavad xan» pyesinin ilk tamaşası göstərilirdi. Salonu ağzınacan doldurmuş tamaşaçılar səhnədə cərəyan edən hadisələrlə müasir dövrdə yaşayan proseslər arasında bir eyniyyət görərək (işğal həmişə işğaldır) vətənpərvər şüarlar qışqırmaqdan, Cavad xanın cəsarətini şövqlə alqışlamaqdan çəkinmirdilər. Tamaşanın sonunda hamının ayaq üstə, yumruqlarını havada yellədərək neçə dəqiqələrlə «Azadlıq! Azadlıq!» nidaları söyləmələri ömrə həmişəlik həkk olunan hadisələrdəndir.
Bəli, Cavad xanın adı və hünəri Gəncənin, Azərbaycanın, azərbaycanlıların azadlıqsevərliyinin rəmzinə çevrildi. O, qeyri-bərabər döyüşdə şəhid olacağını dəqiq bilsə də, Allahın insana bəxş etdiyi ən gözəl nemət olan azadlığa zərrə qədər də xəyanət etmədi. Cavad xan əlində siyrilmiş qılınc, silahdaşlarının vida salamları altında son döyüş üçün Gəncə qalasının «Hacıxan» bürcünə qalxdı...
Düz 200 il sonra da səni həmən sözlərlə salamlayırıq:
- Qəzan mübarək olsun, Cavad xan!
Zakir MURAD
Bu səhifədə dərc olunan məlumat www.ganca.az saytından götürülüb.
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi
Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır
Gəncə şəhərinin tarixi abidələri-MeÇuLaSiQ
Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.
| | XALQ CUMHURİYYƏTİNİN BİNASI
Bina 1897-ci ildə tikilmişdir. Şəhər bələdiyyə idarəsinin binası olub. 1918-ci ildən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk aylar burada fəaliyyət göstərib. Hazırda bina Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının istifadəsindədir. Ünvan: Atatürk prospekti 262. |
Bu səhifədə dərc olunan məlumat www.ganca.az saytından götürülüb.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gəncə şəhərinin tarixi-MeÇuLaSiQ
Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənubi şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial - iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan bu şəhər turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yolılarının kəsişdiyi bir ərazidə yerləşir. Əgər şəhərin sahib olduğu zəngin tarixə nəzər salarsaq hər oxuduğumuz sətirdə bizi qədimə götürəcək nümunələrin şahidi olacaq və onun gözəlliyini və nəfəsini öz üzərimizdə hiss edəcəyik.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.
Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial- iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır...
Cömərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü xəlifə Əli ibn Abutalıb (656-661) hakimiyyəti dövründə yaşamış və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq islamı qəbul etmişdi. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir.
Hətta 1940 cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burda e.ə aid yaşayış məskənləri aşkar etmişlər.Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza"- Ərəb dilində "Ganca"-Gürcü dildində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslanarsaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanarsaq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür.
VII əsrin birinci yarısında Gəncə İranlılar tərəfindən, ikinci yarısında isə Ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə Ərəblərlə Xəzərlərin döyüş meydanına çevrilmişdir. Bütün bu hadisələrin VII əsrin əvvəllərində və ümumiyyətlə VII əsr boyunca baş verdiyi "Dərbəndnamə" əsərində təsvir edilib. Azərbaycanın ərazisi aramsız olaraq bir birinin ardınca olan hücumlara məruz qalmış və əlbətdə ki bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basğınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır.
Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühim rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq Ərəb dinarları və dirhəmlər istifadə edilirdi.
X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, Mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

Bu şəkildə təsvir edilmiş Gəncə qalası (Qalanın maketi) öz zamanın əzəmətli tikililərindən biri olmuşdur. Qalanın bir küncündə yerləşən bürc digərindən təqribən 600 metr aralı yerləşir. Bu divar Gəncəçayının sahili boyunca davam edir. Vaxtilə təbii sərhəd olan bu çay indi dağılmış vəziyyətdə olan qala divarlarının tədricən sökülməsinə səbəb olur.
IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.
I Fəzlunun( 895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063 cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi.Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizin tutduqdan sonra I Toğrul (1038-1068) 1054 cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.
Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086 cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.
XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir.
Gəncə ilə əlaqəli digər bir hadisə isə bu dövrlərdə(25 Sentyabr 1139 cu ildə) burda baş vermiş güclü zəlzələdir. Kirakos Gandzaketsi yazırdı "Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ... ". Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçmuş və dağın ətəyindən keçən çayın qarşısını kəsərək hamımızın yaxşı bildiyi bir gölün yaranmasıyla nəticələndi. Bu Göy göl idi.Hal hazırda bu göl mövcud olmasıyla bərabər Azərbaycanın ən mənzərəli , gözəl təbiətli məkanlarından biri kimi tanınır. Lakin müəllif bu zəlzələ nəticəsində yaranmış öz gözəlliyi və valehediciliyi ilə seçilən digər gölləri- Maral göl, Ceyran göl, Ördək göl, Zalugölü, Ağgöl, Qaragöl, Şamlıgöl kimi təbiətimizin inciləri olan bu gölləri qeyd etməyi unutmuşdur.

Şəhərin məruz qaldığı dağıntılar səbəbiylə zəiflədiyi bir dövrdə qonşu Gürcü feodalları fürsətdən istifadə edərək bura basqınlar etmiş və Gəncəni çapıb, talamış, Gəncənin göz bəbəyi olan Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları qeyri sərfəli şəraitin mövcudluğu və nəzarətsizlik ucbatından hal hazırda Gürcüstanın Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir.
Uzun sürən daxili feodal çəkişmələrinin nəticəsində Səlcuq dövləti xeyli zəiflədi. Səlcuq dövləti yerli feodalların güclənməsi üçün şərait yaradaraq yeni xırda dövlətlərin yaranmasına təkan verdi. Onlardan biri Şəmsəddin Atabəy tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə Arranda yerləşən bu dövlətin bir hissəsinə çevrildi. XII-XIII əsrlərin əvvələrini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi ,paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də ölkə xaricində böyük şöhrət qazanmış və " Arran şəhərlərinin anası" səviyyəsinə qədər ucalmışdı. Gəncə ipəyi istehsal edən müəssisə qonşu ölkələr və Orta Şərq bazarlarında böyük rəğbət qazanmışdı.
Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi. Müəllifi naməlum olan "Əcaib əd-dünya" əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi.
Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.
Məshəti Gəncəvi yaradıcılığını qeyd etmək yerinə düşərdi. O zamanının istedadlı, qabiliyyətli şairəsi olub, xalqın və hakimiyyətin rəğbətini qazanmışdır. Azərbaycanın dünya şöhrətli ixtiraçı və qeyri adi istedada sahib şairi Nizami Gəncəvi bu dövrlərdə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərdən biridir. J.E.Bertels Nizami haqqında "O, sahib olduğu fitri istedad və füsunkar ruhu ilə əbədi olaraq bəşəriyyətin məhəbbətini qazanmışdır".
XIII əsrin əvvəllərində Azərbaycan bir sıra Monqol basqınlara məruz qaldı. Onlar hər yerdə ciddi müqavimətə rast gəlirdilər. Onların azərbaycana ilk basqını (1220) zamanı düşmənə layiqli müqavimət göstərən, o zamanlar güclü olan Gəncəni tuta bilməmişdi. 1225 ci ildə Cəlaləddinin başçılığı altında davam edən basqınlardan sonra, bir birinin ardınca Azərbaycan şəhərləri talanmağa başladı. Bunların arasında Gəncə şəhəri də var idi. Aramsız olaraq sürən basqınların nəticəsində Atabəylər dövləti süquta uğradı. Cəlaləddinin hökmranlığı dövründə yerli əhaliyə qarşı amansız davranılmış və vergilər olduqca yüksəldilmişdi. Bütün bunlar 1231 ci ildə Gəncə əhlinin xarici işğalçılara qarşı qaldırdığı üsyanla nəticələndi. Qiyamlar nəticəsində şəhər hökmdarının sarayı dağılmış, xidmətçiləri öldürülmüş və yerli varlılar bir neçə aylıq olaraq vergilərin ödənilməsinə məcbur edilmişdilər. Üsyan yatırıldı. Üsyanın başçısı Bəndər usta və onun 30 tərəfdaşı həbs edilmiş ,daha sonra isə edam edilmişdilər. 1231 ci ildə Gəncə şəhərini mühasirəyə alan Mongollar yerli əhalinin güclü müqavimətinə rast gəldi. Lakin bütün bunlara baxmayaraq işğalçılar Gəncəni zəbt edərək şəhəri darma dağın etmiş və yerli əhalini olmazın işgəncələrə düçar qılmışdılar. Uzun müddət şəhər bərpa edilməmişdi. Gəncənin bərpa edilməsinə yalnız 1235 ci ildə sərəncam verildi.
XIII əsrin ortalarında Azərbaycan Xilafi xan (1256-1265 ) tərəfindən idarə olunan Xilafətin tərkibinə daxil oldu. XIII əsrin 80 ci illərdə Azərbaycan Əmir Teymurun hücümlarına məruz qaldı. Azərbaycan Teymurla Toxtamış arasında gedən münagişənin mübarizə sahəsinə çevrildi. Teymurun Gürcüstana etdiyi basqınlar zamanı Gəncə hərbi baza rolunu oynadı. Teymurun Azərbaycana yürüşü fəlakətlə nəticələndi. XVI əsrin əvvəllərində yeni Səfəvilər dövləti yarandı. Gəncə Şah İsmayıl Xətai tərfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi. Sultan Şahverdinin Gəncə bəylərbəyliyinə hökmdar təyin edilməsindən sonra Gəncə və Qarabağda uzun müddətli Qacar tayfasına mənsub yeni Ziyad oğulları sülalənin nümayəndələrinin hökmranlığı dövrü başladı.
Trans Qafqaz məkanında ticarət sahəsində yenidən aparıcı yerlərdən birini tutan Gəncə Rusiya və Yaxın Şərqdəki və Avropadakı ölkələrlə sıx ticarət əlaqələri yartmışdı. Tarixi mənbələrdən birinə əsaslanarsaq o dövrlərdə Gəncənin 225000 əhalisi var idi.
Müvəqqəti olaraq hərbi fəaliyyətlərin azalması və ticari əlaqələrin genişlənməsi Gəncənin və digər şəhərlərin iqtisadiyyatının dirçəlməsinə və inkişafına gətirib çıxartdı. Bu dövrlərdə burda olan Türk səyyahı olan Övliya Çələbi Gəncədə hər birinin bağçası olan 6000 dən çox evin olduğu haqqında öz xatirələrində qeyd edirdi. Xüsusilə o Gəncədə ipək sənayesinin inkişafını qeyd edirdi. Osmanlıların Rusiyadan Xəzəryanı ərazilərin alınmasıyla daha çox dağıntılara səbəb oldular. 1723 də Osmanlılar Gəncəni mühasirəyə almış lakin oranı tutmağa nail ola bilməmişdilər.
Gəncə İran tərəfindən dağıdıldı. İran ordususnun başında duran Nadir şah Azərbaycandan Türklərin və Rusların çıxarılmasını və bu ərazilərin İranın əsarəti altında olmasını qarşısına məqsəd qoymuşdu. 1735 ci ildə Gəncə yaxınlığında İran və Rusiya arasında bağlanan müqavilyə əsasən Rusiya hökuməti hərbi qüvvələrini Xəzəryanı ərazilərdən geri çəkdi.
Nadir şahın yürütdüyü siyasət əhalinin tamamilə viranına və kasıbçılığın artmasına gətirib çıxartdı. 1747 ci ildə Nadir şahın öldürülməsi xalqın müstəqilliyə doğru ruhlanmasına və nəticədə müstəqil feodal dövlətlərinin –xanlıqların yaranmasıyla başa çatdı. XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Ziyadoğlulları sülaləsinin nümayəndəsi olan ,uzun müddət Gəncəni idarə edən Şaxverdi xan(1740-1756) Gəncənin xanı oldu. XVIII əsrin 80 ci illərində Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. O, müstəqil xarici siyasətə üstünlük verirdi. Gəncə xanlığının öz şəxsi pul vahidi mövcud idi.
Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və tciari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövgeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Gəncə qalasının tutulmasını məqsədləşdirmişdi. Sisyanov dəfələrlə Gəncə xanı Cavd xana könüllü surətdə təslim olmağı təklifini göndərmiş və hər dəfə də rədd cavabını almışdı. 1803 cü ildə o, Tiflisdən keçərək ordusunu Gəncə istiqamətinə yönəltmiş, dekabr ayında isə Gəncə qalasına yaxınlaşmışdı. Qalanın tutulmasının çətin bir proses olduğunu bilən ordu başçısı xüsusi hazırlıqlardan sonra 1804 cü il Yanvar ayının 3-ü səhər saat 5-də qalaya hücum əmri verdi. Amansız keçən döyüşdən sonra onlar şəhəri tutmağa nail oldular. Cavad xan öldürüldü. Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırıldı.
1805 ci ildə İmperiya hökuməti rəsmi olaraq komendant idarə üsulunun tətbiqinə başladı. O dövrdən etibarən bütün ordu, mülki və maliyyə strukturları birbaşa komendanta tabe idilər. 1806 cı ildə Gəncədə yerli məhkəmə yaradıldı.
Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədilə 1824 ci ildə burda polis şöbəsi yaradıldı. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb oldu. Komendant sistemi 1840 cı ildə ləğv edildi. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatıldı və burda rayon mərkəzi yaradıldı.
Yelizavetpol əyaləti 1868 ci ildə quruldu və Gəncə bu əyalətin paytaxtı oldu.
Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələrinin yaratmasına imkan yaratdı.
XIX əsrin birinci yarısında Gəncədə mədəniyyətin dirçəlişi müşahidə edilirdi.
Əsrlər boyu mədrəsə və dini məktəblərdə təhsil programlarının olmamasına baxmayaraq şagirdlər klassik şərq ədəbiyyatı ilə tanış olmuşlar. Əslində Gəncədə tanınmış şair və müəllim olan Mirzə Şəfi Vazeh məktəb üçün hazırlanan dərsliyin ilk müəllifi olmuşdur. Cümə məscidinin yanında, mədrəsədə 100 dən çox tələbə tədris alırdı. 1833 cü ildə Gəncədə rayon məktəbləri açıldı. 1833 cü ildə tələbə sayısının 38 olduğunu nəzərə alırsaq bu tərkib 50 ci illərdə 100-ü keçmişdi.
XIX əsrin birinci yarısında Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı və 1860 cı ildə artıq 198 nəfər burda təhsil almışdı. 60 cı illərin ortalarında Gəncədə artıq 981 insan təhsil almışdı.
Gəncə həmçinin elmin inkişafında da əvəzedilməz rol oynamışdır. Şərq təhsilini Rusiyada yaradıcılarından biri Gəncədə yaşayıb yaratmış və ilk təhsilini mədrəsədə almış M.D.Topçubaşov(1784-1869)- dur. 1877 ci ildə İran səfirliyinin tərkibində Sankt Peterburga getmiş, daha sonralar Peterburg Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yardıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin şərq bölməsinə başçılıq etmişdir. Gəncədə yaşayıb yaratmış şairlər arasında Mirzə Mehdi Nəci, Molla Abdulla, Hacı Abbas, Xaki və digərlərini qeyd etmək olar. Mirzə Şəfi Vazeh( 1794 - 1852 ) Azərbaycanda maarifçiliyin inkişafında mühüm rol oynamış incəsənət nümayəndələrindən biridir.
Gəncədə milli teatr olmayıb. Bunun əvəzində burda milli oyunlar, şəbəkə, cürbəcür sərgilər fəaliyyət göstərmişdir. Milli oyunlarla yanaşı burda fəaliyyət göstərən Rus teatrının nümayəndələrinin çıxışları idi ki, bu da öz növbəsində Gəncədə mövcud Rus dilinə olan marağın bariz nümunəsi idi.
Gəncədə bir neçə kitabxana fəaliyyət göstərirdi. Onların tərkibi əsasən dərsliklərdən ibarət idi.
XIX əsrin 70 ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870 ci ildə qəbul edilməsinə baxmayaraq yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi.
Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq , xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Gəncə zadəfanları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi.
Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", " Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", " P. və E. Əmirxanov Qardaşları", "E.Franke və I.Polonskiy", "Aşxatank" və birləşmiş səıhmdar şirkət olan "Cənub çoxuçuları" kimi ticarət cəmiyyətləri tərəfindən özəlləşdirilməyə başlanmışdı.
Meyvə şirəsi hazırlayan fabrik inkişaf edir, meyvə istehsal sənayesi Gəncədə mühüm rol oynamışdı. 1906 cı ildə " səməni şəkərinin istehsalı və emalı ilə məşğul olan Qafqaz cəmiyyəti" birləşmiş səhmdar cəmiyyətinin sahib olduğu fabrik əsas müəssisələrdən birinə çevrildi. Cəmiyyət İngilis və Amerikan kapitalının əsasında quruldu.
Təmizlənmiş pambıq istehsalının inkişafı birbaşa olaraq əyalətdəki pambıq sənayesinin illik artışına səbəb oldu. 1900 cu ildə 2 pambıq təmizləmə zavodu burda fəaliyyət göstərirdi. Hər zavodda 20 işçi işləyirdi. 1911 ci ildə əyalətdə 24 mövcud pambıq təmizləyən zavoddan 5-i Gəncədə yerləşirdi. Bu zavodlardan hər birində illik ortalama olaraq 100 pud təmizlənmiş pambıq istehsal edilirdi.
Geniş pambıq təmizləmə zavodlarında istehsal edilən yüz minlərlə pud təmizlənmiş pambıq Moskva, Lods və digər şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Xlopok", " Kevarkovi Qardaşları ", " Rəfiyev Qardaşları " və komersiya-istehsalat cəmiyyəti olan " Arzumanov və Co " ticari şirkətlkərinə məxsus idi. Ticari şirkətlərin qurucuları əsasən Gəncə vətəndaşları idi. 1919 cu ildə təmizlənmiş pambığın istehsalı ilə məşğul olan digər birləşmiş səhmdar cəmiyyət olan "Yelizavetpol kənd təsərrüfatı və istehsal ticarəti" yaradıldı.
İnqilabdan əvvəl Gəncədə keçən əsrin 50 ci illərində qurulmuş tütün fabriki fəaliyyət göstərirdi. Kərpic zavodları da istehsalatda əhəmiyyətli yerlərdən birini tuturdu. İstehsakl yalnız yerli əhalinin tələblərini deyil, həmçinin əyalətin rayon və kəndlərinin tələbatını ödəyirdi.
1883 cü ildə şəhərin iqtisadiyyatının inkişafına səbəb olan Bakı –Tiflis dəmiryolu fəaliyyətə başladı. Bu dəmiryolu vasitəsilə bütün Qafqaz ölkələrinə yerli kənd təsərrüfatı və istehsal məhsullarının göndərilməsi mümkün oldu. Bütün bunlarla yanaşı Gəncə şəhərinin Bakı ,Şuşa, Tiflis və İrəvan şəhərləri ilə əlaqələri dəmiryolu vasitəsilə daha da sıxlaşdı. İstehsal məhsulları vagon və çənlərdə bu xətt vasitəsilə yuxarıda qeyd etdiyimiz şəhərlərə göndərilirdi.
Kapitalizmin inkişafının nəticəsi olaraq şəhərdə geniş miqyasda Bank-kredit sistemi yarandı. 1896 cı ildə Azov-Don ticarət bankının filialı, 1905 ci ildə ilk və 1907 ci ildə ikinci qarışıq ticarət-kredit cəmiyyətləri, 1912 ci ildə Tiflis ticarət bankının şöbəsi, 1913 cü ildə Volgodonsk ticarət bankı agentliyi və uzun sürən danışıqlardan sonra 1916 cı ildə Dövlət Yelizavetpol bankı açıldı.
Kapitalizmin inkişafı Gəncə şəhərinin mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Bu özünü təhsilin inkişafında da göstərirdi. Bu dövrlərdə Gəncədə müxtəlif məktəblər (bura məscidlərin nəzdində fəaliyyət göstərən dini məktəblər-mədrəsələr də daxildir) fəaliyyət göstərirdi. 1883 cü ildə Gəncədə "Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti" nin nəzdində ilk qadın orta məktəbi fəaliyyət göstərməyə başladı. 1924 cü ildə isə şəhərdə pedaqoji seminariya açıldı. Seminariyanın ilk ilində bura 18 nəfər (onları əksəriyyəti varlı ailələrdən idi) qəbul edildi.
1918 ci il İnqilabı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox Gəncəli (hətta varlı olmayanlar da) İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Yalnız 1







































